Xınalığa dolu düşüb .....                        Qəbul imtahalarında yenilik olacaqsa, azı iki il əvvəl elan edilir - DİM rəsmisi .....                        Binəqədidə baş vermiş yanğında 1 nəfər xəsarət alıb .....                        Bakı Fransız Liseyinin bağlanma səbəbi açıqlandı .....                        Bağlanan liseyin şagirdləri bu məktəblərə köçürüləcək - RƏSMİ .....                        G7 ölkələrindən İrəvan və Bakıya çağırış .....                        Tovuzda qadın tanışı tərəfindən yandırıldı .....                        İsmayıllıda torpaq qatı uçdu - Evlər təhlükə altındadır - ViDEO .....                        Gürcüstanın XİN Lui Bonoyla görüşdü .....                       
5-06-2023, 15:29
Türkiyədən Naxçıvana təbii qaz nəqli üçün boru kəməri çəkiləcək


Türkiyədən Naxçıvana təbii qaz nəqli üçün boru kəməri çəkiləcək

Naxçıvan Muxtar Respublikasının təbii qazla təminatında risklərin azaldılması məqsədilə Türkiyədən Naxçıvana təbii qaz nəqli üçün boru kəməri çəkiləcək. Bu barədə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramında qeyd olunub. Dövlət Proqramında bildirilir ki, Naxçıvan Muxtar Respublikasında ən müasir texnologiyaların tətbiqi telekommunikasiya və poçt xidmətlərinin çeşidini və keyfiyyətini artıracaq, internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, təhlükəsizliyin, dayanıqlığın və xidmətlərin fasiləsizliyinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında fiber-optik magistral şəbəkə Türkiyə ilə əlaqələndirilməklə yenilənəcək, əhalinin keyfiyyətli internet xidmətlərinə çıxışı asanlaşacaq, həmçinin mobil rabitənin inkişafı ilə bağlı tədbirlər həyata keçiriləcək. Naxçıvan Muxtar Respublikasında nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə müvafiq layihələr gerçəkləşdiriləcək. Aşağı büdcəli hava nəqliyyatı şirkətləri tərəfindən Naxçıvan Muxtar Respublikası ilə yerli və xarici hava limanları arasında müntəzəm sərnişin və yük daşınmaları təşkil ediləcək. Zəngəzur dəhlizinin açılması burada dəmir yolu infrastrukturunun yenilənməsini də zəruri edir. Bu səbəbdən dəmir yolu infrastrukturu yenidən qurulacaq, təhlükəsiz, sürətli və dayanıqlı daşıma xidməti təmin olunacaq. Naxçıvan Muxtar Respublikasının təbii qazla təminatında risklərin azaldılması məqsədilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına təbii qaz nəqli üçün boru kəməri çəkiləcək. Əhalinin həyat şəraitinin yüksəldilməsi üçün rayon mərkəzlərinin və kəndlərin içməli su təminatının artırılması ilə bağlı tədbirlər görüləcək. Kənd təsərrüfatına yararlı tоrpaqların su ilə təminatının yaхşılaşdırılması, təsərrüfatlarda mövcud ənənəvi suvarmadan mərhələli olaraq mütərəqqi suvarma sistemlərinə keçidin təmin edilməsi ilə torpaqlardan səmərəli istifadə olunacaq, müasir suvarma infrastrukturu formalaşdırılacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 5-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
2-06-2023, 23:01
Macarıstana qaz təchiziylə bağlı saziş imzalandı


Macarıstana qaz təchiziylə bağlı saziş imzalandı

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Macarıstanın “MVM Group” şirkətinin baş icraçı direktoru Karoli Matrai ilə görüşüb. Görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi vurğulanıb. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın strateji rolundan bəhs edilib, bu xüsusda Cənub Qaz Dəhlizinin genişləndirilməsinin əhəmiyyətindən və Avropaya əlavə qaz həcmlərinin tədarükü ilə bağlı görülən işlərdən danışılıb. Görüş çərçivəsində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun istismara verilməsinin, ötən ilin dekabrında Buxarestdə imzalanan “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in, habelə cari ilin aprel ayında “Həmrəylik Halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistem operatorları və SOCAR arasında imzalanan Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb. Həmçinin təbii qaz ticarəti, maye təbii qaz (LNG) təchizatı, qaz anbarlarının istifadəsi istiqamətlərində əməkdaşlıq perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb. Görüşün sonunda SOCAR ilə Macarıstanın ən böyük təbii qaz topdansatış şirkəti olan “MVM CEEnergy Zrt.” arasında 100 milyon kubmetr həcmində təbii qazın satışına dair müqavilə imzalanıb. Müqavilədə qeyd olunan qaz həcmlərinin tədarükünə cari ilin 4-cü rübündə başlanılması nəzərdə tutulur.
2-06-2023, 17:39
Mikayıl Cabbarov Gürcüstanın Baş naziriylə görüşdü


Mikayıl Cabbarov Gürcüstanın Baş naziriylə görüşdü

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə görüşüb. Bu barədə Mikayıl Cabbarov özünün "Twitter" hesabında məlumat paylaşıb. "Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin qəbulunda olduq. Azərbaycan-Gürcüstan münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə etdik, birgə həyata keçirilən layihələrin önəmi və iqtisadi əlaqələrin genişləndirilməsi sahəsində təşəbbüslər barədə fikirlərimizi bölüşdük", - nazir bildirib.
1-06-2023, 20:20
SOCAR türk şirkəti ilə Anlaşma Memorandumu imzaladı


SOCAR türk şirkəti ilə Anlaşma Memorandumu imzaladı

İyunun 1-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə “Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) arasında İnsan Resurslarının İnkişafına dair Anlaşma Memorandumu imzalanıb. Bu barədə SOCAR-dan məlumat verilib. Görüşdə Anlaşma Memorandumunun Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinin qeyd olunduğu 2023-cü ildə imzalanmasının ölkələrimiz arasında möhkəm dostluq və qardaşlıq, yüksək səviyyəli strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürü olduğu vurğulanıb. Görüş çərçivəsində TPAO nəzdində fəaliyyət göstərən Zonguldak peşə məktəbində 10 azərbaycanlı tələbənin təhsil almasından məmnunluq ifadə edilib, bu xüsusda qarşılıqlı təcrübə mübadiləsi və birgə təlimlərin təşkili ilə rəqabətədavamlı insan kapitalının gücləndirilməsinin hədəfləndiyi vurğulanıb. Ölkəmizdə ilk xarici sərmayədarlardan biri olan TPAO şirkətinin ötən illər ərzində SOCAR-la “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan”, “Cənubi Qafqaz Boru Kəməri” kimi strateji əhəmiyyətli layihələrdə uğurla tərəfdaşlıq etdiyi, SOCAR-ın ən böyük sərmayələrinin qardaş Türkiyəyə yatırıldığı, birgə icra edilən layihələrin hər iki ölkənin dayanıqlı iqtisadi inkişafına, regionun və Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verdiyi bildirilib. Memorandum TPAO Akademiyası və SOCAR tərəfindən təşkil edilən təlimlərdə hər iki şirkətin əməkdaşlarının qarşılıqlı iştirakının təmin edilməsi, uzunmüddətli təcrübə proqramlarının təşkili, alternativ enerji, dekarbonizasiya, davamlı inkişaf, tədqiqat, innovasiya, həmçinin inzibati sahələrdə birgə layihə və tədbirlərin keçirilmə imkanlarının araşdırılmasını nəzərdə tutur.
1-06-2023, 00:30
Özbəkistanla Niyyət Protokolu imzalandı


Özbəkistanla Niyyət Protokolu imzalandı

Mayın 31-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Özbəkistanın “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Baxodirjon Sidiqov ilə görüşüb. SOCAR-dan bildirilib ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ilin iyun ayında Özbəkistana dövlət səfərinin qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Dövlət başçıları tərəfindən qəbul olunan qərarların və verilən tapşırıqların icrası istiqamətində ötən dövr ərzində önəmli addımların atıldığı ifadə edilib. Bu xüsusda ötən ilin iyul ayında SOCAR ilə “Uzbekneftegaz” arasında əməkdaşlığın genişləndirilməsinə dair “Yol xəritəsi”nin strateji əhəmiyyəti diqqətə çatdırılıb, bu istiqamətdə görülən işlər nəzərdən keçirilib. Görüş çərçivəsində neft-qaz sektorunda əməkdaşlıq imkanları, neft və neft-kimya məhsullarının ticarəti, rəqəmsal və innovativ texnologiyaların tətbiqi, əməyin sağlamlığı və təhlükəsizliyi, təcrübə mübadilələrinin aparılması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.Görüşün sonunda SOCAR ilə “Uzbekneftegaz” arasında neft, neft-kimya, qaz-kimya və digər neft məhsullarının ticarət və logistikasına dair Niyyət Protokolu imzalanıb.
31-05-2023, 13:29
Türkiyədə ticarət nümayəndəmiz təyin edildi


Türkiyədə ticarət nümayəndəmiz təyin edildi

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi təyin edilib. Tamerlan Tağıyev Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq əlaqələr fakültəsinin beynəlxalq hüquq ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb. Bundan əlavə, Dövlət İqtisad Universitetinin biznesin idarəolunması proqramı üzrə MBA, həmçinin, ABŞ-ın Corcia Dövlət Universitetində dövlət idarəçiliyi üzrə magistr təhsili alıb. 2001-ci ildə əmək fəaliyyətinə başlayıb, müxtəlif özəl və dövlət qurumlarında çalışıb, o cümlədən Avropa Məhkəməsinə Müraciətetmə Mərkəzində və İqtisadi İnkişaf Nazirliyində işləyib. 2008-ci ildən İslam İnkişaf Bankı (İİB) Qrupunun Azərbaycandakı təmsilçisi vəzifəsini yerinə yetirib, 2021-ci ildən isə Azərbaycan, Albaniya və Orta Asiya ölkələrini İİB-in Direktorlar Şurasında icraçı direktor qismində təmsil edir. 2020-2021-ci illər ərzində Dünya İqtisadi Forumunun Rəqəmsal Ticarət Platforması çərçivəsində mübadilə proqramının iştirakçısı olub. 2021-2023-cü illərdə İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru vəzifəsində çalışıb. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru vəzifəsi Mərkəzin icraçı direktorunun müavini Fariz Cəfərova həvalə olunub. Fariz Cəfərov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət idarəçiliyi üzrə bakalavr, Madrid və Milan politexnik universitetlərində dövlət xidmətlərində süni intellektin tətbiqi üzrə ikili magistr, “London Webster Graduate School” məktəbində biznesin idarə edilməsi, Dyuk Universitetinin Fuqua Biznes məktəbində adaptiv strateji idarəetmə və Corc Vaşinqton Universitetində layihələrin idarə edilməsi üzrə magistr təhsili alıb. 2019-2022-ci illərdə Fariz Cəfərov Azərbaycan Hökumətini Avropa Şurasının Süni İntellekt Komitəsində təmsil edib. Fariz Cəfərov dövlət sektorunda bir sıra istiqamətlər, xüsusilə dövlət xidmətlərinin rəqəmsallaşdırılması, kənd təsərrüfatı, turizm, tikinti və sosial xidmətlər üzrə on ildən artıq təcrübəyə malikdir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Mərkəzi Bank və bir sıra özəl və dövlət qurumlarında rəhbər vəzifələrdə fəaliyyət göstərib. Son 5 ildə Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru vəzifəsində çalışıb, ölkə üzrə 50-dən çox strateji əhəmiyyətli rəqəmsal layihəyə, o cümlədən ASAN Viza, ASAN Bridge, ASAN Ödəniş, “e-satınalma”, Elektron Hökumət və “MyGov” portalları, eləcə də digər layihələrə rəhbərlik edib.

27-05-2023, 21:52
Laçının Şəlvə kəndinin təməli qoyuldu


Laçının Şəlvə kəndinin təməli qoyuldu

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunun Şəlvə kəndinin təməlqoyma mərasimində iştirak edib. Dövlətimizin başçısına Şəlvə kəndi barədə məlumat verildi. Bildirildi ki, rayonun şimalında, Şəlvəçayın sahilində, dəniz səviyyəsindən 1540 metr yüksəklikdə yerləşən Şəlvə kəndindən Laçın şəhərinə qədər məsafə 55 kilometrdir. Yenidən qurulacaq yaşayış məntəqəsinin tərkibinə yaxınlıqda yerləşən İmanlar kəndi də daxil ediləcək. Qeyd olundu ki, layihələndirilən ərazinin ümumi sahəsi 128,28 hektardır. Ərazidə 445 fərdi evin inşası nəzərdə tutulub. Birinci mərhələdə Şəlvə kəndinə qayıdacaq 494 sakin üçün 130 fərdi ev tikiləcək. Bundan başqa, kənd ərazisində inzibati bina, mədəniyyət evi, 264 şagird yerlik məktəb, 60 yerlik uşaq bağçası, ailə sağlamlıq mərkəzi, bazar kompleksi və digər zəruri infrastruktur obyektləri inşa olunacaq. İşğaldan əvvəl fəaliyyət göstərən və məcburi köçkünlük dövründə fəaliyyətini davam etdirən Şəlvə kənd musiqi məktəbi də yenidən tikiləcək. Diqqətə çatdırıldı ki, kəndin ümumi konsepsiyası ərazinin coğrafi şəraiti, relyefi, mövcud və planlaşdırılan infrastrukturu, həmçinin tarixi quruluşu nəzərə alınaraq, müasir təcrübəyə uyğun orqanik layihələndirmə prinsipləri əsasında işlənilib. Yamacda yerləşən ərazilər əsasən evlərindən ibarət məhəllələr üçün nəzərdə tutulub və relyefə uyğun dolama küçələrlə əlaqələndirilib. Müəyyən yerlərdə məhəllə meydanları layihələndirilib. İctimai binaların və fərdi evlərin memarlığı yerli ənənələrdən ilhamlanaraq, müasir standartlara uyğun dizayn edilib. Kənd ərazisində yerləşən və orta əsrlərə aid olan tarixi məbədin konservasiyası da nəzərdə tutulur. Bundan başqa, kəndin yerləşdiyi ərazinin səfalı və gözəl, bu səbəbdən turizm üçün əlverişli olmasını nəzərə alaraq, gələcəkdə burada Şəlvə çayının sahilində qonaq evinin və kotteclərin tikilməsi planlaşdırılır. Prezident İlham Əliyev kəndin təməlini qoydu.
27-05-2023, 21:10
Prezident “Qorçu” yarımstansiyasının açılışında iştirak etdi


Prezident “Qorçu” yarımstansiyasının açılışında iştirak etdi

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonuna səfərə gəlib. Dövlətimizin başçısı “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kv-luq “Qorçu” yarımstansiyasının açılışında iştirak edib. “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Laçın rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün rayonun Qorçu kəndində 2021-ci ildə istismara verilən “Kəlbəcər” yarımstansiyasından 42 kilometr məsafədə ikidövrəli olmaqla 110 kilovoltluq yüksəkgərginlikli ötürmə xətti çəkilib. Bəzi yerlərdə 2200 metr yüksəklikdən, dağlıq, sıldırım qayalıq, çaylaq, sıx meşəlik və ən əsası yolsuzluq şəraitində çəkilən ötürmə xətti boyunca hər birinin çəkisi orta hesabla 10 ton, hündürlüyü 40 metr olan 250-yə qədər anker və aralıq dayaq basdırılıb. 110 kilovoltluq xəttin üzərindəki ildırımötürücü funksiyalı fiberoptik kabellə internet xətti çəkilib ki, bu da enerjisistemin idarə edilməsində siqnalların etibarlı şəkildə ötürülməsi və məsafədən rəqəmsal idarəetmə üçün vacib elementdir. Qeyd edildi ki, paralel olaraq Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1800 metr yüksəklikdə 110/35/10 kilovoltluq müasir texnologiyalı yarımstansiya tikilib. Burada perspektiv inkişaf nəzərə alınmaqla 110 kilovoltluq açıq paylayıcı qurğu yaradılıb və Rəqəmsal İdarəetmə Mərkəzi inşa edilib. Yarımstansiya məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sisteminə qoşulmaqla tam avtomatlaşdırılıb, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğularla əlaqələndirilib. Müasir avadanlıqlarla təchiz edilərək tikilən yeni yarımstansiyada hər birinin gücü 25 MVA olan iki yeni transformator quraşdırılıb. Gələcəkdə ehtiyac yaranarsa, yarımstansiyanın transformatorlarının gücünü artırmaq mümkün olacaq. Məlumat verildi ki, xüsusi razılaşdırılmış layihə əsasında müasir üslubda inşa edilən yarımstansiyanın idarəetmə binasında bütün parametrlər nəzərə alınıb. Sistem əhəmiyyətli “Qorçu” yarımstansiyanın ərazisində işçilər üçün yataqxana binası tikilib, lazımi şərait yaradılıb. Burada işləyən və qalmaq yeri ilə təmin edilən əməkdaşlar məhz laçınlılardır. “Qorçu” yarımstansiyası yaxınlığında tikilən beynəlxalq hava limanının, Laçın və Kəlbəcərdəki meqalayihələrin, o cümlədən yaşayış massivlərinin, turizm və kənd təsərrüfatı infrastrukturunun enerji təchizatında xüsusi rol oynayacaq. Yaxın perspektivdə “Qorçu” yarımstansiyasından “Laçın” şəhər yarımstansiyasına 110 kV-luq ikidövrəli ötürmə xətti çəkiləcək və bununla da işğaldan azad edilən ərazilərin dairəvi elektrik təchizatı tamamlanmış olacaq. Qeyd edək ki, “AzərEnerji” ASC tərəfindən bu günədək Qarabağda və Şərqi Zəngəzurda bir yerdə 330 kV-luq, 11 yerdə 110 kV-luq olmaqla 12 yarımstansiya tikilib, 700 kilometrə yaxın yüksəkgərginlikli ötürmə xətti çəkilib. Beləliklə, işğaldan azad olunan bütün rayonlar elektrik enerjisi ilə təmin edilib.
27-05-2023, 18:15
Prezident “Meydan” Kiçik Su Elektrik Stansiyasını işə saldı


Prezident “Meydan” Kiçik Su Elektrik Stansiyasını işə saldı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər rayonunda “Meydan” Kiçik Su Elektrik Stansiyasının açılışını edib. Dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verilib. Bildirilib ki, alternativ və bərpaolunan enerji mənbələrinə keçidin sürətləndirilməsi, su ehtiyatlarından səmərəli istifadə olunması, işğaldan azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Kəlbəcər rayonunun ərazisində Tərtərçayın sol qolu olan Meydan çayının üzərində 3,4 MVt-lıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Ermənilər tərəfindən partladılaraq yandırılan və avadanlıqları daşınan bu stansiyanı “AzərEnerji” daha müasir və rəqəmsal qaydada yenidən qurub. Burada yeni maşın zalı tikilib, müasir hidroaqreqatlar, generatorlar, idarəetmə, rele mühafizəsi və avtomatika panelləri quraşdırılıb. 1590 metr yüksəklikdə yerləşən baş suqəbuledici qurğu, eləcə də 4564 metr uzunluğunda derivasiya borusu tam yenidən qurulub. “Meydan” Su Elektrik Stansiyası enerjisistemə inteqrasiya olunmaqla məsafədən idarəetməyə imkan verən mərkəzləşmiş SCADA sisteminə qoşulub. Bununla da stansiyanın idarəetmə sistemi avtomatlaşdırılıb, xüsusi proqram təminatı ilə rəqəmsallaşdırılaraq müasir formaya keçirilib. Eləcə də ərazidə fors-major hallar üçün 45 kVA gücündə ehtiyat dizel generatoru quraşdırılıb. Yenidən qurulan “Meydan” Kiçik Su Elektrik Stansiyasında il ərzində 10 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq. Prezident İlham Əliyev “Meydan” Kiçik Su Elektrik Stansiyasını işə salıb. Diqqətə çatdırılıb ki, işğaldan azad olunan ərazilərdə “AzərEnerji” ASC tərəfindən bu günə qədər 11 su elektrik stansiyası yenidən qurularaq bərpa edilib. Hazırda Kəlbəcər, Laçın və Zəngilanda 7 yerdə su elektrik stansiyalarının tikintisi davam edir. Eləcə də Kəlbəcər və Laçında daha 9 yerdə su elektrik stansiyalarının tikintisinə başlanılır. Ümumilikdə bu günə kimi yenidən qurulan və yaxın perspektivdə tikilərək istismara veriləcək bu su elektrik stansiyalarının ümumi gücü 200 MVt-a yaxın olacaq və nəticədə 600 milyon kilovat-saata yaxın ekoloji cəhətdən təmiz hidroyaşıl enerji istehsal ediləcək.
25-05-2023, 13:29
Şuşa şəhərinə qazın çəkilişi təmin ediləcək


Şuşa şəhərinə qazın çəkilişi təmin ediləcək

İşğaldan azad edilmiş ərazilərdə yüksəkvoltajlı sisteminin qurulması başa çatıb. Bunu Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov deyib. O bildirib ki, sistemin halqa halında fəaliyyət göstərilməsi bir neçə ayın söhbətidir: "Laçın şəhərində xüsusən görülən işlər başa çatdıqdan sonra bir halqa yaranacaq. Halqanın yaranması dayanıqlıq nöqteyi nəzərindən çox vacib məsələdir". Nazir müavini, həmçinin qeyd edib ki, azad edilmiş ərazilərdə energetika sahəsində işlər sürətlə və keyfiyyətlə davam etdirilir. Qazlaşdırma məsələlərinə toxunan E. Soltanov vurğulayıb ki, Şuşa şəhərinə qazın çəkilişi təmin ediləcək və 5 ana magistral qaz kəmərlərindən biri Şuşa istiqamətində yönəldiləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!