Təxirə salınmış "Neftçi" - "Qarabağ" matçının TARİXİ .....                        Daha 50 nəfər Azərbaycana təxliyə edildi .....                        Qadın güləşçimiz Avropa ikincisi oldu .....                        Timor-Leste Prezidentinin Azərbaycana səfəri başa çatdı .....                        Ərdoğandan İrandan raket atılmasına REAKSİYA .....                        İsrail İrana endirdiyi zərbələrin sayını açıqladı .....                        İran diplomatları sığınacaq istəyirlər .....                        Rusiya İrana kömək edir - Tramp .....                        “İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir” .....                       
15-10-2021, 11:55
Ombudsman ermənilərin Tərtər təxribatı ilə bağlı Bəyanat yaydı


Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Tərtər şəhər qəbiristanlığında dəfn mərasiminə toplaşmış mülki şəxslərin Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya atəşinə tutulmasının ildönümü ilə əlaqədar bəyanat yayıb.

Bəyanatın mətnini təqdim edirik:

"Məlumdur ki, İkinci Qarabağ müharibəsinin gedişində Ermənistan tərəfindən Azərbaycanın müxtəlif mülki yaşayış məntəqələri atəşə tutulmuş, bir çox hallarda hətta uzaqmənzilli raketlərdən istifadə edilmişdir. Həmin müharibə dövründə Azərbaycanın Tərtər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən fasiləsiz olaraq ən çox atəşə məruz qalan bölgə olmuşdur.
Ötən il 15 oktyabr tarixində isə Ermənistan silahlı qüvvələri növbəti dəfə beynəlxalq humanitar hüquq qaydalarını pozaraq, dəfn mərasimi zamanı Tərtər şəhər qəbiristanlığını qəsdən ağır artilleriya atəşinə tutmuşdur. Nəticədə vəfat etmiş yaxınlarının dəfnində iştirak edən 4 mülki şəxs həlak olmuş, 4 nəfər isə ciddi xəsarət almışdır.
Həmin vaxt bu cinayət aktı ilə əlaqədar nüfuzlu beynəlxalq təşkilatlara, dini liderlərə və dünya ictimaiyyətinə açıq müraciət ünvanlayaraq, bu vandalizm və barbarlıq hadisəsi barədə ətraflı məlumat vermişdik. Müraciətdə Ermənistanın beynəlxalq humanitar hüquq normalarını, o cümlədən “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il tarixli Cenevrə konvensiyalarının tələblərini növbəti dəfə kobud şəkildə pozması faktı ilə əlaqədar beynəlxalq hüquqi məsuliyyət müəyyən edən təcili tədbirlərin görülməsi ilə bağlı çağırış edilmişdi.

Azərbaycanda fəaliyyət göstərən dini icmaların nümayəndələri də həmin hadisədən hiddətlənərək, bu kimi terror aktlarına öz ciddi etirazlarını bildirmiş və bununla əlaqədar aidiyyəti üzrə beynəlxalq qurumlara müraciət etmişlər.

Lakin təəssüflər olsun ki, təqdim olunmuş təkzibolunmaz sübutlara baxmayaraq, Ermənistan tərəfindən hərbi əməliyyatlar zamanı törədilmiş digər çoxsaylı müharibə cinayətləri kimi bu əmələ də beynəlxalq səviyyədə hüquqi qiymət verilməmişdir.
Ermənistanın insanların mənəvi dəyərlərinə toxunmaqla dini inanc yerlərini və qəbiristanlıqları intensiv şəkildə atəşə tutması, qəbirlərə qarşı vandalizm aktları törətməsi monoetnik dövlət olaraq digər millətlərə və dinlərə mənsub insanlara qarşı dözümsüz münasibətini bir daha sübut etmişdir. Böyük təəssüf hissi ilə bildirmək istərdim ki, torpaqlarımızın işğaldan azad edilməsindən sonra həmin ərazilərdə bu kimi daha çox hallar üzə çıxmış, azərbaycanlıların qəbirlərinin dağıdılması, təhqir edilməsi, qazılması, talan olunmasına dair sübutlar aşkarlanmışdır.
Ermənistan silahlı qüvvələri tərəfindən Tərtərdə dəfn mərasiminə toplaşmış mülki şəxslərin ağır artilleriya atəşinə tutulmasının birinci ildönümü ilə əlaqədar bir daha beynəlxalq təşkilatlara, dini liderlərə və bütövlükdə dünya ictimaiyyətinə müraciət edərək, Azərbaycanın mülki əhalisi arasında tələfata, maddi-mənəvi və dini dəyərlərə qarşı hörmətsizliyə səbəb olmaqla, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terror və digər vandalizm aktları törətməklə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına rəvac vermiş Ermənistanın siyasi-hərbi rəhbərliyinə qarşı beynəlxalq hüquqi məsuliyyət müəyyən edən zəruri tədbirlər görməyə çağırıram".
Bəyanat BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF, UNESCO, Avropa İttifaqı, Avropa Şurası, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına, həmçinin müxtəlif dini icma və konfessiyalara göndərilib".
13-10-2021, 17:14
Bakıda narkotik satan qadın saxlanılıb - VİDEO

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Bu barədə Butov.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
Daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı həmin qəsəbə ərazisində yaşayan Sənubər Vəliyeva tutulub. Polis Bölməsində onun əlindəki çantaya baxış zamanı 1 kiloqram 92 qram narkotik vasitə heroin, 115 qram psixotrop maddə metamfetamin, 1 ədəd elektron tərəzi və bank kartları aşkar olunaraq götürülüb. Araşdırma zamanı bu şəxsin narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından satmaq məqəsədi ilə onlayn yolla aldığı məlum olub.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı isə yaşadığı evin həyətindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum olunmuş Nizami Ağayev saxlanılıb. Onun Fatmayı qəsəbəsində yerləşən evinin həyətinə baxış zamanı ümumi çəkisi 74 kiloqram olan əkilib-becərilməsi qadağan edilmiş çətənə bitkisi aşkar edilib.

Qeyd edilən hər iki faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar Binəqədi Rayon Polis İdarəsinə göndərilib. Sənubər Vəliyeva və Nizami Ağayevin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

13-10-2021, 12:33
Vətəndaşların pullarını oğurlayan "bank işçiləri" saxlanıldı - VİDEO

Son günlər Daxili İşlər Nazirliyinə vətəndaşlardan bank kartlarından müxtəlif məbləğlərdə pul vəsaitlərinin oğurlanması, həmçinin “Whatsapp” ani mesajlaşma proqramı ilə onlara bankların adından müraciətlərin və zənglərin edildiyi barədə şikayətlər daxil olub.

Daxili İşlər Nazirliyindən Butov.az-a bildirilib ki, vətəndaşlar onlara zəng edən və sms yazan şəxslərin guya təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədi ilə kart məlumatlarının onlara göndərilməsini tələb etdiklərini bildiriblər. Məlumatları göndərən kart sahiblərinin isə sonradan hesablarından pullar onlayn yolla oğurlanıb.

Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-texniki tədbirlər zamanı qeyd edilən kibercinayətləri törədən mütəşəkkil dəstənin başçısı Cahad Hüseynov, onun qardaşı Nicat, qohumu Fərman Hüseynzadə, eləcə də Xanna Əliyeva və Dilşad İsmayılova saxlanılıblar. Onların yaşadıqları paytaxt ərazisində yerləşən evlərə baxış zamanı çoxlu sayda elektron sübutlar, istifadələrində olan mobil telefon və digər məlumat daşıyıcıları vasitəsi ilə vətəndaşlara özlərini bank əməkdaşı kimi təqdim edərək göndərdikləri hazır mətn formaları, səs yazıları aşkar olunaraq götürülüb.

Qeyd edək ki, dəstə üzvlərinin vətəndaşlarla əlaqə saxlayan zaman istifadə etdikləri mobil telefon nömrələrinin heç biri onların öz adlarına olmayıb. Onlar tanımadıqları insanlara məxsus mobil nömrələri xüsusi proqramlar vasitə ilə ələ keçirərək zərərəçəkənlərlə əlaqə saxlayıblar.

Qeyd olunan faktlarla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir. Hazırda göstərilən xüsusatların tam, hərtərəfli araşdırılması istiqamətində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyi vətəndaşlara bir daha müraciət edərək bildirib ki, şəxsi anket və bank kartlarındakı məlumatları heç bir halda tanımadıqları şəxslərə göndərməsinlər və bu cür hallarla üzləşdikləri təqdirdə isə polis əməkdaşlarına, həmçinin Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə dərhal məlumat versinlər.

11-10-2021, 11:43
Həbs edilən nazir müavininin cəzası aşağı ENDİRİLDİ

Mədəniyyət nazirinin sabiq müavini, ötən il rüşvət aldığı üçün DTX tərəfindən həbs edilən Rafiq Bayrmovun cəza müddəti aşağı endirilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, bu barədə Bakı Apellyasiya məhkəməsi qərar çıxarıb.

Qərara əsasən, onun həbs müddəti 4 il 6 ay olaraq müəyyən edilib.

Qeyd edək ki, R.Bayramov avqust ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Butov.az
11-10-2021, 11:35
“Cəsəd Nərminə aid deyil” – Vəkildən sensasion fakt - VİDEO

Tovuzda amansızlıqla qətlə yetirilən və yandırılmış cəsədi tapılan Nərmin işi ilə bağlı sensasion iddialar açıqlanıb.

Reportyor.info xəbər verir ki, cinayətlə bağlı təqsirləndirilən şəxs olan İlkin Süleymanovun vəkili Əlibaba Rzayev meyitin əlamətlərinin Nərminin ölçüləri ilə uyğun gəlmədiyini açıqlayıb. Vəkil bildirib ki, boyu, diş sayı, qan qrupu fərqlidir və cəsəd Nərminə aid deyil. Vəkil deyib ki, uşağın ailəsi meyitə baxış keçirməkdə maraqlı olmayıblar. Qeyd edək ki, iş üzrə ittiham olunan İ.Süleymanov özünü təqsirli bilmir.



Butov.az
7-10-2021, 11:52
“Bandotdel”dən əməliyyat: Silahlılar ələ keçdi - VİDEO

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (Bandotdel) əməkdaşları tərəfindən müxtəlif şəxslərdə qanunsuz olaraq saxlanılan odlu silah-sursatların aşkar edilməsi istiqamətində əməliyyatlar həyata keçirilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş İdarəyə əvvəllər dəfələrlə məhkum olunmuş Bərdə rayon sakini Babək İsbəndiyarovun üzərində qanunsuz olaraq odlu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs Abşeron rayonu Xırdalan şəhərində saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd “Makarov” markalı tapança, həmin silaha məxsus 1 ədəd sandıqça və 3 ədəd patron aşkar olunaraq götürülüb.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir tədbir zamanı isə əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Məzahir Aslanov isə yaşadığı Şirvan şəhərində saxlanılaraq Baş İdarəyə gətirilib. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Revolver” tipli tapança və həmin silaha məxsus 5 ədəd patron aşkar olunaraq götürülüb.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işləri başlanılıb. Babək İsbəndiyarov və Məzahir Aslanov barəsində Nərimanov Rayon Məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib, araşdırmalar davam etdirilir.



Butov.az
6-10-2021, 13:35
Narkokuryerliyə cəlb edilən daha bir şəxs saxlanılıb - VİDEO

Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmıtindən Metbuat.az-a verilən məlumata görə, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Ağcabədi rayon sakini Elbrus Əliyev tutularaq istintaqa təqdim edilib. Onun üzərinə, eləcə də idarə etdiyi avtomobilə baxış zamanı ümumi çəkisi 1 kiloqram 40 qram olan narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilib.

Qeyd edək ki, Elbrus Əliyev saxlanılan zaman müqavimət göstərərək qaçmağa çalışsa da, polis əməkdaşlarının çevikliyi və operativliyi nəticəsində onun tutulması təmin edilib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Elbrus Əliyev qonşu ölkələrdən birində yaşayan və Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik maddələr göndərən narkotacirlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq onun təklifi nəticəsində narkokuryerliyə cəlb edilib. Onun əsas məqsədi əldə etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisində qanunsuz dövriyyəsini təşkil etmək olub. Elbrus Əliyev ifadəsində narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf ediblər.

Faktla bağlı Saray Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat- istintaq tədbirləri davam etdirilir.



Butov.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!