Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                        Dil tarixinə dair praktikum .....                        Hörmüz tezliklə açılacaq - Tramp .....                        İranla işimiz bitməyib - Netanyahu .....                       
Tarix : 30-09-2020, 01:52
Güney Azərbaycan şəhərlərində Azərbaycana dəstək məqsədilə mitinqə çağırış

Güney Azərbaycanda Azərbaycan ordusunun işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda keçirdiyi əks-hücum əməliyyatlarına dəstək vermək üçün mitinqə çağırış olunub.
Milli fəallar tərəfindən yayılan çağırışda Güney Azərbaycan türk millətinin quzey azərbaycanlı soydaşlarına dəstək nümayiş etdirmək məqsədilə oktyabrın 1-də Təbriz və Tehran başda olmaqla bir neçə şəhərdə dinc yürüyüş keçirəcəyi bildirilib.
Mitinq yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 17:30) aşağıda qeyd edilən məkanlarda keçiriləcək:

Təbriz: Şəhnaz qovşağı

Urmu: Ətai və İmam küçələrinin kəsişdiyi yer

Ərdəbil: Şəriəti qovşağı

Zəncan: Yaşıl Meydan (səbzə Meydan)

Tehran: İmam Hüseyni meydanı

Digər şəhərlərdə "əsas meydanlar və şəhər mərkəzləri" toplanış yeri elan edilib.

Qeyd edək ki, dünən Ərdəbil şəhərində Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi üçün dəstək aksiyası keçirmək istəyən onlarla milli fəal saxlanılıb.
Saxlanılan fəallardan hələlik Əsgər Əkbərzadə, Murtuza, Müctaba və Mustafa Pərvin, eləcə də Məhəmməd Colani, Mehdi Huşmənd, Pərviz Siyabi, Səccad Colani, Hüseyin Balaxani, Bəhmən Xeyrcu və Hamid Heydərinin adları bəlli olub.


Paylaş



Bölmə: Xəbər / Güneyin sesi / Bütöv Azərbaycançılar / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!