Cəlilabad sakinini avtomobil vuraraq öldürüb .....                        Körpə 10-cu mərtəbədən yıxıldı, sağ qaldı .....                        Epşteynin şəbəkəsinin İngiltərə bağlantıları .....                        İsrail “Hizbullah” mövqelərini vurdu .....                        Ramazanın 9-cu gününün duası - İmsak və iftar vaxtları .....                        Sərhəddə əməliyyat: 22 Taliban üzvü öldürüldü - YENİLƏNİB .....                        Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır .....                        Tələbələrin şəkillərini yayan şəxs SAXLANILIB .....                        Cəriməsi olana kredit verilməyəcək? .....                       
28-06-2022, 15:12
28-06-2022, 14:54
Minsk qrupu Qarabağa görə toplaşdı


Minsk qrupu Qarabağa görə toplaşdı - Rusiyalı həmsədr müzakirədən İMTİNA ETDİ

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə bürosu ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinin həmkarları ilə Dağlıq Qarabağ məsələsini müzakirə etdiyini bildirib.Büronun “Tviter” səhifəsində dərc olunan məqalədə qeyd olunur ki, ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Xovayev müzakirələrdə iştirakdan imtina edib.
“ATƏT-in Minsk qrupunun amerikalı həmsədri bu gün həmkarları ilə Dağlıq Qarabağın gələcəyi ilə bağlı məsələni müzakirə edib. Təəssüf ki, rusiyalı həmsədr dəvəti qəbul etmədi. Biz Minsk Qrupunun işini davam etdirməyi səbirsizliklə gözləyirik”, - Büronun bəyanatında deyilir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsi başa çatandan sonra verdiyi açıqlamalarda dəfələrlə bildirib ki, 28 il ərzində heç bir nəticə əldə edə bilməyən Minsk qrupuna artıq ehtiyac qalmayıb.
“Ermənistanda və ya hər hansı başqa ölkədə Minsk qrupu ilə bağlı hər hansı spekulyasiya Azərbaycanda yalnız qıcıq doğurur. Biz münaqişəni həll etmişik. Minsk qrupu tərəfindən işlənib hazırlanmış Madrid prinsipləri həll olunub. İndi biz Ermənistanla münasibətləri normallaşdırmağın yolları barədə düşünməliyik, sülh müqaviləsi imzalamalıyıq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
İyunun 24-də Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov da azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında Minsk qrupunun fəaliyyətinin dayandığını bəyan edib:
“Biz deyə bilərik ki, Minsk Qrupunun fəaliyyəti tamamilə dayanıb. Biz baxmalıyıq ki, onların üzvləri kimlərdir. Fransa, Amerika və Rusiya. Bu gün ölkələr arasında bu məsələ tam həllini itirib. Bunun da səbəbi üzv olan Amerikadır. Belə məsələ ABŞ-ın təşəbbüsü ilə olub”, - deyə XİN başçısı vurğulayıb.
Xatırladaq ATƏT-in Minsk qrupuna həmsədrliyi İqor Xovayev (Rusiya), Bris Rokfeyl (Fransa) və Endryu Şofer (ABŞ) edirdi...
28-06-2022, 14:26
Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun doğum GÜNÜDÜR…

Bu gün Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun doğum GÜNÜDÜR
Çox hörmətli cənab Nazir!!! Belə bir  xoş gündə, Sizin doğum gününüzdə  Sizi təbrik edib, gözəl arzular diləmək bir media işçisi  kimi  bizim borcumuzdur…Bu bir danılmaz  faktdır ki, dəfələrlə  problemimiz,  şikayətimiz olanda ilk Sizə müraciət etmişik. Siz də şikayətlərə dərhal reaksiya verib, bizə dəstək olmusunuz. Cənab Nazir!!! Şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə sağlam uzun ömür,  şərəfli və çətin peşənizdə  uğurlar arzulayıram. Bəli, Siz olduqca çətin və şərəfli bir xidmətdəsiniz.  Bir media əməkdaşı kimi Sizin yüksək  intellektual peşəkarlığınızı, ölkəmizə göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndirirəm.  Sizə güvənirəm. Sizin  qəbul etdiyiniz bütün qərarlarınızı dəstəkləyirəm. Bir sözlə, bu gün  təhlükəsizliyimin qorunması üçün Sizə sonsuz minnətdaram. Sizin vicdanlı  xidməti fəaliyyətiniz, Dövlətimizin və vətəndaşlarımızın   təhlükəsizliyi  naminə yorulmadan çalışmağınız yüksək hörmətə, alqışa layiqdir. Uca Tanrı  Sizi  və ümumillikdə Azərbaycan Polisini qorusun!
AYBƏNİZ  ABDULOVA,
“Azərbaycan Jurnalistlər Birliyi"nin üzvü,
jurnalist-araşdırmaçı. 
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!