Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                       
Tarix : 18-11-2019, 07:01
Alman məhkəməsi 12 yaşlı azərbaycanlı ilə bağlı qərarı ləğv etdi
Almaniyanın Passau Federal Məhkəməsi 12 yaşlı Azərbaycan vətəndaşı Z.M. ilə bağlı deportasiya qərarını ləğv edib.
Butov.az Report-a istinadən xəbər verir ki, məhkəmə 9 il əvvəl, 3 yaşı olarkən ailəsi ilə birlikdə Azərbaycandan Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyən Z. adlı qız barəsində əvvəlki deportasiya qərarını ləğv edib.
12 yaşlı məktəblinin ailəsi ilə birlikdə alman cəmiyyətinə yaxşı inteqrasiya olması, Hautsenberqdə oxuduğu məktəbdə nəticələrinin yüksək olmasını nəzərə alan məhkəmə, “qaçqın statusu” almaları üçün qərarı Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəyə (BAMF) göndərib.
BAMF-ın yaxın günlərdə 12 yaşlı azərbaycanlı və ailəsi barədə qərarını açıqlayacağı gözlənilir. Qərarın müsbət olacağı, yəni azərbaycanlı ailənin Almaniyada qalacağı istisna edilmir. Çünki Almaniyada “qaçqın işləri” ilə bağlı məhkəmələrin verdiyi müsbət qərarlar (deportasiyanın ləğvi və s.) çox vaxt sığınacaq üçün müraciət edənlərin ölkədə qalması ilə nəticələnir.
Məlumat üçün bildirək ki, 2018-ci ildə Almaniyada Z. və ailəsini deportasiya etməyə cəhd ediblər. Milad ərəfəsində Almaniya polisi Z.-ni, onun valideynlərini və üç kiçik qardaşını Kellberqdəki mənzillərindən götürərək, Azərbaycana deportasiya üçün aparıblar. Lakin o vaxt azərbaycanlı ailəni vətəninə yola salmaq mümkün olmayıb, polis təyyarəyə gecikib.
Bu hadisədən sonra Hautsenberq şəhərindəki idman məktəbinin şagirdləri ailəsi ilə Almaniyada yaşayan azərbaycanlı Z.-nin deportasiya olunmasına qarşı etiraz aksiyası təşkil ediblər.
O vaxt Z. və ailəsi ilə bağlı deportasiya qərarının ləğv edilməsi ilə bağlı Almaniyada fəaliyyət göstərən və əsasən kilsəyə bağlı olan “Caritas”, “Diakonie” kimi qeyri-hökumət təşkilatları bəyantla çıxış etmişdilər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!