Biləsuvarda 3 maşın toqquşdu - ölən var .....                        Zelenski Fransaya getdi .....                        Moskvaya gedən bir qrup azərbaycanlı deportasiya edildi .....                        Hər şey tezliklə sona çatacaq - Tramp .....                        Azərbaycanlıları güllələyən şəxsi ömürlük cəza gözləyir .....                        Putin qərar verməlidir - TRAMP .....                        İlham Əliyevin Çinə səfəri başa çatdı .....                        İlham Əliyevlə bir neçə kəlmə danışdıq - PUTİN .....                        Zelenski görüşmək istəyirsə, Moskvaya gəlsin! - PUTİN .....                       
Tarix : 8-10-2022, 16:17
Ərlə arvad uşağı döyüb küçəyə atdı - Polis işə qarışdı


Ərlə arvad uşağı döyüb küçəyə atdı - Polis işə qarışdı

Vəkil Vamiq Şükürov Xırdalanda qarşılaşdığı hadisə ilə bağlı polisə müraciət edib. Bu barədə hüquqşünas “Facebook” səhifəsində yazıb. O bildirib ki, oktyabrın 6-sı gecəyarısı Xırdalanda marketdən çıxarkən diqqətini bir uşaq cəlb edib:“Hiss olunurdu ki, şortik və qısaqol köynəkdə üşüdüyü üçün marketdə dayanıb kimisə gözləyir. Belə bir vaxtda valideyni yanında olmayan uşağın həyatı üçün narahat olub ətrafdakı bir neçə nəfərlə maraqlanmağa başladım. Çətinliklə olsa da, ünsiyyətə keçə bildik. Uşaq hava almaq üçün bayıra çıxdığını dedi. Ona inanmayıb evlərinə apardıq, qapını döysək də, açan olmadı. Havaya uyğun olmayan, özü də çirkli paltarda və valideyn nəzarətindən kənarda bayıra çıxan uşağın qolunda xəsarət izlərini görüb polisə zəng etdik. Blokdan həyətə çıxıb əraziyə gələn polisə təhvil verdik uşağı. Bizə deyə bilmədiyini polisə dedi, qolundakı xəsarəti atası vurubmuş. Polis binaya qalxıb qapını açdı və evdə bir qadınla kişini, masanın üzərində narkotik maddələri və tərəzini aşkar etdi. Qadın uşağın anası imiş. Kişi və narkotik maddələrin evində olmasından xəbərsiz olduğunu dedi. Polis qadın, kişi və uşağı idarəyə apardı”.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!