Paşinyan Qələbə Paradında iştirak edəcək .....                        İlham Əliyev “Euronews” televiziyasına müsahibə verdi - TAM MƏTN .....                        Gəncənin bombalanması əmrini ondan aldım - Araik ad çəkdi .....                        Müşahidəçilər Ermənistan-Azərbaycan sərhədindən nə vaxt çıxacaq? - AÇIQLANDI .....                        Konstitusiya Məhkəməsi ilə akademiya arasında memorandum - FOTO .....                        Taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək .....                        Məktəb direktoru da insandır, onun da emosional durumu var - Emin Əmrullayev .....                        Ən çox Ərdoğanla fotomu bəyənirlər .....                        Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi .....                       
Tarix : 16-04-2019, 12:24
Azərbaycan və Hollandiyada Qələbə Günü münasibəti ilə silsilə tədbirlər həyata keçiriləcək

Avropa Azərbaycanlılar Konqresi Qələbə Günü münasibəti ilə 5-9 may tarixlərində Beniluks Azərbaycanlıları Konqresi ilə birgə Beniluks ölkələrində və Azərbaycanda silsilə tədbirlər həyata keçiriləcək.
Butov.az-ın Trend-ə istinadən məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Veteranlar Təşkilatı, Azərbaycan Beynəlmiləl Döyüşçülər Birliyi, Azərbaycan Milli Qəhrəmanlar Cəmiyyəti, Diasporla İş Üzrə Dövlət Komitəsi, Azərbaycanın Niderland Krallığındakı səfirliyinin nümayəndələri, Azərbaycanın Brüsseldəki diplomatik korpusunun rəhbərliyi, Azərbaycanın NATO yanındakı Nümayəndəliyinin rəhbərliyi, Milli Qəhrəman Məmməd Məmmədovun anadan olduğu Zaqatala şəhərinin icra başçısı, Niderland və Belçikada fəaliyyət göstərən Azərbaycan və Türkiyə təşkilatlarının nümayəndələri, Osterveyk şəhəri Meriyasının rəhbərliyi, ictimaiyyəti, Azərbaycan, Niderland və Belçikanın mətbuat nümayəndələri iştirak edəcəklər.
Bildirək ki, II Dünya müharibəsi zamanı 1941-1945 illərdə bir qrup azərbaycanlı sovet əsgəri Niderland Krallığında Müqavimət Hərəkatında hollandiyalılar ilə birlikdə alman faşistlərinə qarşı mübarizədə fəal iştirak ediblər və Niderland Krallığının faşizmdən azad olmasında mühüm rol oynayıblar.
Onlardan biri Hollandiya Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, “Cəngəvər Titulu” almış Məmmədov Məmməd (Medo). M.Məmmədov Osterveyk şəhərində partizan hərəkatına başcılıq edib, sonralar Niderlandda məskunlaşaraq ailə qurub, bu ölkənin muharibədən sonrakı inkişafına yüksək tohfə verib.
Niderland Krallığı tərəfindən həmyerlimizin fəaliyyəti yuksək qiymətləndirilərək Məmməd Məmmədova Niderland Krallığının Milli Qəhrəmanı adı verilib, Niderland Kral Sarayının Fəxri üzvu seçilib, Osterveyk şəhərinin ilk fəxri vətəndaşı adına layiq görülüb və Osterveyk şəhərində "Mammadovpad" kuçəsi salınıb, Xatirə lövhəsi yaradılıb.
Mühüm hadisələrdən sonra, Niderland Krallığının milli azlıqlar və inteqrasiya naziri Gerd Leers azərbaycanlıları ölkəsinə inteqrasiya prosesində birincilik qazanan xalq adlandırıb.

Nəzərdə tutulan tədbirlərin proqramına daxildir:

- 3 May - Belçikanın "Stedelijk Van Genk" Qardaşlıq məzarlığının ziyarəti və bu məzarlıqda dəfn olunmuş Azərbaycan əsgərlərinin xatirəsinin yad edilməsi və rəsmi mərasim;

- 4 May - Niderland Krallıgının Osterveyk şəhərində rəsmi mərasim.

Azərbaycan nümayəndə heyətinin "Mammadovpad" kucəsinin və Memorial Xatirə Ansamblının ziyarəti. Osterveyk şəhərində yerli əhali üçün Milli Qəhrəman Medoya həsr edilmiş filmin nümayişi. "Baku Network Media Mərkəzi"nin rəhbəri Elxan Ələsgərovun Medoya həsr edilmis "İtirilmiş zaman" kitabının təqdimatı. Milli Qəhrəmanın qızı Nancy Məmmədova və digər ailə üzvləri ilə gorüş.

- 05 May - Amersfoort Leusden Qardaşlıq Məzarının ziyarəti və bu məzarlıqda dəfn olunmuş Azərbaycan əsgərlərinin xatirəsinin yad edilməsi və əklillərin qoyulması. Rəsmi mərasim.

- 06 May - Nümayəndə heyətlərinin Azərbaycana yola düşməsi.

- 07 May - Nümayəndə heyətlərinin Milli Qəhrəmanın anadan olduğu Zaqatalanın Muğanlı kəndinə gəlişi. Məmməd Məmmədovun xatirəsini əbədiləşdirmək üçün Zaqatalada Xatirə Muzey guşəsinin aclışı;

- 08 May - Zaqatalanın Muğanlı kəndindəki orta məktəbin şagird və muəllim kollektivi, ictimaiyyəti ilə Milli Qəhrəmanin ailə üzvlərinin görüşü;

- 09 May - Bakıda keçiriləcək Qələbə Gününə həsr olunmuş görüşdə Milli Qəhrəmanın ailə üzvlərinin iştirakı.

Görüşlərdə Niderland ve Belçikada fəaliyyət göstərən yerli mətbuat orqanlarının nümayəndələri iştirak edəcəklər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!