İmişlidə 2 avtomobil toqquşub - 4 yaralı var .....                        Neftçalada qəza - 15 yaşlı yeniyetmə öldü .....                        Xocalı faciəsinin siması İlham Quliyev vəfat etdi .....                        ABŞ Azərbaycan qazı üçün dəhliz hazırlayır .....                        Ukrayna münaqişəsi ilə bağlı mühüm danışıqlar başa çatıb .....                        İran sualtı gəmilərini işə saldı .....                        Qrenlandiya ilə bağlı əmr: Döyüşə hazır olun! .....                        Ermənistana gələnlər gedənlərdən çox olub - 35 ildə ilk .....                        ABŞ bazalarına ölümcül zərbələr endirəcəyik - SEPAH generalı .....                       
Tarix : 4-12-2015, 12:37
"Google" axtarış sistemi Azərbaycanın üç muzeyini qeyri-adi detallar ilə incəsənət əsərlərinin kəşf edilməsi və izlənilməsinə imkan verən dünyanın ən iddialı institutlarının vahid qlobal platformasına daxil edib. Belə ki, Azərbaycanın Xalça Muzeyi, Musiqi Mədəniyyəti Muzeyi və Milli İncəsənət Muzeyi "Google Cultural Institute" layihəsinin sırf muzeylərə həsr olunan "Art Project" bölməsinə daxil edilib.

Butov.az Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "Report"a layihənin təmsilçisi Kirill Zemtsov məlumat verib. Onun sözlərinə görə, adi istifadəçilər üçün nəzərdə tutulan layihə ümumilikdə 3 hissədən ibarətdir, digər iki hissəsi isə "Historic moments"də arxivlərdə saxlanılan məlumatlar və "World Wonders"də isə dünyanın müxtəlif hissələrinin panoram görünüşləri ehtiva olunur.

K.Zemtsov əlavə edib ki, gələcəkdə Azərbaycanın digər maraqlı və görməli tarixi-mədəni şəhərləri, abidələri haqda da məlumatlara geniş yer veriləcək.

İncəsənət əsələri və mədəniyyətlə bağlı məlumatların toplandığı platforma kommersiya xarakteri daşımır. Layihə dünyanın müxtəlif mədəni irsləri barədə daha detallı məlumat əldə etmək üçün yaradılıb. Azərbaycan haqda məlumat əldə etmək istəyənlər "Google"da "Google Cultural Institute" yazaraq, axtarış bölməsində "Azərbaycan" açar sözünü daxil etməklə, milli muzeyləri görə bilərlər.

Burada muzeyi onlayn şəkildə gəzmək mümkündür. Layihədə, məsələn, Xalça Muzeyində Azərbaycan xalçaları, onlar haqda məlumatlar, materiallar, tarixi, toxunduğu yer, o cümlədən muzeydə sərgilənən tikmə, geyim, mis qablar, zərgərlik əşyaları, şüşə, taxta və keçə məmulatları da öz əksini tapıb.

Qeyd edək ki, şirkətin Azərbaycan tərəfdən kontent tərəfdaşı "Colorit" Yaradıcılıq Emalatxanasıdır.

Ümumilikdə, "Google Cultural Institute" layihəsi çərçivəsində dünyanın 250 institutu ilə əməkdaşlıq əlaqələri mövcuddur. Burada 6 mindən çox rəssamın 10 mindən artıq əsəri yerləşdirilib. Bütün bunları onlayn olaraq izləmək mümkündür. Bu layihədə Qətərin İslam Mədəniyyəti Muzeyi, Vaşinqtonun Ağ Evi, Braziliyanın San-Paulo küçə mədəniyyəti kolleksiyasını, Parisdə "Musée d’Orsay" muzeyini, Yaponiyanın məşhur rəssamı Hideyori Kanonun əsərlərini, həmçinin Hindistanın müasir incəsənət milli qalereyasını "gəzmək" olar.


Azərbaycan "Google"un məşhur layihəsində - foto


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!