Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
Tarix : 17-05-2022, 11:30
Dövlət Vergi Xidmətinin əməkdaşları Şəmkirdə döyüldü
Şəmkir rayonunda Dövlət Vergi Xidməti əməkdaşlarının döyülməsi ilə bağlı cinayət işi başlanıb.

Butov.az xəbər verir ki, Şəmkir rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, mayın 14-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergi İdarəsinin Vergi öhdəliklərinin icrasına nəzarət şöbəsinin rəisi Anar Məmmədli və Vergi ödəyicilərinin uçotu və Dövlət qeydiyyatı şöbəsinin baş hüquqşünası Emin Şirinovun təhqir olunmaları və onlara qarşı fiziki zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla müəyyən edilmişdir ki, Emin Şirinov və Anar Məmmədli sonuncunun idarə etdiyi avtomobillə Şəmkir şəhəri ərazisində hərəkətdə olan zaman Həbib Cəfərovun idarə etdiyi avtomobillə qəza şəraiti yaratması səbəbindən aralarında mübahisə baş vermiş, bu zaman Həbib Cəfərov və qohumu Ömər Həbibli heç bir əsaslı səbəb olmadan Anar Məmmədli və Elvin Şirinovu təhqir edərək döyüblər.
Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 221.2.1 (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə istintaq davam edir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!