Bəşər Əsədin qardaşı saxlanıldı - İDDİA .....                        19 yaşlı qız dəm qazından öldü .....                        10 yaşlı qızını öldürən ataya ömürlük həbs .....                        Polis Akademiyasına qəbul üçün müsabiqə elan edilib - VİDEO .....                        Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb .....                        Paşinyan Fransanın yeni baş nazirini Ermənistana dəvət etdi .....                        Baş Prokurorluğa yeni səlahiyyət verilir .....                        Gürcüstandakı etirazlar nə vaxt dayanacaq? - AÇIQLAMA .....                        Azərbaycan sədrliyi təhvil aldı .....                       
Tarix : 15-12-2024, 08:42
“Estetik Təzyiq: Gözəllik Standartlarının Səhnəarxası”


“Estetik Təzyiq: Gözəllik Standartlarının Səhnəarxası”

Həmişə ki, kimi dərsdən çıxıb, evə getmək üçün avtobus dayanacağına yollandım, sərnişinlər çox olsa da oturmaq üçün yer tapdım. Yenicə əyləşmişdim ki, qarşımda yanaşı oturan xanımların maraqlı söhbətinə şahid oldum. İstərdim ki, sizlərlə bu eşitdiyim söhbəti müzakirə edim. Doğrudu, deyəcəksiz ki, başqasının söhbətini dinləmək heç də etik davranış deyil. Lakin əhalimiz ictimai nəqliyyatda yüksək səslə söhbətləşməyi “hobbi” halına gətiriblər. Əslində bunun özü də bir mövzudu, amma biz bu haqda gələn səfər danışarıq. Hər nə isə necə deyərlər “məndə xanımların söhbətinə qulaq misafiri oldum”.
Söhbət o qədər “qızğın gedirdi ki”, bir ara bazar qiymətlərindən danışan xanımlar “siyasətçi”oldular. Mən məəttəl qalarkən, onlar müharibəni həll edib, Amerikaya səyahət etdilər. Onlar səyahətdə ikən, mənim diqqətim yanaşı oturan xanımlardan birinin digərini gözucu seyr etdiyinə sataşdı. Artıq bəlli idi ki, növbəti sual hansıdır. Və təxmin etdiyim sual gəldi.
“Sənin üzündə estetik var?”. Digəri gərilmiş üzünü rəfiqəsi tərəfə çevirərək süni təbəssüm edib, dedi: “Hə, hiss olunur ki, bəyəm? ” Söhbətin gedişatında qiymətdən, həkimdən, həkimin bir-birinə oxşar sonsuz saylı “əkizlərindən” danışıldı. Öz-özümə düşündüm, keçmişdən gələcəyə gələn şair indiki gözəlləri görsə idi “Şair olardımı”?
Müasir dövrdə estetik gözəllik standartları həm cəmiyyətdə, həm də sosial mediada böyük təsir yaradır. Qüsursuz görünüş arzusu qadınlar arasında özünütənqid və narazılıq hallarını artırır. Bunun nəticəsi olaraq, bəzən sağlamlıq, mənəvi təsir və hətta həyat tərzini gözəllik uğrunda fəda edirlər.
Yuxarıda qeyd etdiyim kimi, sosial medianın təsiri ilə cəmiyyət ideal bədən, üz və stil standartları formalaşdırır. Bu standartlara uyğunlaşmaq istəyən bir çox qadın, öz görünüşlərindən narazı qalaraq estetik prosedurlara müraciət edir. Həkimlər bildirirlər ki, estetik prosedur edənlərin əksəriyyəti psixoloji təsirlər altında və tez-tez başqalarının düşüncələri ilə bu qərarı verir. Estetik cərrahiyyə və prosedurlar heç də həmişə uğurlu nəticə ilə bitmir. Silikon implantlar, liposaksiya, burun əməliyyatları və botoks kimi prosedurlar yanlış icra olunduqda ciddi fəsadlara səbəb ola bilər.
“Bəs bu fəsadlar hansılardır?” Gəlin bu haqda danışaq.
Beləki, qanaxmalar, infeksiyalar, allergik reaksiyalar, toxuma zədələnməsi və emosional olaraq depressiya, stress, aqressiya və digər problemlərə yol açır. Təəssüf ki, bəzi klinikalar və ya qeyri-peşəkar mütəxəssislər reklam vasitəsilə qadınlara yanlış məlumat verir və onların gözləntilərini manipulyasiya edirlər. Hətta yeri gəlmişkən bu günlər də, Səhiyyə naziri Teymur Musayev də bu mövzuda xanımlara müraciət edərək, saxtakarların “tələsinə” düşməməsini və ziyanlı prosedurlardan uzaq olmağı məsləhət görür. Yaxşı bəs nələr məsləhət görülür?
Düzgün qidanlanma, idmanla məşğul olmaq xanımların həyat tərzinə çevrilməli, eyni zamanda üz yoqası, psixoloji olaraq özünə inamı artırmaq üçün terapiya və mütəxəssis dəstəyi almaq və digər yolları məsləhət görmək olar.
Gözəllik, yalnız xarici görünüşdə deyil, daxili harmoniya və özünüdərkin gücündə gizlidir. Qadınlar gözəllik standartlarına uyğunlaşmağa çalışarkən sağlamlıqlarını psixoloji təsirlə təhlükə altına qoymamalıdırlar. Hər kəsin özünəməxsus gözəllik hekayəsi var və bu hekayə cəmiyyətin təzyiqi ilə deyil, insanın öz seçimləri və dəyərləri ilə yazılmalıdır.
Fatimə QULİYEVA,
Bakı Slavyan Universitetinin
Sosial elmlər fakültəsinin tələbəsi


Paylaş



Bölmə: Tələbə sözü / Köşə / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!