Zurabişvili gecəni prezident sarayında qalacaq .....                        Qəzada həlak olanların cənazəsi Bakıya gətirildi .....                        Narinin işində qərar: atası, qardaşı və əmisinə ömürlük həbs .....                        Goranboyda ağır qəza - 6 nəfər yaralandı .....                        Azərbaycan təyyarəsinin vurulması ilə bağlı cinayət işində yenilik .....                        Lavrov Bayramovla təyyarə qəzasını müzakirə etdi .....                        Əhliman Əmiraslanov təyyarə qəzasında xəsarət alanları ziyarət etdi .....                        Putin Tokayevə də zəng etdi - Təyyarə qəzasına görə... .....                        Milli Qəhrəmanın oğlunun toyudur .....                       
Tarix : 27-03-2016, 14:15
Bursa – Bir dünya gözəli


Elbəyi Cəlaloğlu
araşdırmaçı-yazar


Gözlərdəki məmnunluq şehi

Novruz bayramı öncəsi – martın 18-dən 21-dək Türkiyənin Bursa şəhərini ziyarət etmək şərəfinə nail oldum. “Dünya Qarapapaq Türkləri” Birliyinin dəvəti ilə “Borçalı” Cəmiyyətindən ayrılmış heyətin tərkibində Bursa şəhərində Novruz bayramı adına təşkil olunmuş “Mədəniyyət qurultayı” adlı böyük tədbirə qatılmağım ömür kitabımın unudulmaz xatirə səhifələrinə çevrildi. Bəribaşdan qarşılanma-yolasalma mərasimlərindən tutmuş əsas tədbirin, eləcə də, qurultayaqədər, qurultaysonrası keçirilən böyük toplantılar da daxil yüksək təşkilatçılığa görə birliyin rəhbərliyinə və əməyi keçən hər kəsə dərin təşəkkürümü bildirirəm.

Bütünlüklə Bursa səfəri boyunca özəlliklər, gözəlliklər yaşadığımı, ruhumun yüksəldiyini, könlümün arındığını dəyərli oxucumla da bölüşmək istədim. Martın 19-da Bursanın Merinos Atatürk Konqres və Mədəniyyət Mərkəzinin Osmanqazi salonunda “Mədəniyyət qurultayı” adı altında keçirilən tədbirdə bir çox iştirakçılar kimi mənim də kirpiklərimə qonmuş məmnunluq şehini görməmək mümkünsüz idi. Yəqin ki, bunların səbəbi hər kəsi maraqlandırdı. O zaman bir dünya gözəli Bursa şəhərində gördüklərim, eşitdiklərim barədə qələmə aldığım cümlələri siz də oxuyun, bu qutsal duyğularımla tanış olun!
Bursa – Bir dünya gözəli

Qədim Osmanlı paytaxtı olmuş Bursa uca dağlar əhatəsində, yaşıllıqlar qoynunda, təbii mənzərə palitrasında, çox yerlərdə rastlanmayan saf hava, pak nəfəs şəfaətində bərqərar olub. Şəhərarası məhəllələri, küçələri, prospektləri zövq oxşayır, enişli yoxuşlu, bəzən də dolama və dar yolları nə yerli əhalidə, nə də qonaqlarda narahatçılıq yaratmır, əksinə memarlıq baxımdan şəhərin quruluşuna bir ayrı gözəllik verir. Hələ qısa bir vaxtda ziyarət etdiyimiz, zaman-zaman barəsində silsilə yazılar getmiş, 1396-1399-cu illərin məhsulu olan Ulu Camidən – Osman Qazi və Orxan Qazinin uyuduğu müqəddəs məkandan, eləcə də vaxt qıtlığı səbəbiylə ziyarət edə bilmədiyim türbələr, muzeylər, abidələr, idman mərkəzləri, yaşı min il ətrafında olan çinarlar, bağlar, Bursa qalası, Saat qülləsi və s. barədə söhbət açmıram. Bursa sakinlərinin mehriban münasibətini, səmimi davranışını, xoş simasını, qonaqpərvərliyini hiss etməmək mümkün deyil. Yaşından, rütbəsindən və vəzifəsindən asılı olmayaraq hər kəs böyüyün-kiçiyin yerini bilir, üzünü təbəssümsüz, rəftarını sevgisiz etmir.

Berussa, yoxsa Borusa

Bursada ilk diqqətimi çəkən yerləşdiyimiz mehmanxananın adı – “Berussa” oldu. Mənə çox doğma görünən bu adın Bursanın qədim adı olduğunu öyrəndim. Nə gözəl! Tarixi qaynaqlardan məlum olduğu kimi, qədim türklərin dörd müqəddəs zirvəsi olub ki, onlardan biri də Altay dağlarındakı Borus zirvəsidir. Hansı ki, türklər dağlardan böyük bozqırlara enərkən özününkü hesab etdiyi zirvənin adını tayfa adları kimi götürmüşlər. Belə bir vəziyyətdə Volqa və Don çayları vadisinə – Dəşti-Qıpçaq çöllərinə yayılan tayfalardan biri də Borusdan enənlər, yəni Borusalılar olub ki, eramızın 197-350-ci illərində Güney Qafqaza axışıb Kür çayı boyunca geniş ərazilərə yayılıb, tədricən yerli türklərlə qaynayıb-qarışmışlar. Ehtimalıma görə elə həmin anlardan da “Borusalı” və nəhayət “Borçalı” özünüadlandırması meydana gəlib. Mənbələrə görə zamanla saklar, bulqarlar, borusalılar, peçeneqlər, kumanlar, qıpçaqlar və s. kimi adlarla meydana çıxmış qədim Türk boyları yalnız Qafqaza deyil, Ön Asiyaya, Avropaya, Suriya və Misirə qədər yayılmışlar. Bu barədə əsərlərimdə kifayət qədər bəhs etdiyimdən burada ona yer ayırmayacağam. Bursa səfərimdə isə bütün dediklərimizin fonunda bu doğma ada son dərəcə yaxın olan “Berussa” mənə çox şeyləri diqtə etdi, baxmayaraq ki, Bursanın tarixi ilə bağlı bilgidə bu toponimin eradan əvvəl VII əsrdə həmin bölgəyə köçüb gəlmiş bitinlərin kralı I Prusanın adından götürüldüyü qeyd olunur. Bunlar öz yerində, lakin içgüdə bağlı olan nostalji hisslərim Bursa şəhərini və onun sakinlərini doğmalıqla sevməyimə bir vəsilə oldu. Bursa – Bir dünya gözəli!
Bursa – Bir dünya gözəli

Bu il Bursayla novruzlaşmağa mənə də fürsət verən uca Allahın qismətinə şükürlər olsun! Bu yerdə Novruz bayramının daha bir əlamətini xatırlayıram. Ergenekon dastanında deyilir ki, 400 il Ergenekonda yaşayan türklər o qədər çoxaldılar ki, əski dədə-baba yurdları olan geniş düzlərə qayıtmağa qərar verdilər. Bu zaman dağın bir tərəfini tutmuş nəhəng dəmir qayanı əritdilər və bir yüklü dəvə keçəsi yer açdılar. Bu zaman göy yelənli Bozqurd onlara bələdçilik edərək böyük bozqırlara enmələrinə yardımçı oldu. Rəvayətə görə, qədim Türklərin Ergenekondan xilas olduqları gün bahar ağzı gecəylə gündüzün bərabərlişdiyi günə təsadüf edib. Demək, Novruz bayramı həm də Türklərin yeni günü, yeni ili, bəlkə də yeni erasının başlamasıdır. Novruz Türklərin oyanış, dirçəliş, tərəqqi bayramıdır. Bayramın qutlu olsun, Türk dünyası!

Aldığım məlumata görə Ulu dağın ətəyində yerləşən, əhali sayına görə Türkiyənin dördüncü, ixracataına görə İstanbuldan sonra ikinci yeri tutan, sənayə baxımındn ən irəlidə gələn şəhərlərdən biri olan Bursada üç milyona yaxın sakin yaşayır. Yeri gəlmişkən “Dünya Qarapapaq Türkləri” Birliyinin bayram proqramına əsasən martın 20-də Bursanın güney tərəfində yenilməz əsgər kimi dimdik duran, zəngin bitkilər məskəni Ulu dağın ətəyində Osmanlı memarlıq nümunələrinin beşiyi olan Cumalıkızık kəndini ziyarət etdik. Cumalıkızık kəndinin klassik daşdüzmə üsulu ilə salınmış yolları onun qədimliyindən xəbər verir. Yol boyunca əsasən əl işlərindən ibarət geyim və məişət mallarının, antik əşyaların alış-veriş dükanları, müxtəlif növ çörək və digər ərzaq məhsullarının bişirilib isti-isti satıldığı köşklər, kafelər, çayxanalar diqqət çəkirdi. Bu ziyarətimiz Bursa Böyük Şəhər Bələdiyyəsinə daxil Mudanya şəhərinin Mərmərə dənizinin sahilində yerləşən istirahət mərkəzində davam etdi...

Bütün bu gözəlliklərin qoynunda yaddaşıma silinməz xatirələr hopduran Bursada sakinlərin Elat bayramına hazırlaşdıqları bir ayrı ruh yüksəkliyi yaratdı. Türkiyənin İstanbul, Ankara, Qars və başqa şəhərlərindən, eləcə də Orta Asiyadan tədbirə qatılmış onlarla insanın məhz Borçalı türklərinin Elat bayramından həsrətlə, sevgiylə söz açdıqlarının, bu il keçiriləcək bayramda iştirak etmək arzusuyla yaşadıqlrının da şahidi oldum.

“Türkiyə tək deyil, onun arxasında 300 milyonluq Türk dünyası dayanır”

“Mədəniyyət qurultayı” adı altında düzənlənmiş Novruz təbriklərinə Türkiyə, Azərbaycan, Orta Asiya və digər Türk dövlətlərindən millət vəkilləri, Qırğızıstanın Ankaradakı fövqəladə və səlahiyyətli səfiri, ayrı-ayrı ölkələrin dərnək və təşkilat rəhbərləri, eləcə də tədbiri bir-birindən gözəl ifaları ilə rəngarəng edən sənətçilər qatılmışdı. Qurultayda ən qürurverici olanlardan biri Türk dünyasından dəvət olunmuş nümayəndələrin çıxış zamanı son dövr Türkiyənin üzləşdiyi terror aktlarını pisləyərək öz ölkəsi və ya təşkilatı adından bu ölkənin yanında olduqlarını qeyd etmələri idi. Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə son səfərinin bir örnək olaraq təkrar-təkrar dilə gətirildiyi bu qurultayda Novruz təbriklərindən daha çox birlik, bərabərlik mesajlarının səsləndirilməsi yer alırdı ki, bu da sürəkli alqışlarla qarşılanırdı. Bu qardaşlıq, doğmalıq mesajları çoxlarının kövrəlməsinə səbəb olurdu. Azərbaycandan bu cür mesajları Millət vəkili Fazil Mustafa və “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli səsləndirdi. Bursa Böyük Şəhər Bələdiyyə Başqanı Recep Altepeyə saz və Elat bayramı atributları hədiyyə edən cəmiyyət sədri Zəlimxan Məmmədli hər bir türkün Türk dünyasının xilasına hazır olmasının vacibliyini qeyd etməklə yanaşı, Borçalı-Qarapapaq türklərinin Türkiyə, Azərbaycan və Gürcüstanın haqq mübarizəsində ön cərgələrdə olacaqlarını bəyan etdi. Zəlimxan Məmmədli Türkiyə və Azərbaycan dövlətlərini “Bir millət, bir dövlət, iki bayraq” ideyası ətrafında düşünməyə də dəvət etdi.
Bursa – Bir dünya gözəli

Bursa Böyük Şəhər Bələdiyyə Başqanı Recep Altepe birliyə və bərabərliyə ehtiyacın çox olduğu bir zamanda bu görüşün baş tutduğunu məmnunluqla qarşıladığını və bu birliyin qiyamətə qədər davam etməsinə əmin olduğunu söylədi.

“Türkiyə tək deyil, onun arxasında 300 milyonluq Türk dünyası dayanır”, – deyən “Dünya Qarapapaq Türkləri Birliyi”nin başqanı Seyfullah Türksoy Türkiyənin öz tarixinin ən güclü dönəmlərini yaşadığını və bu səbəbdən xaricdən dəstək alan terror hadisələrinin Türkiyəni diz çökdürə bilməyəcəyini əminliklə ifadə etdi. Novruz bayramının təntənəli surətdə keçirilməsini də vacib hesab edən Seyfullah bəy bu bayramın beşminillik Türk bayramı olduğunu dilə gətirdi. Sonra isə əlini qana bulamış kiçik bir təşkilatın bu qədim Türk mədəniyyət nümunəsinə sahiblənmək niyyətini təəssüflə qeyd etdi və buna imkan verməyəcəklərini vurğuladı.

Bax beləcə, müşavirə şurasının üzvü olduğum “Dünya Qarapapaq Türkləri” Birliyi Seyfullah Türksoyun başçılığı altında Türk dünyasının birliyinə xidmət etdiyini bir daha sübut etdi, beş ayın içində böyük uğurlara doğru irəlilədiyinə şübhə yeri qoymadı. Nəhayət, getdiyimiz həmin quru, dəniz və hava yolları ilə martın 21-də ürəyi sevgilərlə dolu doğma Bakımıza qayıtdım. Hamının ziyarəti qəbul olunsun!

Bakı-İstanbul-Bursa-Bakı, 18-21 mart 2016-cı il


Paylaş



Bölmə: Turan / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!