Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 6-09-2022, 20:32
Qadınların rəhbərlik etdiyi ölkələr


Qadınların rəhbərlik etdiyi ölkələr

Dünyanın əksər ölkələrində hakimiyyət kişilər tərəfindən idarə olunsa da, son vaxtlar rəhbərliyə seçilən xanımların sayının artdığını görürük. Dövlət başçısı postuna layiq görülən qadınların bir çoxu yenilikçi və effektiv liderlik bacarıqlarına görə digərlərindən fərqlənir. Onlar habelə ölkələrinin üzləşdiyi problemlərə unikal və operativ reaksiya verməklə, heç də kişilərdən geri qalmadıqlarını göstərməyə çalışırlar. Hazırda hansı ölkələrə xanım liderlər rəhbərlik edir? Butov.az bu suala cavab tapmaq üçün qadınlar tərəfindən idarə olunan məşhur ölkələri araşdırıb.

Böyük Britaniya



Ötən gün Liz Trass Böyük Britaniyanın yeni Baş naziri və hakim Mühafizəkarlar Partiyasının sədri seçilib. O, hökumət rəhbəri postu uğrunda seçkilərdə səs çoxluğu ilə qalib gələrək, Boris Consonun postuna sahib çıxıb. Keçmiş dövlət katibi və Mühafizəkarlar Partiyasının yeni lideri Liz Trass 1975-ci ildə Oksfordda anadan olub, evlidir və iki övladı var. O, 1983-cü ildə Şotlandiyanın Peysli şəhərindəki məktəbin teatrında tamaşa zamanı ölkənin qüdrətli baş naziri və Mühafizəkarlar Partiyasının lideri Marqaret Tetçer rolunu oynayıb. Trass həm siyasi mövqeyinə, həm də "dəmir ledi" kimi tanınan Marqaret Tetçeri təqlid etməsinə görə tez-tez diqqət mərkəzində olub. Mühafizəkarlar Partiyasının liderliyi üçün keçirilən ilk debatda Trassın geyindiyi paltarla 1979-cu ildə Marqaret Tetçerin geyindiyi paltar arasındakı oxşarlıq diqqət çəkib. Bu vəziyyət Trassın özünü Tetçerə bənzətməsinə dair şərhlərə səbəb olub.

Yunanıstan



Yunanıstanın hazırkı prezidenti Katerina Sakellaropuludur. O, 13 mart 2020-ci ildə prezident vəzifəsinə seçilib. Sakellaropulou 30 may 1956-cı ildə Yunanıstanın Saloniki şəhərində anadan olub. Prezident seçilməzdən əvvəl Sakellaropulou Yunanıstanın ən yüksək inzibati məhkəməsi olan Dövlət Şurasının prezidenti vəzifəsində çalışıb. O, ölkənin ilk qadın prezidentidir.

Slovakiya



Zuzana Çaputova 15 iyun 2019-cu ildə Slovakiyanın prezidenti seçilib. O, üç ildir ki, hakimiyyətdədir. Çaputova ixtisasca hüquqşünas olsa da, daha çox ekoloji fəal kimi tanınır. O, Slovakiyanın beşinci prezidenti, eyni zamanda prezident postunu tutan ilk qadın, həmçinin Slovakiya tarixində 45 yaşında seçilən ən gənc liderdir. Çaputova 2019-cu ildə keçirilən prezident seçkilərində ikinci turda 58% səslə qalib gəlib.

Gürcüstan



Salome Zurabişvili 16 dekabr 2018-ci ildə Gürcüstanın prezidenti seçilib. O, bu postda əyləşən ilk qadın liderdir. Zurabişvili 1952-ci il martın 18-də Fransanın Paris şəhərində gürcü siyasi qaçqın ailəsində anadan olub. 2003-2004-cü illərdə Fransanın Gürcüstandakı səfiri vəzifəsində çalışıb. 2004-cü ildə Fransa və Gürcüstan prezidentlərinin qarşılıqlı razılaşması ilə Gürcüstan vətəndaşlığını qəbul edib və ölkənin xarici işlər naziri təyin olunub.

Moldova



Moldova Şərqi Avropada dənizə çıxışı olmayan ölkədir, prezidenti Maya Sandudur. O, 24 dekabr 2020-ci ildə ölkə başçısı seçilib və hələ də vəzifəsini icra edir. Maya Sandu 24 may 1972-ci ildə anadan olub, 8 iyun 2019-cu ildən 14 noyabr 2019-cu ilə qədər Moldovanın baş naziri vəzifəsində çalışıb. 12 noyabr 2019-cu ildə Sandu hökuməti etimadsızlıq səsverməsindən sonra dağılıb. O, Moldovanın ilk qadın prezidentidir.

Nepal



Bidya Devi Bhandari 29 oktyabr 2015-ci ildə Nepalın prezidenti seçilib. O, 28 oktyabr 2015-ci ildə ölkənin parlament tərəfindən seçilən ilk qadın prezidenti olub. Bhandari 2009-cu ildən 2011-ci ilə qədər müdafiə naziri vəzifəsində çalışıb. O, həm də Nepalda ekoloji maarifləndirmə və qadınların hüquqlarının müdafiəsi üzrə fəal kampaniyaçı kimi yadda qalıb.

Tayvan



Tsai İnq-ven 20 may 2016-cı ildə Tayvanın prezidenti seçilib, hələ də hakimiyyətdə qalır. Tsai İnq-ven Tayvanın ilk qadın prezidentidir və ölkə tarixində hakim partiya tərəfindən prezidentliyə namizəd kimi irəli sürülən ilk qadın siyasətçi olub. O, 2016-cı il seçkilərində ilk prezidentlik müddətində rəqiblərinə böyük üstünlüklə qalib gəlib. 2020-ci il seçkilərində də postunda qalmağı bacarıb.

Sinqapur



Sinqapur Cənub-Şərqi Asiyada yerləşən suveren ada ölkəsidir. Hazırda ölkəni qadın prezident Həlimə Yaqub idarə edir. O, 14 sentyabr 2017-ci ildə Sinqapurun prezidenti seçilib. Həlimə Yaqub həm də Sinqapur tarixinə düşən ilk qadın prezident titulunu daşıyır.

Barbados



Barbados Şimali Amerikada yerləşir. Ölkənin rəhbəri Sandra Meysondur. O, 30 noyabr 2021-ci ildə Barbados prezidenti seçilib. Meyson 17 yanvar 1949-cu ildə anadan olub. 2021-ci ildən Barbadosun ilk prezidenti vəzifəsini icra edən siyasətçi ixtisasca hüquqşünasdır. Eyni zamanda təcrübəli diplomatdır.
O, 2018-ci ildən 2021-ci ilə qədər Barbadosun səkkizinci, eyni zamanda sonuncu general qubernatoru, bu vəzifəni tutan ikinci qadın idi. 20 oktyabr 2021-ci ildə Meyson Barbados parlamenti tərəfindən ölkənin ilk prezidenti seçilib və 30 noyabr 2021-ci ildə Barbados konstitusiya monarxiyasını dayandıraraq respublikaya çevrildikdən sonra vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, prezidentliklə yanaşı, bir çox ölkələrdə Baş nazir vəzifəsini məhz xanım siyasətçilər icra edir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!