"Ukrayna, biz səninləyək” - Avropadan dəstək .....                        Ağ Evə necə gəldi, necə getdi... - FOTO .....                        Azərbaycanda Ramazan ayı başladı .....                        Zelenski Amerikaya təşəkkür etdi .....                        Makrondan Tramp-Zelenski davasına reaksiya .....                        Zelenski-Tramp görüşü yarımçıq başa çatdı .....                        TASS-ın müxbiri Ağ Evdən qovuldu .....                        Trampdan Zelenskiyə sərt sözlər: "Mənə hörmət etmirsən" .....                        Zelenski atəşkəsə qarşı çıxdı .....                       
Tarix : 11-04-2017, 12:03
Azercell “Gənclər kitab oxuyur” layihəsinə start verir

Əlinə kitab alıb otağın bir küncündə yerini rahatlayıb oxuyan insanların sayı get-gedə azalır. Buna səbəb vaxt çatışmazlığı, üstündə kitab daşımaq həvəsinin olmaması, yorğunluq və digər amillər ola bilir. Digər tərəfdəndə, yeni texnologiyalar, müasir cihazlar, ən əsası isə İnternethəyatımıza elə sürətlə daxil olub təməl salır ki, köhnə faydalı vərdişlərə artıq vaxt qalmır.Odur ki, bütün bu məqamları nəzərə alaraq,Azercell Telekom mütaliə sevərlərüçün yeni bir layihəyə başlayır.
Butov.az Modern.az-a istinadən xəbər verir ki, “Gənclər kitab oxuyur” adlı yeni layihə çərçivəsində oxu günləri təşkil ediləcək. Layihə gənclər arasında mütaliə mədəniyyətini artırmaq, yerli müəlliflərimizi tanıtmaq, eləcə də dinamik həyatımızda intellektual istirahət imkanı təqdim etməyi qarşısına məqsəd qoyur.Oxu günlərində Azercellin 2 il bundan əvvəl istifadəyə verdiyi Bookmate tətbiqinə daxil etdiyi əsərlər gənc qiraətçilər tərəfindən “Starbucks Azerbaijan”nın Gənclik Mall-da yerləşənkafesində oxunacaq. Qeyd edək ki, qiraətçilər öncədən gənclər arasında müsabiqə yolu ilə seçiləcəklər. Müsabiqənin şərtlərinə dair ətraflı məlumat Azercell-inrəsmi Facebook səhifəsində yerləşdiriləcək.
Məlumat üçün bildirək ki, Azercell ölkədə mütaliə mədəniyyətinin inkişafı, kitaba marağın artırılması üçün indiyə qədər bir sıra layihələr həyata keçirib. 2015-ci ildə təqdim edilən Bookmate əlavəsi sayəsində bütün Azercell abunəçiləri Azərbaycan, rus, ingilis,türk və onlarla əcnəbi dildə məhdudiyyətsiz kitab oxuya bilirlər.Azercell-in təqdim etdiyi mobil kitabxanada 690 000-dən artıq kitaba çıxış təmin olunub.
Beləliklə, “Gənclər kitab oxuyur” layihəsinin qiraətçilərindən biri olmaq istəyirsinizsə, Azercell-in rəsmi Facebook səhifəsini izləyin, müsabiqəyə qatılın və layihənin gedişatından daim xəbərdar olun!
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!