Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
Tarix : 23-08-2022, 21:10
Qarabağ separatçıları Rusiya sülhməramlılarının komandanlığı ilə görüşdü


Qarabağ separatçıları Rusiya sülhməramlılarının komandanlığı ilə görüşdü

Avqustun 23-də Xankəndidəki separatçı-terrorçu dəstənin qondarma “parlamentininin 5 nümayəndəsi” Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüşüb. Butov.az xəbər verir ki, görüşün keçirilməsinə səbəb Rusiyanın Ermənistan Respublikasındakı səfirliyinin müşaviri Maksim Seleznyovun son bəyanatı, həmçinin avqustun əvvəlində Azərbaycanın həyata keçirdiyi “Qisas” əməliyyatından sonra yaranmış vəziyyət olub. Görüşdə Rusiya Federasiyasının sülhməramlı kontingentinin məsul şəxsləri qeyd olunan məsələlərlə bağlı izahat veriblər. Xüsusilə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata istinad edərək, Laçından yan keçən yeni yolun “Laçın dəhlizi” ilə eyni hüquqi statusa malik olacağını, 5 kilometrlik enində təhlükəsizlik zonasının müəyyənləşdirildiyini, bitən bütün təhlükəsizlik komponentlərinin qorunub saxlanacağını qeyd ediblər. Bildirilib ki, Xankəndini Ermənistanla birləşdirən 32 kilomeytrlik yeni yolda Rusiya sülhməramlı qüvvələrinin nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərəcək. Rusiya sülhməramlı kontingentinin komandanlığının nümayəndələri avqust hadisələri ilə bağlı lazımi nəticələr çıxardıqlarını qeyd edərək, gələcəkdə bu cür halların qarşısının alınması üçün əlavə səylər göstərəcəklərini və Qarabağdakı ermənilərin təhlükəsizliyini lazımi səviyyədə təmin edəcəklərini əmin ediblər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!