Elçin Quliyev III Çarlzla birlikdə - FOTO .....                        Putindən Trampla söhbətdən sonra ilk AÇIQLAMA .....                        Trampla Putin 2 saat danışdılar .....                        Məhkəmədə vaxtilə işğalda olmuş ərazilərdə çəkilən görüntülərinə baxdı .....                        Polşada prezident seçkiləri - İkinci tur nə vaxt keçiriləcək? .....                        Fransaya casusluq edən Martinin məhkəməsi .....                        Paytaxtda soyğunçuluq edən şəxs saxlanıldı .....                        Zakir Həsənov İsrailə getdi - Görüşlər keçirdi .....                        SSRİ bayrağına görə oğlu da işdən qovuldu .....                       
Tarix : 9-12-2016, 18:28
Azercell prezidenti mükafatlandırıldı

Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini, Azərbaycan Milli Paralimpiya Komitəsinin Prezidenti İlqar Rəhimov və Azərbaycan Milli Paralimpiya Komitəsinin Birinci Vitse-prezidenti, Uşaq Paralimpiya Komitəsinin İdarə heyyətinin sədri Natiq Qasımovla görüşüb, ikitərəfli əməkaşlıq sahəsində görülən işlər və qarşıda duran vəzifələr geniş müzakirə edilib.

Butov.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, görüş zamanı Azercell Telekom MMC-nin prezidenti Vahid Mürsəliyev Azərbaycan Respublikasında Paralimpiya hərəkatının inkişafındakı xidmətlərinə görə və Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi munasibətilə Milli Paralimpiya Komitəsinin fəxri diplomu ilə təltif edilib. Qeyd edək ki, Vahid Mürsəliyev 2015-ci ildən etibarən Azercell Telekom MMC-nin prezidenti vəzifəsinə təyin edilib. O, Beynəlxalq Hüquqşünaslar Assosiasiyasının üzvü və Beynəlxalq Ekoenergetika Akademiyasının doktorudur.

Məlumat üçün bildirək ki, dünyada ilk dəfə olaraq 2013-cü ildə Azərbaycanda Uşaq Paralimpiya Komitəsi yaradılıb. 2014-cü ildən başlayaraq Azercell Telekom MMC Komitənin inkişaf etdirilməsinə dəstək verir. Məhz bu dəstəyin nəticəsi olaraq hazırda Komitədə altı idman növü üzrə altmışdan çox saglamlıq imkanları məhdud uşaq idmana cəlb edilib. Onlar idmanla məşğul olmaq, müxtəlif beynəlxalq yarışlarda Azərbaycanı təmsil etmək imkanı qazanıb. Bu komitənin yaradılmasında əsas məqsəd ehtiyat idmançıların hazırlanması ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiya olunmasına dəstək verməkdir. Azercellin dəstəyi ilə ölkəmizdə ilk dəfə olaraq respublika üzrə I və II Uşaq Paralimpiya İdman Oyunları keçirilib.

Azərbaycanda fəaliyyət göstərdiyi 20 il ərzində daim kimsəsiz, müxtəlif problemləri olan uşaqların hərtərəfli dəstəklənməsi, sağlamlığının qorunması, onların keyfiyyətli təhsil alması, sağlam həyat tərzi keçirməsi naminə çalışan Azercell Uşaq Paralimpiya Komitəsinin fəaliyyətini dəstəkləyərək yeniyetmələrin cəmiyyətə inteqrasiyasını və idmana olan həvəslərini artırır.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!