Rus ordusu bu yaşayış məntəqəsini işğal etdi .....                        İranın XİN başçısı: Azərbaycanla münasibətlərin gücləndirilməsi zəruridir .....                        Yunanıstanda böyük kriz: Hava limanları bağlandı .....                        Britaniyada dron hücumu .....                        Bakı-Şamaxı-Yevlax yolunda buzlaşma - Hərəkət dayandırıldı .....                        Çin ABŞ-yə müraciət etdi .....                        ABŞ Maduroya Türkiyədə sığınacaq təklif edibmiş .....                        Türkiyədə 202 nəfər saxlanıldı .....                        Avtomobil yollarındakı vəziyyət .....                       
Tarix : 17-03-2017, 11:44
Beynəlxalq Bank elektron ticarətin inkişafında liderdir

Azərbaycan Beynəlxalq Bankı Mərkəzi Bankın 2016-cı ilin nəticələrinə əsasən ölkədəki banklar arasında keçirdiyi müsabiqədə "Elektron ticarətin inkişafında lider bank" və “Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” nominasiyalarının qaliblərindən olub.

Butov.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, 2016-cı il ərzində Azərbaycan Beynəlxalq Bankının ödəniş kartları ilə 28 mindən çox əməliyyat yerinə yetirilib. Əməliyyatların ümumi dövriyyəsi 4 milyard manatdan artıq olub. Aktiv ödəniş kartlarının sayı hazırda 1 milyon 300 mindən çox olan Bankın 763 ATM-i fəaliyyətdədir. Bu, Azərbaycanda ən böyük ATM şəbəkəsidir. Bundan başqa, müxtəlif ticarət və xidmət mərkəzlərində Azərbaycan Beynəlxalq Bankının 11300 POS terminalı müştərilərin istifadəsindədir.

Elektron xidmət infrastrukturunu inkişaf etdirməklə Azərbaycan Beynəlxalq Bankı ölkəmizdə nağdsız ödənişlərin genişlənməsinə töhfə verməyə çalışır. “VİSA PayWave” və “Mastercard PayPass” ödəniş texnologiyalarını dəstəkləyən təmassız ödəniş kartlarını ölkəmizdə ilk dəfə olaraq məhz Azərbaycan Beynəlxalq Bankı tətbiq etməyə başlayıb.

Eyni zamanda, “VİSA İnternational” şirkəti ilə müştərək şəkildə “Sıfır məsuliyyət” (Zero liability) siyasətinin ölkəmizdə ilk dəfə tətbiqi də məhz Azərbaycan Beynəlxalq Bankına məxsusdur.

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı müştərilər www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud 937 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərlər.


Paylaş



Bölmə: İqtisadiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!