Azərbaycanla bağlı proqnoz dəyişmədi .....                        ABŞ İranın 10 gəmisini məhv etdi .....                        Rusiyalı diplomatlar partlayış nəticəsində yaralandılar .....                        İranda müharibə nə vaxt başa çatacaq? .....                        "Qalatasaray" tarixi qələbə qazandı .....                        Polis daha bir tiktokeri saxladı .....                        Ceyhun Bayramov Omanın yeni qeyri-rezident səfirini qəbul edib .....                        Səfirlik ölən azərbaycanlı ilə bağlı məlumat yaydı .....                        Baş nazir hökumət üzvlərini topladı .....                       
Tarix : 8-10-2022, 16:20
Güzdəkdəki daş karxanasında qorxunc mənzərə


Güzdəkdəki daş karxanasında qorxunc mənzərə

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir. FHN-dən verilən xəbərə görə, Agentliyin müfəttişləri tərəfindən Abşeron rayonu, Güzdək qəsəbəsində "Xəzri-Y” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus daş karxanasında plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı karxanada insan həyatı və sağlamlığı üçün təhlükə törədə biləcək pozuntular aşkar edilib. Belə ki, daşkəsən maşının təcili dayanma avadanlığının olmadığı, üst arabacığı hərəkət etdirən mühərrikin sıradan çıxması səbəbindən əməliyyatın ling vasitəsilə aparıldığı müəyyən edilib. Həmçinin, daşkəsən maşını elektrik enerjisi ilə təmin edən ötürücü naqillərin birləşmə yerlərinin izolyasiyasız olduğu, naqillərin isə elastik olmadığı, elektrik avadanlıqlarına xidmət zamanı isə fərdi qoruyucu vasitələrdən istifadə edilmədiyi aşkar olunub. Bundan əlavə, müfəttişlərin əraziyə baxışı zamanı daşkəsən maşının hərəkəti üçün nəzərdə tutulmuş rels yolunun sonunda dayaqların, eləcə də karxananın kənarında yerləşən paylayıcı yarımstansiyanın ətrafında qoruyucu çəpərin olmadığı aşkar edilib. Qeyd olunanlarla əlaqədar Agentliyin müfəttişləri tərəfindən karxana rəhbərliyi və işçilərlə profilaktik söhbət aparılıb, aşkar edilmiş texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib. Aşkar edilmiş pozuntular barədə akt tərtib olunaraq, onların qısa müddətdə aradan qaldırılması üçün sahibkara təqdim edilib.







Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!