Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
27-01-2025, 17:00
Azərbaycanda hərbçilərin maaşları ARTIRILDI - FƏRMAN


Azərbaycanda hərbçilərin maaşları ARTIRILDI - FƏRMAN

Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları artırılıb.
Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmanla həqiqi hərbi xidmət hərbi qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədilə hərbi qulluqçuların aylıq vəzifə maaşları orta hesabla 10 faiz artırılıb.
Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Müdafiə Nazirliyi və Maliyyə Nazirliyi Fərmandan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.
25-01-2025, 15:07
İşğal dövründə Rusiyadan Ermənistana daşınan silahlar - Qarabağda yeni faktlar tapıldı


İşğal dövründə Rusiyadan Ermənistana daşınan silahlar - Qarabağda yeni faktlar tapıldı

Ermənistan Silahlı Qüvvələri üçün xüsusi olaraq Rusiya Federasiyası ərazisində hazırlanan müxtəlif hərbi təyinatlı məhsulların Ermənistan Xarici İşlər Nazirliyinin diplomatik kanalları ilə daşınmasına dair faktiki sübutlar ortaya çıxıb.
Hərbi təyinatlı yüklər, müvafiq normativ qaydalara əsasən gömrük baxışından keçmədən, diplomatik yük adı altında Rusiyadan Ermənistana, ordan isə Azərbaycanın işğal altında olmuş ərazilərinə daşınıb.
Daşımalar Moskvanın Domodedovo aeroportundan “Domodedovo Karqo” QSC tərəfindən birbaşa Ermənistanın paytaxtı İrəvan şəhərinə icra olunub.
2023-cü ildə keçirilən lokal antiterror əməliyyatından sonra Xankəndi, Ağdərə və Xocalı şəhərlərində yerləşən Ermənistan Silahlı Qüvvələrinin işğalçı kontingentinə aid olan anbarlarda, sözügedən məhsulların qalıq hissəsi və ən əsası - yüklərin qablaşdırılması aşkar edilib.
Bağlamalarda yer almış məlumatlardan aydın olur ki, təkcə bir növ uniforma - qış gödəkcələrinin sayı 195 qutu kimi qeyd olunub.
Belə olan halda yükün geniş nomenklatura üzrə ümumi həcminin hansı miqdarda olduğunu düşünmək olar.
Təxmin olunur ki, Ermənistanın diplomatik kanallarından istifadə olunmaqla Azərbaycanın işğal altında olan ərazilərinə hərbi təyinatlı yüklər 2020-ci ilin yay aylarından (Tovuz döyüşlərindən sonra) etibarən 44 günlük müharibə zamanı və 09.11.2020-ci ildə bağlanan üçtərəfli atəşkəs bəyanatından sonra gətirilib.
Yəni, bu yüklər Qarabağda onlarla nəzarət-buraxılış məntəqəsi olan Rusiya Federasiyası Sülhməramlı Kontingentinin məsuliyyət zonasına daşınıb.
Onu da vurğulamaq lazımdır ki, diplomatik kanaldan istifadə Ermənistan Silahlı Qüvvələrinin işğalçı kontingentinin (qanunsuz silahlı birləşmələrin) təcili təminatı üçün istifadə olunub və Rusiya Federasiyası buna vasitəçilik edib.
16-01-2025, 21:49
Azərbaycan-Gürcüstan təlimləri keçirilir


Azərbaycan-Gürcüstan təlimləri keçirilir

“Bir millət, iki dövlət” şüarı və “tək ürək, tək bilək, tək yumruq” olaraq Azərbaycanla birgə işləməyə davam edəcəyik.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin “X” hesabında paylaşıb edilib.
Türkiyənin Qars şəhərində keçiriləcək “Qış təlimi - 2025” birgə təlimində iştirak etmək məqsədilə Azərbaycan hərbçiləri Türkiyəyə gediblər
16-01-2025, 12:54
Gənc əsgərlərlə görüş dayandırıldı


Gənc əsgərlərlə görüş dayandırıldı

Ölkəmizdə qış mövsümündə havaların soyuq keçməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma hallarının artması müşahidə olunur. Bununla əlaqədar adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, hərbi hissələrin qapalı və ictimaiyyətlə məhdud ünsiyyət şəraitində olması komandir-rəis heyəti və hərbi tibb personalı tərəfindən hərbi qulluqçuların sağlamlığının qorunması məqsədilə effektiv qabaqlayıcı tədbirlərin keçirilməsinə imkan yaradır:
"Şəxsi heyətlə maarifləndirici söhbətlərin aparılması, onlara düzgün qidalanma və fərdi gigiyena qaydalarının, gündəlik fəaliyyətlər zamanı kompleks profilaktik tədbirlərin vacibliyinin çatdırılması sayəsində yoluxma hallarının qarşısının alınması təmin edilir.
Respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərin effektivliyinin təmin edilməsini nəzərə alaraq ictimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik".
15-01-2025, 19:13
Azərbaycanla Türkiyə hərbçilərinin təlimindən görüntülər


Azərbaycanla Türkiyə hərbçilərinin təlimindən GÖRÜNTÜLƏR

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək “Qış təlimi - 2025” birgə təliminə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordu (ƏÜO) komandanlığından bayrağı qəbul edən bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə - Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda, Türkiyənin bayraq taqımı da Qars şəhərindən mərasimin keçiriləcəyi ünvana doğru yürüş edib.
"Ümid" körpüsündə Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri ifa edildikdən sonra bayraqların dəyişmə mərasimi olub.
Sonra təlimə cəlb ediləcək şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibəti ilə keçirilən tədbirdə ƏÜO komandanı general-mayor Kənan Seyidov çıxış edərək birgə hərbi təlimlərin əhəmiyyətindən danışıb, təlim iştirakçılarına uğurlar arzulayıb.
Tədbirdən sonra təlimə cəlb ediləcək bölmələr Naxçıvan şəhərindən yola düşüblər.
Təlimin planına əsasən yaşayış məntəqələrində, çətin relyefli ərazilərdə, dərin qar və şiddətli soyuqlarda müxtəlif təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi nəzərdə tutulub.

13-01-2025, 14:25
Müdafiə Nazirliyi Hərbi Prokurorluqla birgə plan imzaladı


Müdafiə Nazirliyi Hərbi Prokurorluqla birgə plan imzaladı

Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb. Bu barədə MN-dən bildirilib.
Məlumata görə, 2025-ci ildə Azərbaycan Ordusunda hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, cinayət hadisələrinin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi ilə Respublika Hərbi Prokurorluğu arasında birgə tədbirlər planı imzalanıb.
Planda cari il ərzində nəzərdə tutulan birgə tədbirlər, icra vaxtı, keçirilmə yeri və məsul şəxslər müəyyənləşdirilib.
2025-ci il ərzində Müdafiə Nazirliyinin tabeliyində olan qoşun (qüvvə) növü, birlik, birləşmə və hərbi hissələrdə, həmçinin xüsusi təyinatlı təhsil müəssisələrində hərbi qulluqçularla keçiriləcək görüşlərdə şəxsi heyətin hüquqi maarifləndirilməsi, nizam-intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, mövcud problemlərin aradan qaldırılması istiqamətində müəyyən olunmuş tədbirlərin və digər fəaliyyətlərin icra olunması öz əksini tapıb.
13-01-2025, 13:50
Azərbaycan Qafqazın ən güclü ölkəsidir - Reytinq AÇIQLANDI


Azərbaycan Qafqazın ən güclü ölkəsidir - Reytinq AÇIQLANDI

Dünya ölkələrinin hərbi gücünü əks etdirən “Global Firepower” reytinqi yenilənib.
Reytinqdə hərbi hissələrin sayından və maliyyə vəziyyətindən tutmuş maddi-texniki imkanlara və coğrafiyaya kimi kateqoriyalar üzrə hər bir ölkə üçün 60-dan çox amil nəzərə alınıb.
2025-ci ildə ilk beşliyə ABŞ, Rusiya, Çin, Hindistan və Cənubi Koreya daxil olub.
Azərbaycan siyahıda 60-cı yeri tutub. Ermənistan 91-ci, Gürcüstan 94-cü yerdədir.
Türkiyə reytinqdə 9-cu yeri tutub, İran isə 16-dı yerdədir.
Türk dünyası ölkələrindən Qazaxıstan 57-ci, Özbəkistan 58-ci, Türkmənistan 77-ci, Qırğızıstan 105-ci yerdədir.
12-01-2025, 22:02
“Vətən savaşında Azərbaycanın Zəfəri” kitabı türk dilində çapdan çıxıb


“Vətən savaşında Azərbaycanın Zəfəri” kitabı türk dilində çapdan çıxıb

Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunda hazırlanan kitab Azərbaycanda Konstitusiyanın qəbul edilməsinin 30-cu və 44 günlük Vətən müharibəsində Qələbəmizin 5-сi ildönümlərinə həsr olunub.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan 1104 səhifəlik əsərın müəllifi Hərbi Elmi-Tədqiqat İnstitutunun Humanitar elmlər şöbəsinin professoru, “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, ehtiyatda olan birinci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyevdir.
Kitabda Ermənistan-Azərbaycan münaqişəsinin gedişi və kəskinləşməsi zamanı baş verən əsas geosiyasi proseslərin və hadisələrin izahı verilib, həmçinin beynəlxalq birliyin və Ermənistan-Azərbaycan münaqişəsinə cəlb olunan tərəflərin fəaliyyətinin qərəzsiz təhlilinə böyük diqqət yetirilib.
Nəşrdə, eyni zamanda, Birinci və İkinci Qarabağ müharibələrində hərbi-siyasi hadisələrin və döyüş əməliyyatlarının xüsusiyyətləri xronoloji ardıcıllıqla əks olunub, o cümlədən Vətən müharibəsində Qələbəni təmin edən Silahlı Qüvvələrin hərbi-strateji məharəti və tətbiq edilən taktikanın inkişafı, mərhələli və sabit təkamülü göstərilib.

Kitabda xüsusi vurğulanıb ki, Vətən müharibəsi dövründə baş verən hərbi-siyasi hadisələr bu gün faktiki olaraq Azərbaycan və dünya hərb sənəti tarixində yeni səhifə açıb. Müasir müharibələr və münaqişələr tarixində dronların və “gəzən sursat”ların (kamikadze dronların) belə irimiqyaslı tətbiqinin analoqu yoxdur. Qarabağdakı Vətən müharibəsi bir çox hərbi və siyasi parametrlərinə görə “sabahkı günün ilk müharibəsi” hesab edilməlidir.
Ermənistan-Azərbaycan münaqişəsinin səbəb və nəticələri ilə bağlı bütün problemlər kompleksinin hərtərəfli və dərindən tədqiqi, onun tənzimlənməsinin siyasi və hərbi-güc metodlarının geosiyasi əhəmiyyətinin üzə çıxarılması kitab üzərində iş zamanı müəllif üçün müəyyənedici amillər olub. Münaqişəyə cəlb olunan tərəflərin, beynəlxalq təşkilatların və bütövlükdə dünya birliyinin reaksiyası, Vətən müharibəsinin hərbi-siyasi nəticələri hələ uzun müddət və böyük ölçüdə Cənubi Qafqazda cərəyan edən geosiyasi proseslərin gedişini müəyyənləşdirəcək.
Kitabda İkinci Qarabağ müharibəsi zamanı döyüş bölgələrində Azərbaycan Ordusunun apardığı əməliyyatlar xəritələrdə əksini tapıb. Bu baxımdan kitab Milli Müdafiə Universitetinin professor-müəllim heyəti və dinləyiciləri, hərbi nəzəriyyəçilər, beynəlxalq münasibətlər, beynəlxalq humanitar və hərbi hüquq sahələrində ixtisaslaşan mütəxəssislər üçün dəyərli mənbədir.
9-01-2025, 13:40
Azərbaycanda bu şəxslər hərbi xidmətdən tərxis oluna bilər - RƏSMİ


Azərbaycanda bu şəxslər hərbi xidmətdən tərxis oluna bilər - RƏSMİ

Azərbaycanda hərbi xidmət çağırış və müddətli həqiqi hərbi xidmət keçməyə son yaş həddinin endirilməsinin tətbiqi üçün mexanizmlər hazırlanır.
Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, yeni mexanizmlər ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, bir neçə vətəndaş, qüvvəyə minən müvafiq dəyişikliklərin hazırda hərbi xidmətdə olan 31-35 yaşlı şəxslərə şamil olunub-olunmayacağı haqqında sual ünvanlayıb.
Xatırladaq ki, Prezident İlham Əliyev hərbi xidmət haqqında müvafiq qanunlara edilən dəyişiklikləri 2024-cü il dekabrın 29-da təsdiqləyib. Həmin dəyişikliklərə əsasən, Azərbaycanda hərbi xidmətə çağırılanlar ilkin hərbi qeydiyyata alınmış və ya alınmalı olan müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 30 yaşınadək Azərbaycanın kişi cinsli vətəndaşları olacaq. Qanun təsdiqlənənə qədər həmin yaş həddi 18 yaşından 35 yaşınadək idi.
Həmçinin müvafiq olaraq Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət qulluqçularının xidmət keçmək üçün son yaş həddi 36.5-dən 31.5-ə endirilib.
12-12-2024, 19:02
Hərbi xidmətə çağırılan şəxslərin nəzərinə


Hərbi xidmətə çağırılan şəxslərin nəzərinə

Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yekun tibbi müayinələrin aparılması prosesi davam etdirilir.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) məlumatında deyilib.
Bildirilib ki, prosesin elektron infrastruktur üzərindən həyata keçirilməsi təmin edilir ki, bu da müayinələrin çevikliyini və şəffaflığını şərtləndirir:
"Belə ki, çağırışçının yekun tibbi müayinəsinin aparılması üçün Mərkəzi Hərbi-Həkim Komissiyasının rəyi təsdiq edilərək Nazirliyin "Tibbi şəhadətləndirmə" altsisteminə müvafiq göndəriş daxil edilir. Göndəriş əsasən çağırışçılar, onlar üçün avtomatik təyin edilən e-növbəlilik qaydasında Agentliyin Tibbi Qiymətləndirmə Mərkəzində əyani müayinələrdən keçirlər. Müayinə edilənlər aşağıdakı 4 kateqoriya üzrə yekun tibbi müayinələrə cəlb edilirlər:

Sıradankənar həqiqi hərbi xidmətə yararlılıq haqqında ("B" kateqoriyası);

Həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi haqqında ("Ç" kateqoriyası);

Dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq haqqında ("C" kateqoriyası);

Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında ("D" kateqoriyası)

Müayinənin yekun qərarı da e-sistemə daxil edilir və həmin qərar barədə çağırışçıya elektron qaydada məlumat göndərilir".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!