Tərtərdə qətldə təqsirləndirilən yeniyetməyə hökm oxunub .....                        İranla ABŞ qarşılıqlı güzəştə getdi .....                        Bağçadakı fırıldaqçılıq başqa rəzaləti üzə çıxardı .....                        “Bu, bizim üçün dəhşətli itki olacaq" - Zelenski .....                        VIII sinif şagirdləri sınaqlara cəlb ediləcək - DİM sədri .....                        Nazirlik böyrək xəstələri üçün 10 milyon ayırdı .....                        İlham Əliyevin BƏƏ-yə səfəri başa çatdı - FOTO .....                        Almaniyadan BYD və Changan-a rəqib gəlir .....                        Narkotikin təsiri altında maşını idarə edən sürücü həbs olundu - VİDEO .....                       
Tarix : 16-12-2016, 16:41
QHT-lərdən peşəkarlıq tələb olunur

Butov.azın verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov öz Facebook səhifəsində bildirib ki, Şura QHT-lərin daha rasional, ictimai aktuallıq dərəcəsi yüksək olan, cəmiyyətin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən layihələrini maliyyələşdirəcək: "Bu gün Azərbaycan Respublikasının Milli Məclisi 2017-ci il dövlət büdcəsini təsdiq edib. Büdcə təsdiq edildikdən sonra məlum oldu ki, bir sıra digər qurumlar kimi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına ayrılan maliyyə vəsaitinin həcmində də azalma baş verib.
Şuranın büdcəsi 2016-cı ildə ayrılan maliyyə vəsaitinin həcmindən 1,6 milyon manat azdır. Şuranın büdcəsində azalmanın baş verməsi əlbətdə ki, qurumu maliyyə imkanlarından daha qənaətlə istifadə etməyə sövq edir. Məlum olduğu kimi Şura Əsasnaməsinə uyğun olaraq elan etdiyi müsabiqə mövzuları üzrə QHT-lərin təqdim etdiyi layihələri maliyyələşdirir. Şuranın büdcəsinin 1,6 milyon manat azalması təbii ki, xərclərimizin də azalması ilə müşahidə olunacaq. Ona görə Şura QHT-lərin daha rasional, ictimai aktuallıq dərəcəsi yüksək olan, cəmiyyətin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edən layihələrini maliyyələşdirəcək.
Bu cəhətdən QHT-lərin Şuranın 2017-ci il qrant müsabiqəsinə daha peşəkarlıqla yanaşması tələb olunur."


Paylaş



Bölmə: Xəbər / Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!