Köçkün yataqxanasındakı yanğınla bağlı AÇIQLAMA .....                        Bu, həqiqətən yaxşı bir sənəddir - Mirzoyan .....                        Maşın qaz xəttinə çırpıldı, beş kənd qazsız qaldı .....                        Türkiyə Paşinyanı dəstəkləyir - Hakan Fidan .....                        Ötən il 540 nəfər məcburi Azərbaycana gətirilib .....                        Naxçıvanda vəzifəli şəxs işdən çıxarıldı - Yeni təyinat .....                        Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar QADAĞAN EDİLDİ .....                        Bəzi həkimlərin maaşına əlavələr veriləcək - QƏRAR .....                        1184 əcnəbi Azərbaycandan çıxarılıb .....                       
Tarix : 15-01-2024, 17:22
Keçən il əsirlikdən qurtulan hərbiçilərimizin son vəziyyəti açıqlandı


Keçən il əsirlikdən qurtulan hərbiçilərimizin son vəziyyəti açıqlandı

Ötən il 13 dekabr tarixində Ermənistanda əsirlikdə olan hərbçilərimiz - Aqşin Bəbirov və Hüseyn Axundov ölkəmizə qaytarıldılar.
Hərbçilərimiz əsirlikdə olanda Ermənistan tərəfi onları işgəncəyə məruz qoyub. Bir müddət əvvəl əsirlərin anaları ilə əlaqə saxladıqda övladlarının sağlıq durumlarının yaxşı olmadıqlarını və müalicə aldıqlarını bildirmişdilər.
Bəs indi Aqşin və Hüseynin səhhəti necədir?
Əsirlikdən azad edilən Aqşin Bəbirov və Hüseyn Axundovun valideynləri ilə əlaqə saxlayıb.
Aqşin Bəbirovun anası Dürdanə Bəbirova saytımıza açıqlamasında oğlunun səhhətinin yaxşı olmadığını söyləyib:
“Gözümüzün qabağında balalarımız saralıb-solub. Aqşinin ciyərləri pis vəziyyətdədir, qabırqaları qırıqdır. Böyrəkləri bərbad vəziyyətdir. Ağrılar içərisində ayaqda durmağa çalışırıq. Maddi durumumuz da aşağıdır. Bu gün bir çörək alanda, digərini ala bilmirəm. Necə onu xəstəxanaya aparım? Nə olsun sığortadır, müalicə müftə olmur? Dərmanlar hamısı pulladır. Allah heç bir ananı bizim günümüzə salmasın. Yenə də şükürlər olsun ki, cənab prezidentimizin sayəsində övladlarımız bu gün yanımızdadır. Prezidentə minnətdarlığımı bildirirəm. Nə qədər təşəkkür etsəm azdır. Bir daha deyirəm, cənab prezidentin qarşısında baş əyir, əllərindən öpürəm. Evimin tək oğlunu qaytardı bizə. Bizim elə dövlət başçımız var ki, onunla qürur duyuruq. Heç vaxt kiməsə dövlətimiz haqqında artıq-əskik nəsə deməyə nə mən, nə də Hüseynin anası icazə verər. Səhv edənələrə dövlətimiz yaxşı bilir nə edəcək”.
D.Bəbirova oğlunun səhhəti yaxşı olmasa da, işləmək istədiyini söyləyib:
“Uşaqlarımız evin vəziyyəti ilə əlaqədar işləmək istəyirlər. Cavan oğlanlardır, istəyirlər ki, onların da cibində 5 manat olsun. Aqşin qürurunu sındırıb atasından pul istəmir. Axı, o da gəncdir. İstəyir ki, işləsin, cibində 5 manat olsun. Sağlamlığı olmasa da, övladlarımızın işləmək istəməsi bir ana kimi mənim ürəyimi dağlayır. Çölə çıxıb gəzmək istəyirlər. Ürəkləri istəyəni alıb yemək istəyirlər. Balalarımız iki il ev çörəyi yemədi. Uşaqlarımız haqqında artıq-əskik yazanların hamısını Allaha həvalə edirəm. Sosial şəbəkədə mənfi yazanlar bizim övladlarımıza yox, dövlətimizə ləkə gətirəcək sözlər yazırlar. Biz də, dövlətimiz də belə yazanların kim olduğunu, kimlər tərəfindən idarə olunduğunu yaxşı bilir. Allah böyükdür. Cənab Ali Baş Komandan düşmənin əlində işgəncədə olan iki əsgərini azad edibsə, elə virusları da təmizləyə bilər. Ona görə də biz göydə Allahımıza, yerdə cənab prezidentimizə sığınmışıq. Çünki bizim övladlarımızı Dəmir Yumruqun sahibi, cənab prezidentimiz azad edib, artıq-əskik yazanlar yox. Hər iki övladımızı alnıaçıq, başıdik əsgər göndərdik. İnanıram ki, cənab prezident onların yanında olacaq və kişi kimi həyatlarını davam etdirmələrinə kömək edəcək”.
Hüseyn Axundovun anası Şəlalə Axundova isə oğlunun hazırda müalicələr qəbul etdiyini və yaxşı olmağa çalışdığını söyləyib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!