İsrailin XİN başçısı Azərbaycana yola düşdü .....                        Moskva geri addım atır? .....                        Sahibə Qafarova həmkarı ilə görüşdü .....                        Əli Laricaninin qızı ABŞ universitetindən qovuldu .....                        Rusiya Maduronun azad edilməsini tələb edir .....                        NATO təlimində böhran: Amerikalı əsgərlər geri çəkildi .....                        Qrenlandiya böhran: İşıqsız və istiliksiz qaldı .....                        “Temu” Türkiyədə xarici məhsul satışlarını dayandırdı .....                        Fərəh Pəhləvi İranda ölənlərdən danışdı .....                       
Tarix : 12-07-2021, 10:18
UNEC-də Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzi yaradılıb

UNEC-də ölkənin dayanıqlı sosial inkişafına və yaşıl iqtisadiyyata dəstək olmaq, eləcə də “Nizami Gəncəvi ili”nə töhvə vermək məqsədilə Nizami Gəncəvi adına Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzi yaradılıb.

Butov.az xəbər verir ki, UNEC-dən Trend-ə verilən məlumata görə, mərkəzdə yerli və xarici ali təhsil müəssisələri, tədqiqat mərkəzləri, dövlət və özəl sektor, eləcə də qeyr- hökümət təşkilatları ilə birlikdə dayanıqlı inkişaf və yaşıl iqtisadiyyat üzrə beynəlxalq layihələrdə iştirak etmək, bu sahədə tədqiqatlar aparmaq, təlimçi və mütəxəssislər yetişdirmək və s. nəzərdə tutulub.

Bu məqsədlə Azərbaycan Respublikası Prezident Administrasiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyinin nümayəndələrinin, Avropa İttifaqının dəstəyi və OECD-nin əlaqələndiriciliyi və UNEP, UNIDO, UNECE və WB iştirakı ilə Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri üçün yaşıl iqtisadiyyat sahəsində yerli əlaqələndiricilərin iştirakı ilə görüşlər keçirilib.

Xatırladaq ki, “Nizami Gəncəvi və Dayanıqlı İnkişaf” mövzusunda təşkil edilmiş magistr və doktorantların 3-cü Beynəlxalq Elmi Konfransı çərçivəsində “Yaşıl şəhərlər və yaşıl inkişaf perspektivləri” mövzusuna həsr olunan “workshop”un davamı və nəticəsi olaraq UNEC-də Dayanıqlı İnkişaf və Yaşıl İqtisadiyyat Tədqiqat Mərkəzinin təsis edilməsi qərara alınmışdı.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!