Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 30-12-2020, 16:23
Azərbaycan Türkiyəyə qaz ixracını 18 %-dən çox artırıb

Bu ilin oktyabr ayında Azərbaycandan Türkiyəyə 1 mlrd 102,83 mln kubmetr təbii qaz ixrac edilib.

Butov.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 18,3 % çoxdur. Bununla da Azərbaycanın Türkiyə qaz bazarında payı 27,39 %-ə yüksəlib. Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yerdə qərarlaşıb.

Oktyabrda bu göstərici 2 mlrd 045,8 mln kubmetr təşkil edib. Bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 3,44 dəfə çoxdur. Rusiya Türkiyənin qaz bazarında payı 50,62 % təşkil edib.

Oktyabrda Türkiyəyə qaz idxalında üçüncü yeri Əlcəzair tutub. Həmin ay bu ölkədən Türkiyəyə 518,58 mln kubmetr qaz idxal edib. Bu, ötən ilin oktyabr ayı ilə müqayisədə 22,86 % çoxdur. Əlcəzairin Türkiyənin qaz bazarında payı 12,83 % təşkil edib.

Hesabat dövründə Türkiyənin ümumilikdə idxal etdiyi qazın miqdarı illik müqayisədə 27,93 % artaraq 4 mlrd 041,28 mln kubmetrə çatıb.

Bu ilin yanvar-oktyabr aylarında isə Türkiyə Azərbaycandan ümumilikdə 9 mlrd 381,02 mln kubmetr qaz idxal edib. Bu, 2019-cu ilin 10 ayının nəticələri ilə müqayisədə 20,3 % çoxdur. Bununla da Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yeri tutub.

Bu ilin 10 ayında Türkiyəyə qaz idxalına görə birinci yeri Rusiya tutub. Yanvar-oktyabr aylarında bu ölkədən Türkiyəyə 10 mlrd 792,74 mln kubmetr təbii qaz ixrac olunub.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!