Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
22-12-2025, 15:55
"Azneft"in 31 ildə məhsuldarlığı olmayıb - İqtisadçı


"Azneft"in 31 ildə məhsuldarlığı olmayıb - İqtisadçı

"SOCAR-ın Macarıstanın MOL Group ilə əməkdaşlığı kəşfiyyat mərhələsindədir, neft hasilatında real nəticələr 2028-ci ildən sonra məlum olacaq".
Bu sözləri iqtisadçı İlham Şaban deyib.
O qeyd edib ki, Macarıstanın ən böyük neft şirkətlərindən biri olan MOL Group ilə bağlanan əməkdaşlıq müqaviləsi növbəti ildə Milli Məclis tərəfindən təsdiqlənməlidir. Müqavilənin hüquqi qüvvəyə minməsi üçün isə təxminən bir aylıq prosedur müddəti tələb olunur:
"Macarıstan və Azərbaycan neft şirkətləri arasında birgə əməkdaşlıq çərçivəsində kəşfiyyat layihəsinə start veriləcək. Bu mərhələ hələ hasilat mərhələsi deyil. Kəşfiyyat işləri üçün müəyyən edilən ərazi Şamaxı–Qobustan bölgəsini əhatə edir və söhbət yalnız geoloji tədqiqatlardan gedir. Kəşfiyyatın daha geniş ərazilərə yayılması haqda müqavilədə qeyd yoxdur.
Kəşfiyyat çərçivəsində layihənin Azərbaycan və tərəfdaş ölkə üçün iqtisadi səmərəliliyindən danışmaq hələ tezdir. Sözügedən ərazidə neft və qaz ehtiyatlarının rentabelliyini müəyyən etmək üçün quyu qazılmalıdır. Real nəticələri isə yalnız 3 illik kəşfiyyat mərhələsi başa çatdıqdan sonra – 2028-ci ildə görmək mümkün olacaq.
Dənizdə isə real layihə “Qarabağ” yatağıdır. BP şirkəti "Qarabağ" yatağında tədqiqat işlərinə başlayıb. Yataq 1998-ci ildə aşkar edilib, 2019–2020-ci illərdə isə real potensialı təsdiqlənib. Bununla belə, burada böyük ehtiyatların olmadığı qeyd olunur".
Ekspertin sözlərinə görə, yataqda ehtiyatlar 21 milyon ton həcmində qiymətləndirilir:
"BP-nin açıqlamasında bildirilir ki, həmin yataqdan neft hasilatına 2029-cu ilin dördüncü rübündə başlanılması planlaşdırılır.
Neft hasilatı təkcə yatağa sahib olmaqla bitmir. Sıfırdan yaranmış bir şirkət üçün belə təxminən on il lazımdır ki, kommersiya və texniki məsələləri həll edib tam fəaliyyət göstərə bilsin.
“Azneft” şirkəti kəşfiyyat və hasilat işlərinə təhkim olunsa da, bu istiqamətdə yetərli nəticə göstərə bilmir. 1994-cü ildən fəaliyyət göstərməsinə və bu illər ərzində bir çox şirkətlə əməkdaşlıq müqavilələri imzalamasına baxmayaraq, təxminən 31 il ərzində effektiv nəticəyə nail ola bilməyib".
O, bunun səbəblərindən biri kimi şirkətin dövlətlə sıx bağlı fəaliyyət modelini göstərib.
İ.Şabanın fikrincə, əgər “Azneft” müstəqil kommersiya xətti yürütmüş olsaydı, daha məhsuldar nəticələr əldə edilə bilərdi.
18-12-2025, 15:08
Azərbaycan benzini Ermənistanda necəyə satılacaq? - Nazir danışdı


Azərbaycan benzini Ermənistanda necəyə satılacaq? - Nazir danışdı

“Yaxın günlərdə Ermənistana 20 vaqon Azərbaycan yanacağı gələcək”.
Bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan bunu jurnalistlərə müsahibəsində deyib. O, Azərbaycan mediasının yanacağın ilk partiyasının artıq Ermənistana göndərildiyi barədə xəbərlərini təsdiqləyib.
"Məqsədimiz müharibə deyil, ticarətin aparıla biləcəyi bir sahəyə biznes gətirmək idi. Müharibə qurbanlar və itkilər gətirir, ticarət isə rifah gətirir", - deyə Papoyan əmin edib.
Bakı ilə Azərbaycan yanacağının davamlı tədarükü ilə bağlı dəqiq bir razılaşmanın olub-olmadığı soruşulduqda, nazir müsbət cavab verib: "Əlbəttə ki, razılaşma var, amma bu, gələcək bazar şərtlərindən asılıdır".
Ermənistanın özəl şirkətinin Azərbaycandan yanacağı hansı qiymətə aldığı ilə bağlı suala cavab olaraq nazir bildirib ki, bu, şəxsi məsələdir və onlar müdaxilə etmirlər.
"Qiymət məsələlərinə müdaxilə etmək düzgün deyil. Burada dövlətin işi düzgün mühit yaratmaqdır. Misirdən və ya Rusiyadan benzin idxal edərkən nə edirik? Eyni şeydir: lazımi hüquqi və müqavilə çərçivəsi yaradılır, siyasi mühit formalaşır, siyasi razılaşmalar əldə edilir və qalanını biznes görür", - deyə o bildirib.
Ermənistan bazarında Azərbaycan benzininin hansı qiymətə satılacağına gəlincə, Gevork Papoyan belə cavab verib:
"İndi bunu demək çətindir. İlk çatdırılma qeyri-standart olacaq və görünür, növbəti çatdırılma da qeyri-standart olacaq. Daha az və ya çox sabit, görünən bazar vəziyyəti yarandıqdan sonra hər şeyi aydın şəkildə deyə biləcəyik. Özəl sektorda qiymətlər rəqabətə əsasən müəyyən edilir. Məqsədimiz mümkün qədər çox bazar iştirakçısı və müxtəlif mənbələr təmin etməkdir. Bu, rəqabətin artmasına və nəticədə qiymətlərin mümkün azalmasına səbəb olacaq".
İqtisadiyyat naziri Azərbaycan benzininin hansı özəl vasitəsilə alındığını açıqlamayıb.
18-12-2025, 13:55
Ermənistana neft məhsulları yola salındı


Ermənistana neft məhsulları yola salındı

Bu gün SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilir.
22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.
Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.
Qeyd edək ki, neft məhsullarının ilk partiyası noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsasən yola salınır.
17-12-2025, 15:25
Azərbaycanda zavodu bağlanır - İşçiləri digər zavodlara köçürüləcək


Azərbaycanda zavodu bağlanır - İşçiləri digər zavodlara köçürüləcək

Son illərdə faydalı istismar müddətini başa vurduğundan və bununla müştərisi olmadığından bir sıra gəmilər istismardan çıxarılıb.
Mütəmadi şəkildə aparılan qiymətləndirməyə uyğun olaraq, köhnə gəmilərin istismardan çıxarılması səbəbilə balansda olan gəmi sayının əvvəlki illərə nisbətən aşağı düşəcəyi gözlənilir.
Bildirilib ki, optimal gəmi sayı üçün tələb olunan təmir işlərinin həcmi ASCO-nun strukturunda olan gəmi təmiri zavodlarının da optimallaşdırılmasını zəruri edir: “Eyni zamanda, ölkəmizdə hazırda dövlətə məxsus 3 gəmi təmiri və tikintisi zavodunun fəaliyyət göstərməsi, bu zavodların əsas sifarişçisinin ASCO olması gəmi təmiri xidmətlərinin optimallaşdırılması məsələsinə hər 3 zavod prizmasından baxılmasına zərurət yaradır. Bununla əlaqədar, uzunmüddətli gəmi təmiri tələbatı təhlil olunub və bu tələbatın qarşılanması imkanları qiymətləndirilib. Təhlil və qiymətləndirmələr nəticəsində gəmi təmiri tələbatının qarşılanması üçün 2 zavodun kifayət edəcəyi müəyyən olunub”.
Qeyd edilib ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun son illərdə daha çox investisiya qoyuluşları edilərək texniki vəziyyətinin yaxşılaşdırılması və istehsalatın modernləşdirilməsi, “Bibiheybət” GTZ-də isə bundan sonra əlavə kapital qoyuluşlarına ehtiyacın olması, bunlarla yanaşı ölkədə təmir və tikinti işlərini təmin edə bilən Bakı Gəmiqayırma Zavodu (BGZ) kimi müasir zavodun mövcudluğu nəzərə alınaraq, “Bibiheybət” GTZ-nin təmir portfelinin BGZ-yə köçürülməsi/relokasiyası optimal təklif kimi müəyyən olunub: “Təbii ki, bu proses zamanı zavodda çalışan əməkdaşlarımızın hüquqları və mövcud iş yerləri tam nəzərə alınacaq, onlara uyğun imkanlar yaradılacaqdır. Bununla bağlı ASCO rəhbərliyi də işçilərlə görüş keçirib, onların narahatlıqlarını dinləyib və diqqətlərinə çatdırıb ki, heç bir işçi bu proses zamanı ixtisara məruz qalmayacaq, hər bir addım şəffaf şəkildə həyata keçiriləcəkdir”.
16-12-2025, 23:32
Fransa Azərbaycandan neft idxalını 3 dəfədən çox artırıb


Fransa Azərbaycandan neft idxalını 3 dəfədən çox artırıb

Cari ilin yanvar–noyabr aylarında Azərbaycandan Fransaya 143,1 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə edilən 281,1 min ton həcmində xam neft və neft məhsulları ixrac olunub.
Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Məlumata görə, bu göstərici dəyər ifadəsində 2024-cü ilin eyni dövrü ilə müqayisədə 86 milyon ABŞ dolları və ya 2,5 dəfə, həcm ifadəsində isə 191,3 min ton və ya 3,1 dəfə çoxdur.
Qeyd olunan dövrdə Fransa Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 12-ci yeri tutub.
Qeyd edək ki, cari ilin yanvar–noyabr aylarında Azərbaycandan dünyanın 21 ölkəsinə bitumlu süxurlardan əldə edilən xam neft və neft məhsulları ixrac olunub. İxracın həcmi 22,1 milyon ton, ümumi dəyəri isə 11,5 milyard ABŞ dolları təşkil edib.
Məlumata əsasən, analoji 2024-cü ilin dövrü ilə müqayisədə dəyər ifadəsində bu göstərici 1,8 milyard ABŞ dolları və ya 13,5 faiz azalıb, fiziki ifadədə isə 576 min ton və ya 2,7 faiz artım qeydə alınıb.
11-12-2025, 17:22
Azərbaycan Macarıstana 800 milyon kubmetr qaz satacaq


Azərbaycan Macarıstana 800 milyon kubmetr qaz satacaq

Azərbaycan Macarıstana 800 milyon kubmetr qaz satacaq.
Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.
O, bu gün Azərbaycanın XİN başçısı Ceyhun Bayramovla görüşüb.
Siyarto ölkəsinin Azərbaycandan yeni qaz alışı ilə bağlı növbəti razılaşma imzaladığını açıqlayıb. Nazir bildirib ki, Macarıstan 2026–2027-ci illəri əhatə edən iki il müddətinə Azərbaycandan ümumilikdə 800 milyon kubmetr təbii qaz alacaq.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Macarıstanın "MVM ONEnergy" şirkəti arasında razılaşmalar çərçivəsindəsaziş imzalanıb.
"MVM və SOCAR arasında saziş gündəlik 1,1 milyon kubmetr idxalı nəzərdə tutur", - o dəqiqləşdirib.
Nazir qeyd edib ki, bu müqavilə Macarıstanın enerji təhlükəsizliyinin şaxələndirilməsi strategiyasının bir hissəsidir və Azərbaycan bu prosesdə əsas tərəfdaşlardan biridir.
10-12-2025, 17:52
Azərbaycan qazı Macarıstan üçün strateji əhəmiyyətlidir - Ekspert


Azərbaycan qazı Macarıstan üçün strateji əhəmiyyətlidir - Ekspert

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Macarıstanın "MVM ONEnergy" arasında təbii qaz təchizatına dair yeni saziş imzalanıb.
1 yanvar 2026-cı ildən qüvvəyə minəcək saziş Azərbaycan ilə Macarıstan arasında strateji enerji tərəfdaşlığının daha da möhkəmləndirilməsinə xidmət edir.
İqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanın Macarıstana böyük həcmdə qaz ötürməsi gözlənilmir:
"Azərbaycanın bütün Avropaya verdiyi qazın ümümi həcmi bir il üçün orta hədd olaraq 11 milyard kubmetrdir. Bu həcmin daha çox hissəsini İtaliya alır. Çünki İtaliya ilə ölkəmiz arasında uzunmüddətli müqavilə var.
Macartanın geosiyasi mövqeyi təhlükəlidir. Ölkəyə Rusiya qazı Ukrayna vasitəsilə çatdırılırdı. Müharibə axına ciddi maneə oldu.
Macarıstana gedən "Drujba" kəməri Rusiya-Ukrayna müharibəsi nəticəsində ciddi zədələr alıb.
Kəmərdən qazın ixracı dayandırdığına görə Macarıstan alternativ yollar axtarır.
Azərbaycan qazının ora çatdırılması ölkənin bir müddət idarə olunması üçün böyük əhəmiyyət daşıyır.
Bundan əlavə, Macarıstan hal-hazırda çoxşaxəli qaz idxalı modelinə keçidə cəhd edir. Planda Rusiya qazının Türkiyə vasitəsi ilə istehlakı var. Bunu üçün heç bir sanksiya ehtimalı da yoxdur".

6-12-2025, 12:13
Naxçıvanda dəmir yollarının tikinti-bərpa işləri başladı


Naxçıvanda dəmir yollarının tikinti-bərpa işləri başladı

"Azərbaycan Dəmir Yolları" QSC Naxçıvan Muxtar Respublikasında dəmir yolları infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi üçün layihələndirmə işlərini başa çatdırıb və artıq Ordubad rayonunda, Ermənistanla sərhəddə tikinti işlərinə start verilib.
ADY-dən bildirilib ki, tikinti işləri 188 km-lik dəmiryol xəttini əhatə edir. Məqsəd müasir tələblərə cavab verən yeni dəmir yolu şəbəkəsinin qurulmasıdır.
Əsaslı təmir işləri başa çatdıqdan sonra dəmir yolunun illik yükötürmə qabiliyyəti 15 milyon ton təşkil edəcək.
2025-ci il avqustun 8-də Vaşinqtonda “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) açılmasına dair razılaşma çərçivəsində Zəngəzur dəhlizi boyunca dəmir yolu əlaqəsi bərpa olunacaq.
Orta dəhlizin mühüm tərkib hissəsi kimi Avropa və Asiya arasında yükdaşımalarda mühüm marşrut kimi qiymətləndirilən Zəngəzur dəhlizi Şimal-Cənub dəhlizinin də əsas halqalarından birini təşkil edəcək.
5-12-2025, 15:37
Azərbaycan bu ölkəyə sərmayə yatıracaq


Azərbaycan bu ölkəyə sərmayə yatıracaq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "UCC Holding" arasında Dəməşq Hava Limanına yanacaq təchizatı üzrə Anlaşma Memorandumu imzalanıb.
Şirkətlər aeroportu yanacaqla təchiz edəcək və zəruri infrastrukturu təmin edəcək birgə müəssisənin yaratmağı nəzərdə tutur. Birgə müəssisədə SOCAR-ın rolu yanacaq təchizatı əməliyyatlarına texniki dəstək göstərmək və aviasiya yanacağının təchizatını təmin etmək olacaq.
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycan Suriya siyasətində Türkiyə ilə birgə hərkət edir.
Suriyanın Dəməşq Hava Limanının yanacaqla təchizatı və texniki təminatının Türkiyə yox məhz Azərbaycan tərəfindən təmin olunması təbii haldır. Çünki Azərbaycanda aviakeratin istehsalı var:
"Bu, siyasi yanaşmadan savayı iqtisadi addım da ola bilər. Xəbər var ki, Suriyaya qarşı sanksiyalar götürülür. Ölkədə VISA və MASTER kartların bərpası plandadır. Darmadağın edilmiş Suriya iqtisadiyyatı bərpa edilə bilər. İnvestisiyanın yatırılması, logistika xəttinin yaradılması Azərbaycan və Türkiyəyə iqtisadi səmərə gətirə bilər.
3-12-2025, 22:02
Qazaxıstan nefti Bakı–Tbilisi–Ceyhan kəmərinə yönəldir


Qazaxıstan nefti Bakı–Tbilisi–Ceyhan kəmərinə yönəldir

Qazaxıstan bu ay Bakı–Tbilisi–Ceyhan (BTC) neft kəməri ilə ixracın həcmini artıracaq.
Bu barədə Reuters-ə məlumat verən mənbələr bildirib ki, əsas ixrac marşrutu olan Xəzər Boru Konsorsiumunun (KBK) fəaliyyətində yaranan məhdudiyyətlər səbəbindən Astana nəqli daha çox BTC-yə yönəltməyə qərar verib.
KBK-nın Qara dəniz terminalındakı yanalma qurğularından biri ötən günlərdə pilotsuz aparatın zərbəsi nəticəsində zədələndiyi üçün konsorsium müvəqqəti dayandırılmışdı. Hazırda terminal üç yanalma qurğusundan yalnız biri ilə işləyir və gücü məhduddur. Təmir işlərinin gözləniləndən tez başa çatdırılması mümkündür, lakin terminalın tam bərpası yaxın vaxtlarda gözlənilmir.
Bu fonunda Qazaxıstan dekabrda Aktau limanından BTC-yə göndərilən neftin həcmini 30% artıraraq gündə 188 min tona çatdırmağı planlaşdırır. Ay ərzində BTC ilə 170 min ton Tengizchevroil (TŞO) nefti və 18 min ton Kaşaqan nefti nəql olunacaq.
Qazax nefti əsasən Tengiz və Kaşaqan yataqlarından çıxarılır, Aktau limanından tankerlərlə Bakıya gətirilir və buradan BTC vasitəsilə Ceyhan limanına çatdırılır.
Mənbələr həmçinin Qazaxıstanın Novorossiysk və Ust-Luqa limanları vasitəsilə tranziti artırma ehtimalını da istisna etmir. Həmçinin Almaniyaya “Drujba” boru kəməri ilə əlavə nəql imkanları nəzərdən keçirilir. Lakin Rusiyanın “Transneft” sistemi hazırda yüksək yüklənmə ilə işlədiyi, həmçinin Rusiya neftayırma zavodlarının PUA hücumlarından sonra emalı azaltması səbəbindən dekabr ayında nəzərəçarpacaq artım ehtimalı zəifdir.
Mənbələrdən birinin sözlərinə görə, dekabr üçün Ust-Luqa limanı vasitəsilə 140 min ton əlavə neft partiyası da razılaşdırılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!