Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                        Məktəbin direktor əvəzinin diplomu saxta imiş - 98 minlik dələduzluq .....                       
Tarix : 11-09-2015, 12:51
MÜASİR TERRORİZMİN MEYDANA GƏLMƏSİ

“Terrorizm” anlayışı “terror” latın sözündən əmələ gəlib, “qorxu, dəhşət, faciə” deməkdir. Terrorizm daim bəşəriyyətin yol yoldaşı olub. Hələ bizim eramızın 1 əsrində Yahudidə sikarilərin sektaları (məzhəb) fəaliyyət göstərirdi, sikari “xəncər və qısa qalxan” deməkdir. Bu sektaların əsas vəzifəsi adlı-sanlı adamları aradan götürmək idi. Orta əsrlərdə isə müsəlman assoşaf adlanan sektalar da fəaliyyət göstərirdi. Həmin dövrdə də Hindistanda, Çində , eləcə də İran, Əfqanıstan və bəzi ölkələrin gizli cəmiyyətləri siyasi terroru təcrübədən keçirirdilər.

1848-ci ildə alman radikalı Karl Qeyntsgen hesab edirdi ki, irticaçı qüvvənin qarşısına elə bir silah qoyulmalıdır ki, onun köməyi ilə bir neçə insanlar qrupu maksimum xaos yarada bilsin. Bu bomba adlanan bir fəlsəfədir. XIX əsrdə yaranıb və onun kökü yunan tarixinə qədər gedib çıxır. XIX əsrin sonunda Avropa və ABŞ-da terrorizmin təbliğ edilməsində İoqann Mostun böyük rolu olub. O “barbar sistemi ilə barbar mübarizə vasitələri”ni təbliğ edirdi. Terrorizm XIX əsrin ikinci yarısından ictimai həyatın daimi faktoru idi. Onun nümayəndələri – rus xalqçıları, İrlandiyada, Makedoniyada, Serbiyada radikal millətçilər, 90-cı illərdə Fransada anarxistlər, həmçinin İtaliya, İspaniya, ABŞ-da isə analoji hərakatlar olub. Birinci dünya müharibəsinə qədər terrorizm sol qüvvələrin silahı hesab edilirdi. Müharibənin qurtarması ilə terror öz silahlanmasına sağçıları götürdü. O dövrün ən iri terror aktı siyasi qətllər idi. 1919-cu ildə Karl Libknextin və Roza Lyuksemburqun , 1934-cü ildə Yuqoslaviya kralı Aleksandrın , fransalı baş nazirin öldürülməsi idi. XX əsrdə isə terror aktlarının istifadə metodları genişlənməyə başladı. Həmin əsrdə terrorizm dövlət səviyyəsinə qədər gəlib çıxdı. Terrorizm yaranışından öz miqyasına görə müxtəlif formalarda çox təhlükəli idi.
MÜASİR TERRORİZMİN MEYDANA GƏLMƏSİ


Terrorçuların birbaşa təsir göstərdiyi əsas obyektlər maddi , siyasi, sosial, milli, dini və digəri prinsiplərə görə müəyyən edilən vətəndaşların bəzi kateqoriyaları, yaxud da konkret müəyyən olunmamış təsadüfi adamlar, vasitə obyekti kimi isə konstitusiya quruluşu, ərazi bütövlüyü, idaraetmə qaydaları, iqtisadi güc, milli-etnik qrupların statusu və s-dir. Hətta ən güclü tədqiqatlar belə bir nəticəyə gəlməyə imkan verir ki, terrorizm daha çox siyasi cəhətdən səslənir. Birincisi, dövlət hakimiyyəti və idarəetmə sistemini dağıdır, ikincisi, dövlət və ictimai strukturu zəiflədir, cəmiyyətdə antikonstitusiyon müxalifətin təsirini gücləndirir, üçüncüsü, əhaliyə qarşı mənəvi-psixoloji təsiri gücləndirir, xaos yaradır, insanları bir-birinə qarşı qoyur, dördüncüsü, dövlət sərhədlərindən kənara çıxaraq beynəlxalq xarakter alır və beynəlxalq cəmiyyətə təhlükə yaradır. Göstərilənləri

nəzərə alaraq təsdiq etmək olar ki, terrorizm sosial-siyasi hal kimi özündə ekstremist terror ideoligiyanı, bu və ya digər formalarda isə terroru həyata keçirmək üçün kompleks təşkilat strukturudur.

Terror aktlarının həyata keçirilməsi üçün təşkilat strukturları iki böyük qrupa bölünüb: ayrı-ayrı dövlətlər, partiyalar və hərəkatlardır ki, onlar müxtəlif terror təşkilatlarına dayaq dururlar. Bəzən də onlardan ös siyasi maraqlarını həyata keçirmək üçün istifadə edirlər. Ikincisi isə terror və ekstremist təşkilatları bilavasitə terror aktlarını həyata keçirirlər.

Terror strukturlarına gəldikdə isə onlar faşizmin, irqçilərin tərəfdarları, irticaçılar, milli separatçılar, dini-siyasi terror, ölkənin daxilundə konstitusiyaya qarşı istiqamətlənmiş ekstremist təşkilatlardır. Siyasi mübarizənin əsas metodu zorakılıqdır, milli və beynəlxaq səviyyəli cinayətrar mafioz qruplardır. Onlar digər ölkələrin terror strukturları ilə qarşılıqlı fəaliyyət göstərirlər.

Təcrübədə terrorun forma ve metodları dövlət, sənaye, nəqliyyat, hərbi obyektlər, qəzet və jurnal redaksiyaları, müxtəlif ofislər, partiya komitələri, yaşayış evləri, vağzallar, teatrlar, restoranlar və s. məhv etmək kimi baxılır.

Fərdi terror forması siyasi xadim, məmur, bankirlər, hüquq mühafizə işçilərinin öldürülməsi, siyası işçilərin qaçırılması, idarə, binaların, bankların, səfirliklərin və onların işçilərinin girov götürülməsi, təyyarələrin, gəmi və başqa nəqliyyatları girov götürməklə ələ keşirilməsidir. Bu forma hələ 1980-cı illərədə daha geniş yayılmışdı.

Terrorun daha yaxşı köməkçi formalarından biri qarət, soyğunçuluq formasıdır. Hansı ki, terrorçuları maliyyə resursları ilə təmin edir. Digər bir forması da ələ keçirdiyi qurbanına qarşı psixoloji təsir göstərməsidir.
MÜASİR TERRORİZMİN MEYDANA GƏLMƏSİ


Bioloji terrorizm forması. Sibir xorası xəstəliyinin məktublar vasitəsi ilə göndərilməsi , bir çox zərərli maddələrdən və radioaktiv izotoplardan istifadə etməklə təsir etməkdir.

Terrorizmin forma və metod arsenalı daha da genişlənməkdədir. Prinsip etibarılə cəmiyyətin hər hansı infrastrukturu, sənaye obyektləri, texnoloji strukturlar terrorizmin hücum obyekti ola bilər. İndiki dövrdə çoxlu terrorizm formaları mövcuddur.

Daxili dövlət terrorizmi özündə xüsusi təşkil olunmuş terrorçu qrupları və ya ayrılıqda fəaliyyəti təsvir edir. Onların fəaliyyəti bir dövlətin hüdudunda müxtəlif siyasi məqsədlərə nail olmaqdır. Əgər terrorizm ölkə sərhəddindən kənara

keçirsə, artıq o beynəlxalq xarakter daşıyır. Son vaxtlar terrrorizmin bu növü geniş xarakter almağa başlayıb. Beynəlxalq terrorizm əsas növü transmilli və beynəlxalq kriminal terrorizm növüdür.

Müasir terrorizm bu gün geniş miqyasda təchiz olunmuş strukturdur. Dünyada 500-ə qədər qeyri-leqal terror təşkilatları faəliyyət göstərir. ABŞ Dövlət departamenti məlum 11 sentyabr 2001-ci il hadisələrindən sonra rəsmi terrorçu təşkilatların sayını açıqlayıb. Amerikalılar bu siyahının tərtib edilməsinə hələ 1997-ci ildən başlayıb və buraya 30 terror təşkilatlarının daxil olduğunu, 2008-ci ildən isə onların sayının artdığını bildirib. Dünyada terrorçulara dayaq duran müxtəlif strukturlar, dövlətlər vardır ki, terrorizmə sponsorluq edir.

Xarici ekspertlərin məlumatına görə, terrorçular dəfələrlə kütləvi qırğın silahlarını əla keçirmək, onları hazırlamağa can atıblar və öz məqsədlərinə nail olmaq üçün nüvə idarələrinə və obyektlərinə daxil olmaq, güclü təsirə malik olan toksiki maddələrdən istifadə etmək istəyiblər. Atom elektrik stansiyalarını və yeni tikilməkdə olan atom qurğularını partlatmaq niyyətində olublar.

Sosial, ernik, dini radikalizm , ekstremizm forması kimi qalaraq öz məqsədlərinə nail olmaq üçün heç bir qüvvənin qarşısında əyilmək niyyətində deyil.

Müasir terrorçuların əsas məqsədi çoxlu sayda insan qurbanı ilə müşaiyət olunan geniş miqyaslı dağıntılardır. Kütləvi informasiyalar arasında böyük rezonansa nail olmaq, cəmiyyətdə gərginlik yaratmaq və dövlətin siyasətinə zərər gətirməkdir.

Svetlana YUSUBOVA


Paylaş



Bölmə: Kriminal / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!