“Toyunda hədələdi, sonra da öldürdü” - Faciəvi qətlin detalları .....                        İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib .....                        Təyyarə yaşayış binasına çırpıldı .....                        Sumqayıtda qardaş qardaşı bıçaqladı .....                        Türkiyə və Azərbaycan hərbçilərinin təlimi keçirilib .....                        Son 10 mövsümün tamaşaçı rekordu .....                        Əfqanıstanda güclü zəlzələ oldu .....                        “Zirə” Azərbaycan çempionu oldu .....                        Bakının mərkəzindəki bu yol BAĞLANACAQ .....                       
Tarix : 31-07-2022, 07:45
"CNN Türk"də Güney Azərbaycan müzakirə olunub


"CNN Türk"də Güney Azərbaycan müzakirə olunub

Türkiyənin nüfuzlu "CNN" televiziya kanalının canlı yayınında Güney Azərbaycanla bağlı müzakirələr gedib. Verilişə qatılan nüfuzlu qonaqlar Azərbaycanın güneyi və Təbriz barədə danışıblar. Aparıcı və qonaqlar Güney Azərbaycanda 35 milyon türkün yaşadığını, dünyada Türkiyədən sonra ən çox türkün yaşadığı yerin Güney azərbaycan olduğunu xatırladıblar.
"Türkmənçay anlaşması ilə Rusiya və İran arasında bölünən, 35 milyondan çox türkün yaşadığı coğrafiyanı bir qırağa qoya bilmərəm. Amerikanın və İranın da ən böyük qorxusu sabah, o biri gün bu iki Azərbaycanın bir araya gələrək birləşməsi ehtimalıdır"-deyə, verilişin aparıcısı bildirir.
Verilişin davamında qonaqlar Güney Azərbaycanla bağlı fikirlərini bölüşüb, "Traxtur" futbol klubu və başqa bu kimi məsələləri müzakirə ediblər.
"Güney Azərbaycanın başkəndi Təbriz. Təbrizdə gəzdiyimiz zaman "haray-haray mən türkəm" deyən insanlardan farsca bir şey soruşa bilməzsiniz"-deyə, professor, doktor Esat Arslan xatırladıb.
Qeyd edək ki, adı çəkilən veriliş sosial mediada, özəlliklə güneyli sosial media istifadəçiləri tərəfindən geniş yayılıb və Güney Azərbaycan türklərinin sosial mediada ən çox paylaşdığı və müzakirə etdiyi mövzulardan birinə çevrilib.
Timur


Paylaş



Bölmə: Turan / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!