Türkiyə 24 ildən sonra dünya çempionatında oynayacaq .....                        Ağdamda 22 yaşlı şəxs dayısı qızını üzündən bıçaqladı .....                        Azərbaycanda elektron siqaretlər qadağan olunub .....                        Türkiyə yığmasının baş məşqçisi huşunu itirdi - FOTO .....                        Azərbaycan bayrağı Ankarada Cümhuriyyət qülləsində .....                        Zaqatalada qəza - Xəsarət alanlar var .....                        Azərbaycanda bəzi ailələrə yeni mənzillər veriləcək .....                        Fidan HƏMAS nümayəndələri ilə görüşdü .....                        Tramp: İran artıq məğlub edilib .....                       
Tarix : 4-08-2022, 17:19
Daşkəsəndə güclü yağış fəsadlar törətdi


Daşkəsəndə güclü yağış fəsadlar törətdi

Daşkəsən rayonunda güclü yağış fəsadlar törədib. Daşkəsən rayon İcra Hakimiyyətindən verilən məlumata görə, avqustun 3-də saat 21 radələrində Daşkəsən rayonu ərazisində dolu və güclü leysan yağışlarının yaratdığı sel suları yenidən rayonun Alaxançallı, Almalı və Yolqullar kəndlərində keçid körpülərə, yollara, yaşayış evlərinə, evlərin dam örtüklərinə, əhalinin əkin sahələrinə ciddi ziyan vurub. Qeyd olunub ki, bu il iyun ayın 10-da da Daşkəsən rayonuna yağmış intensiv leysan yağışları nəticəsində güclü sel suları əsasən rayonun Çanaqçı, Zinzahal, Alaxançallı, Suqovuşan və Almalı kəndlərində yol, elektrik, rabitə təsərrüfatlarına, körpülərə, yaşayış evlərinə, evlərin dam örtüklərinə və vətəndaşların mal-qarasına ciddi ziyan vurub. Həmin ziyanların aradan qaldırılması istiqamətində işlər Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən davam etdirilir. Avqustun 3-də baş vermiş təbii fəlakət Alaxançallı kəndində dağılmış körpülərin yerində qurulan keçidləri tamamilə aparıb və bir çox ərazilərdə isə dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən həmin yollarda nəqliyyatın hərəkəti tam dayanıb. İnsan itkisi və xəsarət alan yoxdur. Daşkəsən Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri hadisə yerinə gələrək sakinlərlə görüşüb, ilkin lazımi köməkliyi göstərmiş, leysan yağışının vurduğu ziyanların aidiyyəti qurumlarla birgə aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi üçün tapşırıqlarını verib.






Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!