Elçin Quliyev III Çarlzla birlikdə - FOTO .....                        Putindən Trampla söhbətdən sonra ilk AÇIQLAMA .....                        Trampla Putin 2 saat danışdılar .....                        Məhkəmədə vaxtilə işğalda olmuş ərazilərdə çəkilən görüntülərinə baxdı .....                        Polşada prezident seçkiləri - İkinci tur nə vaxt keçiriləcək? .....                        Fransaya casusluq edən Martinin məhkəməsi .....                        Sahibə Qafarova ispan həmkarı ilə görüşdü .....                        4 ay əvvəl seçilən bələdiyyə sədri işdən çıxdı .....                        Dağıstan silkələndi .....                       
22-08-2022, 21:33
Son sutkada vaksin vurulmayıb


Son sutkada vaksin vurulmayıb

Azərbaycanda son sutkada koronavirus əleyhinə vaksin vurulmayıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 848 567, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 371 683, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 861 143, üç və daha çox doza vaksin vurduranların sayı 3 357 691, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 258 050 təşkil edir.

22-08-2022, 21:31
Azərbaycanda bir gündə 8 nəfər koronavirusdan öldü


Azərbaycanda bir gündə 8 nəfər koronavirusdan öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 112 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutkad COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 8 nəfər ölüb. İndiyədək ümumilikdə 808 713 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 795 222 nəfər müalicə olunaraq sağalıb, 9793 nəfər vəfat edib, aktiv xəstə sayı 3698 nəfərdir. Son sutka ərzində 2280, hazırkı dövrədək isə 7 122 716 test aparılıb.

22-08-2022, 21:24
Tankçılarımız yarımfinala hazırlaşır


Tankçılarımız yarımfinala hazırlaşır

“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən hərbi qulluqçularımız yarımfinal mərhələsinə hazırlıqlarını davam etdirirlər. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Tankçılarımız yarımfinalda istifadə olunacaq döyüş maşınlarına baxış keçirib və ştat silahlarından yoxlama atışları icra ediblər. Qeyd edək ki, Rusiya Federasiyasının Moskva şəhərinin Alabino hərbi poliqonunda keçirilən beynəlxalq müsabiqə avqustun 27-dək davam edəcək.
22-08-2022, 21:21
Bolqarıstan Azərbaycandan qaz tədarükünü artırır


Bolqarıstan Azərbaycandan qaz tədarükünü artırır


Bolqarıstan hökuməti qaz tədarükünü artırmaq üçün Azərbaycanla danışıqları bərpa edəcək. Bunu Bolqarıstanın enerji naziri Rozen Xristov bildirib. “Biz həcmin artırılması və qiymətlə bağlı razılaşma üçün Azərbaycanla intensiv danışıqlara başlamaq niyyətindəyik. Həcmi artırmaq üçün Azərbaycan tərəfi ilə danışıqlar apara bilərik. Onların şərtləri var, məsələ yenə qiymətlə bağlıdır. Biz əlavə həcmlə bağlı razılığa gəlməmişik, buna görə də bazar ertəsindən danışıqlara başlayacağıq”, - deyə nazir vurğulayıb.
22-08-2022, 21:16
Şəkidə yanğının söndürülməsinə 2 helikopter cəlb olundu


Şəkidə yanğının söndürülməsinə 2 helikopter cəlb olundu

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəki rayonunun Kiş kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, ərazinin mürəkkəb relyef xüsusiyyəti nəzərə alınaraq yanğınla mübarizə tədbirlərinə FHN-in Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri və Aviasiya dəstəsinin iki ədəd helikopteri cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

22-08-2022, 21:13
“Aztəminatlı ailələrə yardım edilməsə, vəziyyət pis olacaq” - Deputat


“Aztəminatlı ailələrə yardım edilməsə, vəziyyət pis olacaq” - Deputat

"Unun və digər qida məhsullarının qiymətlərinin qalxması dünyada ümumi problemə çevirilib. Təkcə Azərbaycanda belə deyil, bütün dünyada qiymət artımı hiss olunur. Məsələn, Avropda hazırda 11-12 faiz inflyasiya gedir, bu rəqəm bizdə bir qədər çoxdur. Bu da bizim idxalımızın çoxluğundan irəli gəlir". Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. Son günlər unun və çörəyin bahalaşması ilə bağlı əhalinin narazılığına münasibət bildirən deputat Azərbaycanın taxılı əsasən Ukrayna, Rusiya, Qazaxstan və başqa ölkələrdən aldığını xatırladıb: "Onların vəziyyətinin müharibə ilə əlaqədar gərgin olması səbəbilə taxılın bir tonunun qiyməti 365 dollara qaldırılıb. Buna görə də istehsalçılar belə qərara gəlirlər ki, çörəyin qiymətini artırsınlar". V.Əhmədov çörəyin strateji qida məhsulu olduğunu vurğulayıb. Parlamentari hesab edir ki, bahalaşma səbəbindən aztəminatlı ailələrə yardım edilməlidir: "Əlbəttə, çörək strateji qida məhsuludur. Əsasən rayonda, insanların sıx olduğu yerlərdə ondan çox istifadə olunur. Çörək əhalinin birbaşa büdcəsi ilə əlaqədardır. Ona görə də, aztəminatlı ailələr, pensiyaçılar və kifayət qədər vəsaitləri olmayan insanlar nəzərə alınmalıdır. Onlara yardımlar edilməlidir. Əgər yardım edilməsə, vəziyyət çətin olacaq. İnsanların ailə büdcəsində problemlər yarana bilər. Təklif edirəm ki, sosial paket şəklində bu məsələlərə baxılsın. Mən bunu hamıya şamil etmirəm. Ancaq aztəminatlı ailələrə, o cümlədən pensiyası aşağı olan insanlara müəyyən qədər yardımlar edilməlidir ki, qiymət artımı ilə bağlı problem yaşamasınlar. Yay fəsli ilə əlaqədar olaraq kənd təsərrüfatı məhsulları, meyvələr kifayət qədərdir. Buna baxmayaraq, onların da qiyməti yüksəkdir. Faktiki olaraq bütün qida məhsullarının qiyməti artıb. Hesablamaq lazımdır ki, bir insanın dolanması, bir ailənin saxlanması üçün nə qədər artıma gedilməlidir. Hesab edirəm ki, bu məsələyə baxılmalıdır və baxılacaq".
Maaş və pensiyaların yenidən artırılması barədə təkliflərə gəlincə, V.Əhmədov deyib: “Biz büdcəyə yenidən baxdıq. Müəyyən qədər artımlar oldu. O cümlədən, ərzaqla bağlı 193 milyon manat əlavə vəsait ayırdıq ki, taxılın gətirilməsi, qapalı məkanların, xüsusilə də Müdafiə Nazirliyi və digər qurumların ərzaqla bağlı problemləri olmasın. Dövlət büdcəsindən artıq vəsait bölünüb. Ancaq ehtiyyat fondları var. Ondan istifadə etmək olar. Əgər belə qiymət artımları varsa, xüsusi aztəminatlı ailələr, pensiyaçılar, şəhid ailələri maddi yardımla təmin olunmalıdır. Elə insanlar var ki, 350-400 manat penisya alır. Problemi var. Ümumiyyətlə, elə etmək lazımdır ki, çörəklə bağlı problem olmasın. İnsanlar çörək almaqla bağlı problemlə üzləşməsinlər”.

22-08-2022, 21:00
"Bayrağımız Qarabağda, Zəngəzurda əbədi dalğalanacaq" - Prezident


"Bayrağımız Qarabağda, Zəngəzurda əbədi dalğalanacaq" - Prezident

"Bayrağımız Qarabağda, Zəngəzurda dalğalanır, əbədi dalğalanacaq". Bunu Prezident İlham Əliyev Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşü zamanı deyib. "Bir daha sizi ürəkdən təbrik edirəm - bütün komanda üzvlərini, medal qazanmış idmançıları, medal qazana bilməyən idmançıları. Mən onlara da deyirəm ki, peşman olmasınlar, hələ gələcəkdə bir çox yarışlar var. Sadəcə olaraq, Vətənə sevgi, öz peşəsinə sədaqət, yorulmaz fəaliyyət, hazırlıq lazımdır. Çünki hazırlıq olmadan heç bir nəticə olmur, nə siyasətdə, nə idmanda, nə həyatda. Siz artıq bir daha Azərbaycanın şöhrətini ucaltmısınız və necə ki, bu gün bayrağımız Qarabağda, Zəngəzurda dalğalanır, idman arenalarında da dalğalanır, əminəm ki, əbədi dalğalanacaq. Bir daha sizi təbrik edirəm", - dövlət başçısı əlavə edib.
22-08-2022, 20:53
Azərbaycan, İran və Rusiyanın gömrük rəhbərləri bir araya gəldi


Azərbaycan, İran və Rusiyanın gömrük rəhbərləri bir araya gəldi

22 avqust 2022-ci ildə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, Gömrük general-leytenantı Şahin Bağırovun, İran Gömrüyünün rəisi Əlireza Moqəddəsi və Rusiya Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavinin rəhbərlik etdikləri nümayəndə heyətlərinin iştirakı ilə 3 tərəfli görüş keçirilib. Görüşdə çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük general leytenantı Şahin Bağırov gömrük xidməti orqanlarının ilk 3 tərəfli tədbirinin əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu formatda belə görüş ilk olaraq keçirilir. Görüşdə beynəlxalq gömrük əməkdaşlığının inkişaf etdirilməsinin önəmli olduğu qeyd edilib və hər üç ölkənin iştirakı ilə imzalanacaq tranzitin asanlaşırılması üzrə Memorandumun beynəlxalq ticarət-təchizat zəncirinin davamlılığının təmin olunmasına, Şimal-Cənub Nəqliyyat Dəhlizinin imkanlarının genişlənməsinə, İran-Azərbaycan -Rusiya marşurutu üzrə sərhəd keçid məntəqələrində gömrük tranziti əməliyyatlarının asanlaşdırılmasına, yeni çağırışlar əsasında gömrük nəzarətinin həyata keçirilməsinə əlavə imkanlar yaradacaq. Qeyd olunub ki, Azərbaycanın işgaldan azad olunan ərazilərində yeni yaradılan infrastruktur, yollar, logistika mərkəzləri tranzit imkanlarının artırılmasına və genişlənməsinə xüsusi olaraq təkan verəcək. Görüş zamanı vurğulanıb ki, məlumatların əvvəlcədən ötürülməsi və belə mexanizmin yubanmadan tətbiq edilməsi, o cümlədən, konkret icra işlərinin həyata keçirilməsi məsələləri həll olunmaqla dəmiryolu vasitəsilə daşınan yüklər də daxil sərhəd buraxılış məntəqələrində yük daşımaları da ləngimələrə məruz qalmayacaq, nəqliyyat dəhlizlərinin cəlbediciliyi artacaq, əvvəlcədən aparılan ilkin məlumatların elektron mübadiləsi hesabına gömrük prosedurları asanlaşdırılacaq. Yekunda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, İran Gömrüyü və Rusiya Federasiyasının Federal Gömrük Xidməti arasında tranzitin asanlaşdırılması üzrə Anlaşma Memorandumu imzalanıb və bu işləri koordinasiya edəcək üç ölkə gömrük orqanlarının yüksək səviyyəli nümayəndələrinin daxil olacağı komitənin yaradılması nəzərdə tutulub.




22-08-2022, 20:44
Ermənilər Sus kəndini tam boşaltdılar


Ermənilər Sus kəndini tam boşaltdılar

Tezliklə Azərbaycanın nəzarətinə keçəcək Laçın rayonun Sus kəndini artıq bütün 12 erməni ailəsi tərk edib, orada yalnız 1 sakin qalıb, o da yaxın günlərdə kəndi tərk edəcək. Bunu Sus kəndindəki erməni icmasının rəhbəri Mxitar Nersisyan Ermənistan KİV-nə müsahibəsində bildirib. “Müharibədən sonra kənddə 12 ailə yaşayırdı. Onlar Ermənistanın müxtəlif bölgələrinə köçmək arzusunu ifadə ediblər, yalnız 1 ailə Qarabağa köçmək istəyib. Kənddə işıq yoxdur, telefon əlaqəsi kəsilib, hər şey sökülüb”. İcma başçısı qeyd edib ki, sakinlər dəfn olunmuş qohumlarının qalıqlarını da özləri ilə aparıblar: "Qəbirlərimizi sökdük ki, türklərə qalmasın". “2020-ci il müharibəsindən sonra biz düşünürdük və ümid edirdik ki, Sus, Zabux və Laçın şəhərindəki icmalar yerində qalacaq, lakin hadisələr başqa cür inkişaf etdi. Avqustun 20-də Zoravarner parkında camaatımızda şam yandırma mərasimi təşkil etdim, torpağımıza, suyumuza söz verdik ki, bir daha qayıdacağıq (?), torpağımızla, suyumuzla vidalaşmadıq. Hər halda nə vaxtsa torpağımızı azad edəcəyimizə ümid var”, - deyə Mxitar Nersisyan həyasızcasına qanunsuz məskunlaşdıqları Azərbaycan torpaqlarını özlərininki hesab etdiklərini söyləyib. O qeyd edib ki, kəndi tərk edənlər əvvəlcə evləri yandırmaq qərarına gəliblər, lakin sonradan fikirlərini dəyişiblər, onları sökməyə çalışıblar. 44 günlük maheribədən əvvəl Susda Ermənistanın və Qarabağdan köçən 49 ailə yaşayırdı. Müharibədən sonra onların sayı 12-dək azalmışdı. Qeyd edək ki, ermənilər 2019-cu ildə Sus kəndində ötən əsrin əvvəllərində Qarabağda və Qərbi Azərbaycanda azərbaycanlılara qarşı qəddarlıq etmiş, özünün terror dəstəsilə kütləvi qırğınlar törətmiş tayqulaq Andarinkə heykəl də ucaltmışdılar. Heykəlin ətrafında daha üç "xaçkar" yerləşdirlmişdi. Xatırladaq ki, Azərbaycan tərəfi Laçın rayonunun Zabux və Sus kəndlərində, Laçın şəhərində qanunsuz yaşayan ermənilərə həmin əraziləri boşaltmaq üçün avqustun 25-nə kimi vaxt verib. Ermənilər bu tələb qarşısında Laçını tərk etməyə başlayıblar.

22-08-2022, 20:37
Bakıda bal yarmarkası keçiriləcək


Bakıda bal yarmarkası keçiriləcək

Bakıda arıçılıq məhsullarının 22-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. Butov.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə 1-20 oktyabr tarixlərində arıçılıq məhsullarının 22-ci Respublika Sərgi-Satış Yarmarkası keçiriləcək. Yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) baş tutacaq. Yarmarkada satışa çıxarılacaq balların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizlilyi Agentliyi nəzarət edəcək. Yarmarkada yalnız COVID-19 pasportuna malik arıçılar iştirak edə biləcəklər. Arıçı fermerlər iştirak üçün əvvəlcədən qeydiyyatdan keçməlidirlər. Qeydiyyat prosesi bal.kendden.az saytı vasitəsi ilə onlayn qaydada həyata keçiriləcək. Arıçılar sayta daxil olaraq müvafiq xanalar üzrə şəxsi məlumatlarını və təsərrüfatları barədə məlumatları qeyd etməlidirlər. Yarmarkada iştirak etmək istəyən arıçılar 29 avqust saat 00:00-dan 31 avqust saat 23:59-dək qeydiyyatdan keçməlidirlər. Qeydiyyatı təsdiqlənmiş arıçılara 5 sentyabr tarixində SMS-bildirişlər göndəriləcək, onlara məhsullarını gətirməli olduqları tarix barədə məlumat veriləcək. Yarmarkada arıçılara fəaliyyət göstərdikləri rayonların arıçı sayına uyğun olaraq proporsional qaydada müvafiq sayda yer ayrılacaq. Builki Bal yarmarkasında növbəlilik əsasında ilk qeydiyyatdan keçmiş maksimum 250 arıçı iştirak edəcək. Yarmarkada iştirak üçün hər bir arıçının Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçərkən etdiyi bəyana uyğun olaraq minimum 40 arı ailəsi olmalıdır. Bir arıçı yarmarkada maksimum 400 kq bal və maksimum 30 ədəd arı şanı satışa çıxara bilər. Bal nümunələrinin qəbulu 8-15 sentyabr tarixləri arasında “Aqrar Tədarük və Təchizat” ASC-nin Xocahəsən yolu, 57 (Meyvəli bazarı) ünvanında yerləşən anbarında baş tutacaq. Yarmarkada iştirak ödənişlidir, iştirak haqqı 150 AZN-dir. Bu məbləğə satış üçün yer və lazımi ləvazimatlarla təmin olunma, yarmarkanın marketinq işlərinin aparılması, loqistika, anbar işinin təşkili və digər xidmətlər daxildir. Bal məhsulları anbara daxil olduqdan sonra keyfiyyət yoxlanışı üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən istehsalçının iştirakı ilə nümunələr götürüləcək. Yarmarkada satışına icazə veriləcək arıçılıq nümunələrinin diastaza ədədi DÜST standartlarına uyğun müəyyən olunacaq. Analiz üçün götürülmüş nümunələrin nəticələri 3 gündən gec olmayaraq təşkilat komitəsinə bildiriləcək. Keyfiyyət yoxlanışının nəticələri standartlara uyğun olmayan arıçılıq məhsullarının satışına icazə verilməyəcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!