Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 10-06-2024, 23:38
Əsgər İSMAYILOV yazır: "Erməni-müsəlman davasında qadın obrazları"


Əsgər İSMAYILOV yazır: "Erməni-müsəlman davasında qadın obrazları"

(Birinci ədavətli, ikinci ədalətli)

Romanovlar xanədanı tarixin xarabalığına gömüldü. Beləcə qaranlığa məhkum olan xalqların başı üzərində azadlıq günəşi doğdu. Əsarətdə olan xalqların uzun sürən istibdadına son qoyuldu. Millətimiz də müqəddəratı barədə düşünür, maneəsiz yaşamaq, sivil cəmiyyət yaratmaq eşqiylə mübarizəyə başladı. Bu ərəfələrdə yaradılan məktəblər, xeyriyyə cəmiyyətləri, nəşr olunan qəzet və jurnallar xalqın azadlıq mübarizəsinin hərəkətverici qüvvəsinə çevrildi. Bu işdə vətənpərvər qadınlarımız haqlı mübarizəsini aparırdı. Bakıda keçirilən Qafqaz Müsəlmanlarının I Qurultayında ilk dəfə olaraq maarifpərvər qadınlarımız da iştirak etdilər. Misal olaraq Sara Talışinskayanın, Sara Vəzirovanın, Şəfiqə Əfəndizadənin adını qeyd edə bilərik. Sonrakı mərhələlərdə və çətin şəraitdə cahilliyə, mövhumata, düşmən hiyləsinə qarşı Sara Vəkilova, Səidə Şeyxzadə, Xuraman Rəhimbəyzadə, Nabat Nərimanova, Asiya Axundzadə, Səkinə Axundzadə, Ziba Qayıbova, Nigar Şıxlinskaya, Gövhər Şövqiyyə, Hədiyyə Məmmədzadə, Həlimə Axundova, Münəvvər Əlixanova, Maral Nəbizadə qətiyyətlə mübarizə aparır, sözün əsl mənasında mərdliklə vuruşurdular. Ancaq on səkkizinci əsrin iyirminci ilindən "erməni kartı"nı işə salan I Pyotrun tör-töküntüləri - erməni millətçiləri yaranmış münbit şəraitdən istifadə edib, mikrob kimi yayılır, öz məkrli oyunlarını həyata keçirirdilər. Onların törətdikləri müsibətlər milli azadlıq hərəkatına ziyan vururdu. Əslində onların amalı, məqsədi də elə bu idi (hansı ki, indiki zamana qədər düşmənin eyni davranışlarını görürük).
Zaman ötdükcə Bakıda və Dərbənddə yerləşdirilən ermənilərin məskunlaşdırıldığı, daha dəqiq zorla pərçimləndirildiyi ərazilərin coğrafiyası, törətdikləri qırğınların sayı, vəhşiliklərin əhatə dairəsi genişlənirdi. Bu hadisələrin dəlili, sübutu M.S.Ordubadinin "Qanlı illər", M.M.Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman müharibəsi" kitablarında öz təsdiqini tapır. Hələ yazılanlar, əlimizdə olan faktlar başımıza gətirilənlərin bəlkə də mində biridir... O zaman Ziba Qayıbova və Sara Vəkilova "Erməni qadınlarına müraciət"inin sonunda yazırdı:

"Yetər, bu qanlar.
Siz bizə deyirdiniz ki:

“O zaman ki, hər yerdə sülh sözü danışılır, belə bir əhəmiyyətli zamanda bizim səsimizin eşidilməməsi cinayətdir.”
Böylə isə səsinizi qaldırasınız, çəkilmiş olan qılıncları saxladınız.
Bir dəstə müsəlman xanımları naminə" (Bax: "Azərbaycan" qəzeti, 14 yanvar, 1919, N° 87). Ancaq daşıdığı ad-sana sahib çıxan, ləyaqətli və ismətli Azərbaycan xanımları bil(m)irdi ki, erməni xisləti cins tanımır, erməni millətçisi verdiyi sözü ancaq düşdüyü məqama uyğun işlədir.
Bu məqamda Mir Mövsüm Nəvvabın canlı şahidi olduğu və qələmə aldığı tarixi həqiqətə nəzər yetirək: "Aman (sülh) bayraqlarından birini mən (Nəvvab) alıb iki ay məsciddə saxladım. Sonra keşişlər gəlib həmin bayrağı geri istədilər. Cənab Nəcəfqulu ağanın vasitəsilə həmin keşişlərdən bir qəbz almaqla bərabər, həm də bayraqla birlikdə məscidin qarşısında Əfrasiyabın şəklini çəkirdim. Bunu mən ermənilərin üstümüzə böhtan atmaması üçün əyani dəlil kimi çəkdirdim" (Bax: M.M.Nəvvab, 1905-06-cı illərdə erməni-müsəlman davası, səh., 46). Görünən odur ki, tarix dəyişsə də erməni yalanı dəyişmir, yenilənir, dövrə uyğun formata düşür. Nəvvab da qeyd edirdi ki, ermənilərin bu cür siyasətinə, hiyləsinə inanmaq, eləcə də sülh məramına bel bağlamaq olduqca müşkül məsələdir. Ziba Qayıbova və Sara Vəkilovanın erməni qadınlarına müraciətinin cavabsız qalmasının əsas səbəbi bəllidir. Çünki bizim Şərq qadını yaylığını başından açıb ayaqlar altına ataraq qan davasını, müsibəti dayandırıb. Ancaq erməni qadını doğulan körpəsinin qulağına pıçıldayır ki, türk sənin düşmənindir. Məktəb də, kilsə də cəmiyyət də belə sərsəm fikirlərin daşıyıcısı, təbliğatçısı rolunu oynayır.
Bu məqamda 2020-ci ilin sentyabr ayını xatırlayaq. Hələ iki dövlət arasında müharibə başlamamışdan öncə Ermənistanda “Qadınlar sülh tərəfdarıdır” təşkilatı işğal olunmuş Azərbaycan torpaqlarında qeyri-qanuni məşq keçib, əllərindəki silahı Azərbaycan sərhədlərinə tərəf tuşladılar. İstər-istəməz daxilimizdə sual yaranır:

İndi bu erməni qadınlarını necə sülh tərəfdarı adlandırmaq olar? Başqa bir sual da ortaya çıxır:
Azərbaycan torpaqlarını işğal etmək naminə heç nəyi əsirgəmədiyini əhaliyə bəyan etmək üçün öz arvadını rəmzi olaraq təmas xəttinə göndərən baş nazir hansı düşüncənin sahibidir, hansı əqidənin sahibidir?
Yeri gəlmişkən bir məqamı da xatırlayaq. Asala terror təşkilatının maddi yardımı və Ermənistanın keçmiş rəhbəri Robert Koçaryanın mənəvi dəstəyi ilə qızlardan ibarət “Xatun” snayper qrupunu yaradan Marqarita Sarkisyan da erməni qadını, daha doğrusu terrorçusu, killeri idi. Demək ki, erməni millətçisi üçün qadın-kişi anlayışı yoxdur, xislət və xəstə təfəkkür məsələsi var. Hələ müharibə ərəfəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev erməni cəmiyyətinə səslənərək:
“Əgər erməni əsgəri ölmək istəmirsə, onda rədd olsun Azərbaycan torpağından!”- demişdir. Əslində bu xəbərdarlığı ilk növbədə erməni qadınları anlamalı idi. Ancaq beyni yuyulmuş erməni qadınları öz mənasız ədavətlərindən, yersiz hikkələrindən əl çəkmədilər. M.M.Nəvvab bu barədə yazır:
"Ermənilər görürlər ki, təbiətlərinin bu cür ədavətli olmasından həmişə zərər çəkirlər". Və bu zərəri artıqlaması ilə 44 günlük Vətən savaşında ödədilər.

Əlavə: "Mən onlara etibar etmirəm" - deyərək, Qriboyedovun Qafqaz müsəlmanlarına xitabən söylədiyi bu fikri onun ölüm səbəblərindən biri oldu. Sözsüz ki, etibar etmədiklərinin deyil, sonradan gəlmişlərin "etibarının" qurbanı oldu. Pyotrkimilərinin tör-töküntüsünə heç vaxt inanmaq, etibar etmək olmaz. Onların tərəfini saxlayanları da gec-tez qriboyedovfason acı sonluq gözləyir. Hətta məsələ o yerə çatıb ki, artıq dığalara böyük bratları da sahib çıxmır. Necə deyərlər, "Moskva göz yaşlarına inanmır!"

Əsgər İSMAYILOV,
BDU Jurnalistika fakültəsinin tələbəsi



Paylaş



Bölmə: Tələbə sözü / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!