Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 17-06-2016, 14:55
Gədəbəydə sel suları ciddi fəsadlar törədib


Gədəbəydə sel suları ciddi fəsadlar yaradıb. Ötən gün saat 18 radələrindən başlayaraq rayona güclü leysan və dolu yağıb.

Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, güclü leysan və dolu Şınıx bölgəsinin 26 kəndində, həmçinin Çobankənd və Novosaratovka kəndlərində ciddi fəsadlara səbəb olub. Yaşayış məntəqələrinə gedən yollarda qurulan 3-4 körpü tamamilə sıradan çıxıb, bir neçəsi isə qəzalı vəziyyətə düşüb. Bəzi ərazilərdə torpaq sürüşmələri olub, 4-5 ev qəzalı vəziyyətə düşüb. Sel suları avtomobil yollarını yuyaraq nəqliyyat vasitələrinin hərəkəti üçün maneələr törədib. Təbii fəlakət nəticəsində 1000 hektara yaxın əkin sahəsi yararsız hala düşüb, iri və xırda buynuzlu heyvanlar və xeyli ev quşları tələf olub. Sel suların təsirindən elektrik təsərrüfatına da ziyan dəyib. Dirəklərin aşması nəticəsində bır sıra kəndlərə elektrik enerjisinin verilişində fasilə yaranıb. Bir neçə yaşayış məntəqəsinə enerji verilişi bərpa olunsa da, hazırda 5 kənddə elektrik yoxdur. Rayon ərazisindən keçən çaylarda suyun səviyyəsi sel sularının təsirindən artıb. Güclü sel BMW və “VAZ” markalı iki avtomobili aparıb. Avtomobillərin biri tapılsa da, digərinin axtarışları davam etdirilir.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Qüdrət Paşayev bildirib ki, hazırda rayonun bütün texnikası təbii fəlakət olan ərazilərə cəlb edilib. Dəymiş ziyan müəyyənləşdirilir. Qeyd edək ki, Düzrəsullu kənd sakini, 1984-cü il təvəllüdlü Osman Rzayev at ilə Dəyirmançayı keçən zaman sel onu aparıb. O. Rzayevin meyiti ərazidən 3 kilometr aralıda tapılaraq ailəsinə təhvil verilib.

APA


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!