"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 3-06-2021, 11:35
Etik davranış qaydaları ən çox pozulan icra hakimiyyətləri - Siyahı
Keçən il “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” qanunun müddəalarının tələblərini pozan yerli icra hakimiyyəti orqanlarında qulluq keçən 201 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib.

Butov.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə dövlət qulluğunda xidməti fəaliyyətin qiymətləndirilməsinə dair 2020-ci il üzrə hesabatda bildirilib.

Hesabata əsasən, təhlil zamanı müəyyən olunub ki, Masallı Rayon İcra Hakimiyyəti üzrə- 19, Lerik Rayon İcra Hakimiyyəti üzrə- 16, Qobustan Rayon İcra Hakimiyyəti üzrə- 12, Samux Rayon İcra Hakimiyyəti üzrə- 11, Ağcabədi Rayon İcra Hakimiyyəti üzrə- 11, Tərtər Rayon İcra Hakimiyyəti üzrə- 10, Beyləqan Rayon İcra Hakimiyyəti üzrə- 9, Xaçmaz Rayon İcra Hakimiyyəti üzrə- 8, Zaqatala Rayon İcra Hakimiyyəti üzrə- 8, Qazax Rayon İcra Hakimiyyəti üzrə- 8, Bərdə Rayon İcra Hakimiyyəti üzrə- 6, İsmayıllı Rayon İcra Hakimiyyəti üzrə- 6, Şamaxı Rayon İcra Hakimiyyəti üzrə- 6, Ucar Rayon İcra Hakimiyyəti üzrə- 6, Binəqədi Rayon İcra Hakimiyyəti üzrə- 5, Qaradağ Rayon İcra Hakimiyyəti üzrə- 5, Daşkəsən Rayon İcra Hakimiyyəti üzrə- 5, Yardımlı Rayon İcra Hakimiyyəti üzrə- 5, Səbail Rayon İcra Hakimiyyəti üzrə- 4, Ağdam Rayon İcra Hakimiyyəti üzrə- 4, Ağstafa Rayon İcra Hakimiyyəti üzrə- 4, Şəki Şəhər İcra Hakimiyyəti üzrə- 4, Abşeron Rayon İcra Hakimiyyəti üzrə- 3, Ağdaş Rayon İcra Hakimiyyəti üzrə- 3, Kəlbəcər Rayon İcra Hakimiyyəti üzrə- 3, Tovuz Rayon İcra Hakimiyyəti üzrə- 3, Bakı Şəhər İcra Hakimiyyəti üzrə- 2, Nərimanov Rayon İcra Hakimiyyəti üzrə- 2, Füzuli Rayon İcra Hakimiyyəti üzrə- 2, İmişli Rayon İcra Hakimiyyəti üzrə- 2, Cəlilabad Rayon İcra Hakimiyyəti üzrə- 2, Qəbələ Rayon İcra Hakimiyyəti üzrə- 2, Pirallahı Rayon İcra Hakimiyyəti üzrə- 1, Yasamal Rayon İcra Hakimiyyəti üzrə- 1, Kürdəmir Rayon İcra Hakimiyyəti üzrə- 1, Oğuz Rayon İcra Hakimiyyəti üzrə- 1, Qax Rayon İcra Hakimiyyəti üzrə- 1 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib.

Xətai Rayon İcra Hakimiyyəti, Xəzər Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon İcra Hakimiyyəti, Nizami Rayon İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, Sabunçu Rayon İcra Hakimiyyəti, Ağsu Rayon İcra Hakimiyyəti, Astara Rayon İcra Hakimiyyəti, Biləsuvar Rayon İcra Hakimiyyəti, Cəbrayıl Rayon İcra Hakimiyyəti, Gədəbəy Rayon İcra Hakimiyyəti, Gəncə Şəhər İcra Hakimiyyəti, Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti, Gəncə Şəhər Nizami Rayon İcra Hakimiyyəti, Göyçay Rayon İcra Hakimiyyəti, Göygöl Rayon İcra Hakimiyyəti, Hacıqabul Rayon İcra Hakimiyyəti, Lənkəran Şəhər İcra Hakimiyyəti, Mingəçevir Şəhər İcra Hakimiyyəti, Balakən Rayon İcra Hakimiyyəti, Naftalan Şəhər İcra Hakimiyyəti, Quba Rayon İcra Hakimiyyəti, Qusar Rayon İcra Hakimiyyəti, Saatlı Rayon İcra Hakimiyyəti, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Siyəzən Rayon İcra Hakimiyyəti, Şirvan Şəhər İcra Hakimiyyəti, Şuşa Rayon İcra Hakimiyyəti, Xızı Rayon İcra Hakimiyyəti, Xocalı Rayon İcra Hakimiyyəti, Xocavənd Rayon İcra Hakimiyyəti, Yevlax Rayon İcra Hakimiyyəti, Zəngilan Rayon İcra Hakimiyyəti, Zərdab Rayon İcra Hakimiyyəti, Goranboy Rayon İcra Hakimiyyəti tərəfindən intizam tənbeh tədbiri tətbiq edilməyib.

Masallı Rayon İcra Hakimiyyəti tərəfindən 11, Ağdaş Rayon İcra Hakimiyyəti tərəfindən 5, Füzuli Rayon İcra Hakimiyyəti tərəfindən 4, Lerik Rayon İcra Hakimiyyəti tərəfindən 4, Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən 4, Qazax Rayon İcra Hakimiyyəti tərəfindən 3, Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən 1 dövlət qulluqçusuna xəbərdarlıq edildiyi bildirilib.

Laçın Rayon İcra Hakimiyyəti, Neftçala Rayon İcra Hakimiyyəti, Şabran Rayon İcra Hakimiyyəti və Şəmkir Rayon İcra Hakimiyyəti tərəfindən intizam tənbeh tədbirlərinin tətbiq edilib-edilməməsi barədə məlumat verilməyib.

Yerli icra hakimiyyəti orqanlarında tətbiq edilən 201 intizam tənbeh tədbirindən 182-si töhmət, 12-si dövlət qulluğundan azad edilmə, 3-ü ixtisas dərəcəsinin bir pillə aşağı salınması, 2-si həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilmə olub.

Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilən məlumatda 2 intizam tənbeh tədbirinin tətbiq edildiyi göstərilsə də, pozulmuş etik davranış qaydası qeyd edilməyib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!