Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                       
Tarix : 29-09-2021, 12:20
Ermənistanın talan etdiyi sərvətlərimiz

Ermənistan uzun illər müharibə hüququnun norma və prinsiplərini kobud şəkildə pozaraq maddi və mənəvi sərvətlərimizi həm mənimsəyib, həm də talan edib, ölkəmizə külli miqdarda zərər vurub. Minlərlə tarixi və digər abidələri dağıntıya məruz qoymaqla yanaşı işğal altında saxladığı ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyətlə də məşğul olub.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin “Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyət” adlı hesabatı Ermənistanın qeyri-qanuni iqtisadi fəliyyətinə dair məsələləri əhatə edir.
30 il ərzində bu ərazilərdə ağacların kəsilməsi və satışı ilə məşğul olan Ermənistandakı şirkətlər və burada qəsdən yanğınlar törətməklə 110 min hektardan çox sahəni məhv edənlər ərazini ekoloji fəlakətlə üz-üzə qoyublar. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan ilkin hesablamalara görə ermənilərin işğal etdiyi ərazilərimizdə ölkəmizə vurduğu mənəvi-ekoloji zərərin hecmi 285 milyard dollar civarında qiymətləndirilib. Azərbaycanın işğal altında olmuş ərazilərində 160-dan çox müxtəlif qiymətli metal yataqları - 5 qızıl yatağı, 7 civə, 2 mis yatağı, 1 qurğuşun və sink yatağı, 1 daş kömür yatağı, 6 alebastr, 4 vermikulit, 1 soda istehsalı üçün xammal, 12 rəngli və dekorativ daş yatağı, 21 üzlük daş yatağı və s. var idi.
Uzun illər həm erməni iş adamları, həm də beynəlxalq şirkətlər Azərbaycanın nəzarət zonasından kənarda qalan Qarabağda qeyri-qanuni iqtisadi fəaliyyətlərində əsas hədəf kimi dağ-mədən sənayesini seçiblər. Onların Qarabağ ərazisində yerin təkinin qeyri-qanuni istismar etməsi ilə bağlı faktlar “Azercosmos”un peyk vasitəsilə əldə etdiyi şəkillərdə də öz əksini tapıb.
Şəkillərdə işğaldan sonra Azərbaycana məxsus ərazilərdə qeyri-qanuni istismar nəticəsində sahədə meydana gələn dəyişikliklər əks olunub.
Ermənistan 2003-cü ildə təkcə “Söyüdlü” yatağından 2 ton, 2004-cü ildə 2,5 ton qızıl hasil edilib. 2019-cu ildə dağ-mədən sənayesi qondarma rejimin ÜDM-nin 13,7 faizini (97,6 milyon ABŞ dolları) təşkil edib. Bu da Qarabağın dağ-mədən sənayesinin Ermənistan iqtisadiyyatında əhəmiyyətli rol oynadığını təsdiqləyir. Ermənistan Azərbaycan ərazilərində qanunsuz kənd təsərrüfatı fəaliyyətini də təşviq edib. Hesabatda Ağdamın Şelli, Laçının Quşçu kəndində və Xocalı rayonunda təsərrüfat sahələrinin istismarını, eləcə də, Cəbrayıl rayonunda Araz çayı boyunca yaradılan əkinçilik təsərrüfatlarını əks etdirən faktlar da qeyd olunub.
Azərbaycan 30 il ərzində Ermənistanın işğalı altında qalan əhəmiyyətli iqtisadi potensiala malik mineral yataqları daha effektiv istismar edə, hətta onların iqtisadi səmərəsini daha artıra bilərdi. Son 20 il ərzində Azərbaycan və Ermənistanda iqtisadi artım səviyyəsindəki fərq də bunu deməyə imkan verir. Belə ki, 2000-ci ildə Ermənistanda ÜDM cəmi 1,9 milyard dollar idi. 20 il ərzində Ermənistan ÜDM-i 6,4 dəfə artıraraq 12,3 milyard dollara çatdıra bildi.
Ümimilikdə Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına dəymiş maddi zərərin məbləği ilkin hesablamalara görə 818,9 milyard dollar təşkil edir. Artıq Ermənistanın Azərbaycana vurduğu ziyanın qiymətləndirilməsi prosesinə başlanılıb. Beynəlxalq məhkəmələr vasitəsilə həm Ermənistan, həm də Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində qeyri-qanuni biznes qurmuş beynəlxalq şirkətlərin təzminat ödəməsi tələb ediləcək.
Ermənistan təzminatı hansı formada ödəyəcək?
Müasir beynəlxalq hüquqda zərərin ödənilməsinin müəyyən formaları mövcuddur. Bu formalar bir tərəfdən zərərin tam ödənilməsini vəzifə kimi müəyyən edir, digər tərəfdən isə onun üsullarını əks etdirir. BMT Baş Assambleyasının 12 dekabr 2001-ci ildə qəbul etdiyi 56/83 saylı “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti” adlı qətnamə bu kimi zərərin təyin edilməsi və onun ödənilməsi üsullarına həsr edilib. Bu qətnamə beynəlxalq hüquqazidd əməlləri dövlətin qarşısında məsuliyyət kimi müəyyən edir və bu məsuliyyəti daşıyan dövlətin qarşısında vurduğu zərəri ödəməklə bağlı öhdəlik qoyur. Beynəlxalq hüquqazidd əmələ görə vurulmuş zərərə görə tam ödəmə formaları restitusiya, kompensasiya və satisfaksiya formasında ola bilər.
Restitusiya - qanunsuz əməllər nəticəsində dəyən maddi zərərin, onun baş verməsində mövcud vəziyyətin bərpa olunması ilə ödənilməsini nəzərdə tutur. Restitusiyanı həyata keçirmək qeyri-mümkün olduqda razılaşmaya əsasən həmin mülkə bənzər və ya ona bərabər qiymətdə mülkün verilməsinə yol verilir.
Konpensasiya - şəxsiyyətə, əmlaka və ya vətəndaşın nüfuzuna dəymiş zərərin, eləcə də hüquqi şəxsin əmlakına və nüfuzuna dəymiş zərərin ödənilməsi;
Satisfaksiya - dövlət olaraq qarşı tərəfdən üzr istəməsi və etdikləri əmələ görə məsuliyyət daşımış şəxslər haqqında hüquqi ölçü götürülməsini ehtiva edir.
Ermənistan dəymiş zərəri qarşılamaq üçün qeyd edilən formalardan həm ayrı-ayrılıqda, həm də biri-birinə bağlı şəkildə istifadə edə bilər. Eləcə də təzminatın mərhələli şəkildə ödənilə bilməsi ən kasıb ölkənin belə bu formada təzminat ödənişini həyata keçirə bilməsinə imkan verir.
Təzminat ödənişinin tətbiqinə İsrail-Almaniya Reparasiya Sazişini (Lüksenburq sazişi) misal gətirə bilərik. Bu saziş sentyabr 1952-ci ildə İsrail və Almaniya Federativ Respublikası arasında imzalanıb və 27 mart 1953-cü ildə qüvvəyə minib. Razılaşmaya görə, Qərbi Almaniya İsrailə təzminat ödəməli və mülkiyyətini itirmiş hər bir yəhudinin itkisini kompensasiya etməli idi. Saziş 1952-ci ilin sentyabrında imzalanıb və Qərbi Almaniya növbəti 14 il ərzində İsrailə ümumilikdə 3 milyard alman markı, Dünya Yəhudi Konqresinə 450 milyon mark ödəyib.
Hazırda Ermənistan mövcud vəziyyəti düzgün dəyərləndirməlidir. Regional layihələrdən kənarda qalan Ermənistanın çıxış yolu yalnız Azərbaycanla uzlaşmaqdan keçir.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!