Kadırovdan Puqaçovanın sözlərinə sərt reaksiya .....                        İl ərzində bir həkimin hazırlığına 8 min manat ayrılır .....                        “Benfika” ilə oyuna istədiyimiz kimi hazırlaşa bilməmişik - Qurban Qurbanov .....                        Polşada hökumət binaları üzərində uçan dron vuruldu .....                        Prezident həmin ev barədə tapşırıq verdi .....                        Prezident həmin ev barədə tapşırıq verdi .....                        Qəbul prosesini daha da çətinləşdirməyi düşünürük - Emin Əmrullayev .....                        Bakıda sərnişin avtobus sürücüsünü döydü .....                        Tramp Britaniyaya getdi .....                       
Tarix : 16-04-2024, 22:12
Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verildi - FOTO


Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verildi - FOTO

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Bakı şəhəri Xətai rayon Rahib Məmmədov küçəsi 4. 4a. 15q. və Cavanşir küçəsi 7 və 9 saylı ünvanlarında 2200-dən çox sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edən həyətlər abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
Aprelin 16-da baş tutan açılış mərasimində iştirak edən Leyla Əliyeva tədbir çərçivəsində keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak edib, həyətin azyaşlı sakinlərinə hədiyyələr təqdim edib.
Qeyd edək ki, “Bizim həyət” layihəsinin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. Abadlaşdırılan həyətlərdə sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmana marağın artırılması məqsədilə ərazidə süni örtüklü futbol stadionu, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaqlar üçün oyun meydançaları salınıb. Eyni zamanda, həyətyanı sahələrdə beş söhbətgah, çoxsaylı oturacaqlar, quş yuvaları və pişik evləri quraşdırılıb. Bundan əlavə, həyətlərdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü, elektrik xətləri yenilənib.
Həyətlərin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ 1680 ağac, 19 min 256 kol bitkisi əkilib, 8549 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətrafında sıx bitən və havanın çirklənməsinin qarşısını almaq məqsədilə adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkilərək “yaşıl sədlər” yaradılıb.
Məlumat üçün bildirək ki, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ildən etibarən icra olunan “Bizim həyət” layihəsi çərçivəsində bu günədək 152 ümumi yaşayış sahəsi abadlaşdırılaraq sakinlərin istifadəsinə verilib.
Xüsusi olaraq qeyd edək ki, “IDEA” İctimai Birliyi həyətlərin abadlaşdırılması və yenidənqurma işlərinin aparılması istiqamətində sakinlərin təklif və müraciətlərini İctimai Birliyə təqdim etməyə çağırır. Müraciətlərinizi “IDEA” İctimai Birliyinin qaynar xətti “1113” və ya e-mail ünvanına (info@ideacampaign.org) göndərməyiniz xahiş olunur.






Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!