Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
Tarix : 18-04-2019, 13:21
Azercell-dən rəqəmsallaşma strategiyası çərçivəsində daha bir yenilik

Azercell-in yeni E-Sim layihəsi ilə nömrələrin simpaketə bağlılığı aradan qaldırılıb
Ölkənin mobil rabitə sahəsinin lideri Azercell rəqəmsallaşma strategiyası çərçivəsində daha bir yeniliyə imza atıb. Belə ki, yeni layihə sayəsində nömrələrin sadə fiziki simpaketlərə bağlılığı tamamilə aradan qaldırılıb. Aprel ayının 16-dan etibarən Azercell-in ÖM və MX ofisləri, həmçinin diler və distributor şəbəkəsi E-Sim nömrələrinin satışını mərkəzləşdirilmiş www.azercellim.com onlayn bazasının köməyilə həyata keçirə bilir.
Qeyd edək ki, Azercell nömrəsi əldə etmək istəyən hər bir kəs istəyinə uyğun olan müəyyən bir nömrəni www.azercellim.com saytındakı axtarış bölməsindən tapa bilər. Burada axtarış meyarlarına uyğun gələn nömrə kombinasiyaları təklif edilir və hansı dilerdə satışda olması barədə məlumat öz əksini tapır.
Nömrələrin satışını onlayn baza vasitəsilə həyata keçirməyə imkan verən yeni E-Sim layihəsi nəticəsində 1 milyondan çox mərkəzləşdirilmiş nömrə bazası bütün diler və distributorlar üçün əlçatan olub. Önəmli olan məqamlardan biri də saytdakı nömrə bazasının mütəmadi olaraq yenilənməsidir.
E-Sim layihəsi nömrə paketlənməsində xərclərin azaldılmasına, nömrə satışlarının artmasına, eyni zamanda şəffaf və rəqəmsal biznes infrastrukturunun qurulmasına təkan verir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!