Tarix : 12-11-2024, 22:46
[b]Dünya liderləri Bakıda...[/b]Noyabrın 12-də Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə ölkəmizə səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Xorvatiyanın Baş nazirini Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və digər rəsmi şəxslər qarşılayıblar.
Paylaş
Bölmə: Xəbər / Karusel / Xəbər lenti