Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
Tarix : 24-05-2017, 17:42
3 SAYLI UŞAQ İNCƏSƏNƏT MƏKTƏBİNİN HESABAT KONSERTİ KEÇİRİLDİ

28 May - Respublika günü münasibəti ilə mayın 23-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində Bakı şəhəri Suraxanı rayonu 3 saylı Uşaq İncəsənət Məktəbi şagirdlərinin hesabat konserti keçirildi. Konsertdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinni rəisi Vüqar Zeynalov, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinnin əməkdaşları, 3 saylı Uşaq İncəsənət Məktəbinin direktoru Dəyanət Quliyev, məktəbin pedaqoji kollektivi və valideynlər iştirak etdi. Konsert məktəbin nəfəsli alətlər orkestrinin ifasında “O olmasın bu olsun” operettasından “Üvertüra”nın sədaları altında başladı. Məktəbin skripkaçalanlar ansamblı A.Piazollonun “Liber tanqo” əsərini, instrumental ansambl Azərbaycan xalq rəqsi “Dilican”ı, şagirdlərdən H.Məmmədli və E.Abuzərli bəstəkar A.Məlikovun “Türk qızlarının rəqsi”ni, B.Qəribov və Ş.Yusibova isə “Norveç” rəqsini ifa etdilər. “Naxçıvani” aşıq havasını isə sazda Q.Qarayev və M.Cəfərov çaldı.Uşaq İncəsənət Məktəbinin “Şənlik” rəqs ansamblı Meqan Treynorun “Ana” rəqsini tədbir iştirakçılarına ərməğan etdi. A.Qedikenin “Konsert-Etüd” əsərini beynəlxalq müsabiqələr laureatı İ.Əliyev valtorna musiqi alətində, R.Şumanın “Coşqu” əsərini isə fortopianoda respublika müsabiqələrinin laureatı Ü.Rüstəmli ifa etdi.Gənc musiqiçilərdən Ə.Zeynallı bəstəkar F.Şopenin “Mazurka”, R.Mustafazadə “1001 gecə” baletindən III nağılı, C.Səfərli bəstəkar F.Şopenin “Noktürn” əsərini, A.Məmmədova bəstəkar F.Mendelsonun “Kiçik Vyana” marşını, A.Rüstəmli bəstəkar Z.Abreonun “Tiko-tiko” əsərini, fortopiano arxasında bəstəkar S.Raxmaninovun “Prelüd”ini isə İ.Talıbova məharətli ifası ilə dinləyicilərin diqqətinə çatdırdılar. Məktəbin muğam sinfinin gənc xanəndəsi, respublika müsabiqəsinin laureatı N.Talıblı isə “Şahnaz” muğamını böyük çoşqu ilə oxudu. Konsertdə gənc muğam ifaçısı N.Talıblını müəllimlərdən V.Hacıyev və F.Hüseynov müşayiət etdi.Vokal ifaçısı N.Babayeva Vivaldinin “Ariya del Vaqante”ni böyük səs tembri ilə oxuması ilə dinləyiciləri valeh etdi. Beynəlxalq və respublika müsabiqələrinin laureatı F.Vəliyeva fortopianoda F.Mendelsonun “Kapricio” əsərini böyük ustalıqda ifa etdi. Bayram tədbirində dirijor S.Səlimovanın rəhbərliyi altında xor kollektivi T.Cəbrayılovun “El oğlu” mahnısını təqdim etdi. Daha sonra məktəbin “Şənlik” rəqs ansamblının balaca rəqqasları da tədbir iştirakçılarını “Qaval” rəqsi ilə təbrik etdi.

Hesabat konsertinin yekununda Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinni rəisi Vüqar Zeynalov çıxış edərək, 3 saylı Uşaq İncəsənt Məktəbinin direktoru Dəyanət Quliyevə, eləcə də, tədbirdə zəhməti olan balaca fidanlara, gənc musiqiçilərə və müəllimlərə hesabat konsertinin təşkilinə görə təşəkkür etdi. Vüqar Zeynalov beynəlxalq və respublika müsabiqələrinin laureatı Fatimə Vəliyeva ilə bərabər hər bir ifaçının konsertdəki çıxışını da yüksək dəyərləndirdi. Hesabat konsertinin sonunda Vüqar Zeynalov və tədbirdə çıxış edən gənc ifaçılar xatirə şəkli çəkdirdi.

Qeyd edim ki, həmin gün konsertdə Şərqlə Qərbin musiqisi üztünlük təşkil edirdi. Hər çıxışı alqışlarla qarşılanan gənc ifaçılar hətta həyəcanlı olduqlarına baxmayaraq böyük ustalıqla məharətlərini nümayiş etdirdilər. Sonda hesabat konsertinin təşkilində böyük zəhməti olan 3 saylı Uşaq İncəsənt Məktəbinin direktoru Əməkdar müəllim Dəyanət Quliyevə, müəllimlərdən

T.Qarayusifliyə, İ.Cəfərliyə, N.Məmmədliyə, F.Hüseynova, L.Atakişiyevaya, T.Məmmədova, V.Hacıyevə, L.İbrahimovaya, G.Məmmədovaya, M.İsmayılova, A.Quliyevə, T.Tağıyevaya, İ.Aslanova, N.Qarayusifliyə, T.Salamovaya və S.Səlimovaya minnətdarlıq edərək, pedaqoji fəaliyyətlərində uğurlar arzulayırıq!

Təranə CƏBİYEVA
3 SAYLI UŞAQ İNCƏSƏNƏT MƏKTƏBİNİN HESABAT KONSERTİ KEÇİRİLDİ
3 SAYLI UŞAQ İNCƏSƏNƏT MƏKTƏBİNİN HESABAT KONSERTİ KEÇİRİLDİ
3 SAYLI UŞAQ İNCƏSƏNƏT MƏKTƏBİNİN HESABAT KONSERTİ KEÇİRİLDİ
3 SAYLI UŞAQ İNCƏSƏNƏT MƏKTƏBİNİN HESABAT KONSERTİ KEÇİRİLDİ
3 SAYLI UŞAQ İNCƏSƏNƏT MƏKTƏBİNİN HESABAT KONSERTİ KEÇİRİLDİ


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!