İcra başçısı işdən çıxarılan Qaradağda YENİ TƏYİNATLAR .....                        Gəncədə kanalizasiya xətti partladı - Xəsarət alanlar var .....                        Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq .....                        Nyu-Yorkda 14 nəfər soyuqdan ölüb .....                        Paşinyan İlham Əliyevin getdiyi tədbirə yola düşür .....                        McDonald's qiymətləri 15% artırdı .....                        Neftdən asılılığı azaltmaq üçün qanunları dəyişdilər .....                        Pezeşkian göstəriş verdi: İran-ABŞ danışıqları başlayır .....                        İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində səfərdədir - FOTO .....                       
Tarix : 9-08-2022, 20:26
Prezident Fələstinin Baş naziri ilə görüşüb


Prezident Fələstinin Baş naziri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 9-da Konyada Fələstin Dövlətinin Baş naziri Mohammed Ştayyehi qəbul edib. Butov.az xəbər verir ki, Mohammed Ştayyeh Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın salamlarını Prezident İlham Əliyevə çatdırdı. Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Mahmud Abbasa çatdırmağı xahiş etdi. Mohammed Ştayyeh Azərbaycanın Fələstinə göstərdiyi həmrəyliyə, verdiyi dəstəyə və humanitar yardımlara görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. İkitərəfli əlaqələrimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini deyən Baş nazir İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstəyi vurğuladı. Fələstin Dövlətinin Baş naziri Azərbaycanın bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə bağlı təbriklərini çatdırdı. Mohammed Ştayyeh Azərbaycanın Fələstində səfirliyinin açılması ilə əlaqədar məsələ qaldırdı. Xoş sözlərə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev Azərbaycan xalqının Fələstin xalqı ilə həmrəy olduğunu qeyd etdi. Prezident İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın ölkəmizə səfərini və onunla təmaslarını məmnunluqla xatırlayaraq siyasi, iqtisadi, təhsil, mədəniyyət, idman sahələrində əməkdaşlığın genişlədirilməsinin əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev fələstinli tələbələrin ölkəmizdə təhsil almasına toxunaraq, onlara dövlət tərəfindən ayrılan qrantları vurğuladı və Azərbaycanın bu qrantları artırmağa hazır olduğunu bildirdi.



Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!