Nizami rayonunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib - VİDEO .....                        Keçmiş vəzifəli şəxslərin yarım milyonluq dələduzluq işinin məhkəməsi .....                        Rusiya vədini pozdu, cavabı olacaq - Zelenski .....                        16 yaşı olmayanlara sosial şəbəklər qadağan olunur .....                        Məşhur diktor vəfat etdi .....                        Mərkəzi Hərbi-Həkim komissiyasının sabiq rəisi saxlanılıb .....                        Sarkisyanın ən böyük arzusu Paşinyanla bağlıdır .....                        Kiberpolis haker şəbəkəsini ifşa etdi .....                        Məşhur fəvvarəyə giriş pullu oldu .....                       
Tarix : 27-01-2021, 12:47
Baş Prokurorluq dəm qazından zəhərlənməyə dair maarifləndirici videoçarx hazırlayıb - FOTOLAR
Baş Prokurorluğun mətbuat xidməti qış aylarında dəm qazından zəhərlənmə və ölüm hallarının sayının artmasını nəzərə alaraq, belə hadisələrin baş verməsinin qarşısının alınması məqsədilə maarifləndirici videoçarx hazırlayıb.

Butov.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a daxil olan videoçarxda əhalinin diqqətinə çatdırılıb ki, son illərdə dəm qazından zəhərlənmə və ölüm hallarının sayı kəskin artıb. Aparılmış araşdırmalara əsasən, belə halların artmasına səbəb vətəndaşların dəm qazı barədə məlumatsızlığı və qazdan istifadə qaydalarına laqeyd yanaşmalarıdır. Dəm qazı təmiz halda gözlə görünməyən, iysiz, dadsız, havadan yüngül, güclü zəhərləyici və öldürücü xassəyə malik qazdır.

Videoçarxda dəm qazından zəhərlənmə hallarına “pyatiminutka” deyilən elektrik suqızdırıcısının qapalı məkanda ev sahibi tərəfindən özbaşına quraşdırılması, evlərdə havatəmizləyici baca və boruların müxtəlif səbəblərdən tutulması, qızdırıcıların yerləşdiyi hamam otaqlarında oksigen axını dövriyyəsini təmin etmək üçün qapının alt hissəsində dəlik və yarıqların olmaması, qapı, pəncərə və nəfəsliklərin qapadılması, həmçinin “Azəriqaz” İB-nin əməkdaşlarına xəbər vermədən ev sahibi tərəfindən qazla işləyən cihazın quraşdırılması və qazdan istifadə qaydalarının kobud şəkildə pozulmasının səbəb olduğu bildirilib.

Maarifləndirici videoçarxda bu qaydalara əməl olunmasının vacibliyi barədə xəbərdarlıq edilib. Diqqətə çatdırılıb ki, dəm qazından zəhərlənmə və ya ölüm hadisələrinə səbəb olmuş vəzifəli şəxs cinayət qanunvericiliyini tələblərinə əsasən məsuliyyətə cəlb oluna bilər.




Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!