Pakistan Xankəndi sammitinə görə Azərbaycana təşəkkür etdi .....                        33 yaşlı qadın doğuş zamanı öldü .....                        Erməni hərbçilər minaya düşdülər .....                        Nəriman Cəlilov Ərdoğanın qəbulunda .....                        Konstitusiya Məhkəməsi mühüm qərar qəbul etdi .....                        Vardanyan növbəti dəfə hakim qarşısında .....                        Səfirliyimizə hücum edən erməninin cəzası ağırlaşdırıldı .....                        Makronun arvadı onu yenidən alçaltdı .....                        Bu qaydalar təsdiqləndi .....                       
7-09-2022, 19:02
Prezident Qarabağla bağlı mühüm sərəncam imzaladı


Prezident Qarabağla bağlı mühüm sərəncam imzaladı

Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam, Füzuli, Xocavənd və Tərtər rayonlarının işğaldan azad olunmuş ərazilərinin yaşayış məntəqələrində (şəhər, kənd, qəsəbə) tikinti, təmir və bərpa işləri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Butov.az xəbər verir ki, Sərəncama əsasən, Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam, Füzuli, Xocavənd və Tərtər rayonlarının işğaldan azad edilmiş ərazilərində yaşayış məntəqələrinin (şəhər, kənd, qəsəbə) tikintisi, təmiri və bərpası işlərinin layihələndirilməsi və həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən “Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsə ilkin olaraq 3 milyon manat vəsait ayrılıb.
7-09-2022, 19:00
Məktəbli formaları ilə bağlı məcburiyyət yoxdur


Məktəbli formaları ilə bağlı məcburiyyət yoxdur

Yeni məktəbli formaları ilə bağlı problemlər bəzən valideynlərin məlumatsızlığı, bəzən də doğru ünvanlara müraciət etməmələri səbəbindən ortaya çıxır. Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, Elm və Təhsil Nazirliyi məktəbli formalarının satışı, tikişi ilə məşğul olan qurum deyil: “Biz yalnız həmin formaların nümunəvi, tövsiyə edilən formada olmasına nəzarət edirik. Burada məcburiyyət yoxdur. Burada məktəb kollektivi və məktəbin qərarı olmalıdır. Ümumilikdə formaların olmasını məqsədəuyğun hesab edirik. Əgər məktəbli formaları ilə bağlı məcburiyyət halı olarsa, valideynlər Bakı Şəhəri Təhsil İdarəsi və regional idarələrə müraciət etməlidirlər. Bu halda, həmin müraciətlərə baxıla və ölçü götürülə bilər”.
7-09-2022, 18:58
Ağalıya növbəti köç


Ağalıya növbəti köç

Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin ikinci mərhələsi başlayıb. Sentyabrın 7-də Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan” şəhərciyindən sayca beşinci köç karvanı yola salınıb. Butov.az xəbər verir ki, otuz ildən sonra doğma yurda qayıdan məcburi köçkünlər bu xoşbəxt anı yaşadıqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, onlara hər zaman xüsusi diqqət və qayğı göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq bildiriblər. Onlar deyiblər ki, yüksək yaşayış standartları ilə təchiz edilmiş Ağalıda yeni həyata başlamaqla yanaşı, kəndin inkişafına da öz töhfələrini verməyə çalışacaqlar. Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentinin direktoru Natiq Hüseynov, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov və digər rəsmi şəxslər iştirak ediblər. Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış daha 12 ailə - 63 nəfər daimi yaşayış üçün Dövlət Komitəsinin ayırdığı nəqliyyat vasitələri ilə Ağalıya yola düşüb. Xatırladaq ki, birinci mərhələdə 41 ailənin – 201 nəfərin ən müasir infrastrukturla təchiz olunmuş kəndə köçürülməsi təmin edilib. Hər biri ailəyə həyətyanı sahəsi olan fərdi ev verilib. Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında Dövlət Komitəsinin Repatriasiya Departamentində püşkatma ilə aparılıb.









7-09-2022, 18:51
Ukraynada həbsdə olan qazinin bacısı kömək istədi


Ukraynada həbsdə olan qazinin bacısı kömək istədi

Ötən gün Kiyev Apellyasiya Məhkəməsində Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlı və onunla birgə ittiham olunan Sübhan Quliyevin işi üzrə məhkəmə iclası keçirilib. Butov.az xəbər verir ki, hakim Yelena Sitaylonun sədrliyi ilə baş tutan prosesdə Misir Qasımlı və Sübhan Quliyevin özləri məhkəməyə gətirilməyib. Məhkəmə prosesində saxlanılanların yaxınları və Azərbaycan diasporunun fəalları iştirak ediblər. Azərbaycan vətəndaşları bir ildən çoxdur ki, heç bir sübut olmadan istintaq altında saxlanılır. Prokuror məhkəmə zamanı açıq-aşkar qərəzli mövqe nümayiş etdirərək bildirib ki, Qarabağ qazisi guya "başkəsəndir" və onu azadlığa buraxmaq olmaz. Məhkəmə prosesi barədə Modern.az-a danışan qazi Misir Qasımlının bacısı Nəzakət Qasımova qardaşının haqsız yerə həbsə saxlanıldığını deyib: “Qardaşım dünən axşamdan aclıq aksiyasına başlayıb. Onun səhhətinin pis olmaması üçün kömək etmək lazımdır. Ona qarşı haqsızlıq edilir. Dünənki məhkəməyə onu gətirməyiblər. Qardaşımın haqları qorunmalıdır, o, dövlətini, millətini sevən insandır. Qarabağ müharibəsində iştirak edib”. Nəzakət Qasımova qardaşının həbsinin arxasında erməni lobbisinin dayandığını düşünür. Qeyd edək ki, azərbaycanlılar Kiyevdə ərəbmənşəli İspaniya və Britaniya vətəndaşı olan iş adamının şikayəti əsasında saxlanılıb. Onlara qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri ilə ittiham irəli sürülsə də, 1 ildir bunu sübut edən fakt göstərilməyib. M.Qasımlı və S.Quliyev paytaxt Kiyevdə istintaq təcridxanasında saxlanılır. Onu da bildirək ki, M.Qasımlı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub.

7-09-2022, 18:47
Daha 3 qazimiz Türkiyəyə göndərildi


Daha 3 qazimiz Türkiyəyə göndərildi

Ağır yaralanan üç qazi – Musayev Vadim Fikrətoviç, Salayev Namiq Həsən oğlu, İsmayılov İsrail Asif oğlu “YAŞAT” Fondu tərəfindən müalicə məqsədilə Türkiyəyə göndərilib. Fonddan verilən məlumata görə, onlardan ikisi - Musayev Vadim Fikrətoviç və Salayev Namiq Həsən oğlunun müalicəsi davam etdiyindən təkrarən yola salınıblar. Qeyd edək ki, “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir. Xatırladaq ki, bu günə qədər 175 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 154-nün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib. “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir. Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: //yashat.gov.az/report/tableau. Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.
7-09-2022, 18:44
Ana 13 yaşlı qızından və nəvəsindən imtina etdi


Ana 13 yaşlı qızından və nəvəsindən imtina etdi

Azərbaycanda 13 yaşında ana olan qızla bağlı bəzi məlumatlar üzə çıxıb. Butov.az xəbər verir ki, Bakının Sabunçu rayonunda yaşayan 13 yaşlı qızın atası illər öncə dünyasını dəyişib. “Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə bildirib ki, qızın anası nəvəsindən və öz övladından imtina edib. Hazırda 13 yaşlı ananın və övladının vəziyyətinin yaxşı olduğu bildirilir. Azyaşlı qız təcavüzə məruz qaldığını açıqlayıb.
7-09-2022, 18:42
ABŞ-ın Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya gəlir


ABŞ-ın Qafqaz üzrə xüsusi nümayəndəsi Bakıya gəlir

ATƏT-in Minsk qrupunun amerikalı yeni həmsədri, ABŞ-ın Qafqaz üzrə danışıqlarda xüsusi nümayəndəsi, səfir Filip Riker bu həftə Cənubi Qafqaz ölkələrinə səfər edəcək. Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel bildirib. Dövlət Departamentinin nümayəndəsi xatırladıb ki, bu, Rikerin həmsədr statusunda Cənubi Qafqaza ilk səfəridir. Patel bölgəyə səfərlərin müntəzəm olacağına ümid etdiyini deyib. "Səfər çərçivəsində Riker Ermənistan, Gürcüstan və Azərbaycana səfər edəcək. O, bu üç ölkənin yüksək rütbəli rəsmiləri ilə görüşlər keçirərək, regiondakı əsas problemləri, habelə münaqişənin konstruktiv həlli üçün yardım və birbaşa iştirak imkanlarını, mübahisəli məsələləri və regional əməkdaşlığı müzakirə edəcək”, - Patel vurğulayıb. Xatırladaq ki, bundan əvvəl ATƏT-in Minsk qrupunun amerikalı həmsədri vəzifəsini Endryu Şofer tutub. Qeyd edək ki, Qarabağ nizamlanması üzrə ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsi Rusiya, Fransa və ABŞ-dır. Ermənistan tərəfi dəfələrlə ATƏT-in Minsk qrupunun həmsədrliyi çərçivəsində Qarabağ üzrə sülh prosesinin bərpa olunmasının tərəfdarı olub. Lakin rəsmi Bakı Qarabağ münaqişəsinin bitdiyini və ATƏT-in Minsk qrupunun fəaliyyətinə daha ehtiyac duyulmadığını bəyan edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov da son açıqlamalarında ATƏT-in Minsk qrupu formatında əməkdaşlığa əhəmiyyət vermədiklərini bildirib.
7-09-2022, 18:37
Atmosfer havasının keyfiyyəti yaxşılaşıb


Atmosfer havasının keyfiyyəti yaxşılaşıb

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, ölkə üzrə atmosfer havasında həm qaz qarışıqlarının, həm də dispers toz hissəciklərinin miqdarı norma daxilində olub. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Xidmətin əməkdaşı Gülnarə Abbasova bildirib ki, ölkə ərazisində havanın yağıntılı keçməsi hava keyfiyyətinə öz müsbət təsirini göstərib. G.Abbasova onu da qeyd edib ki, hava proqnozlarını, faktiki hava şəraitini, hava keyfiyyətinə dair monitorinq məlumatlarını meteo.az saytından əldə edə bilərsiniz.
7-09-2022, 18:35
Neftimiz yenə ucuzlaşdı


Neftimiz yenə ucuzlaşdı

“Azeri Light” (CIF) markalı Azərbaycan neftin qiyməti azalıb. Butov.az-ın məlumatına görə, dünya bazarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,18 ABŞ dolları və ya 2,2% azalaraq 96,88 dollar təşkil edib.
7-09-2022, 18:27
ATƏT-in “ölmüş” Minsk qrupunu diriltmək cəhdləri utancvericidir


ATƏT-in “ölmüş” Minsk qrupunu diriltmək cəhdləri utancvericidir

Son dövrlər bir sıra dövlətlərin ATƏT-in “ölmüş” Minsk qrupunu ciddi cəhdlə diriltməyə çalışdıqları müşahidə olunur. Reallıq isə ondan ibarətdir ki, 30 ilə yaxın müddətdə ATƏT-in Minsk qrupu Azərbaycanla Ermənistan arasında keçmiş münaqişənin həllinə heç bir töhfə verə bilmədi. Əksinə, Azərbaycanın işğalla barışmasına ciddi cəhdlər edildi, münaqişənin müharibə yolu ilə həllinin qeyri-mümkün olduğu israrla bildirildi. Əgər Azərbaycan dünyaya “ölü” gəlmiş bu qurumun ümidinə qalsaydı, hələ də torpaqlarımız işğal altında idi, bu qurumun nümayəndələri isə heç bir nəticəsi olmayan turist səfərlərinə davam edirdilər. Artıq Azərbaycan özü BMT-nin 4 qətnaməsini icra edərək torpaqlarını işğaldan azad edib. ATƏT-in Minsk qrupuna ehtiyac yoxdur. Bu barədə dəfələrlə Prezident İlham Əliyev qətiyyətli və prinsipial mövqeyini bildirib. Bunu bütün dövlətlər və beynəlxalq qurumlar nəzərə almalıdırlar. Bəzi dövlətlərin ATƏT-in “ölmüş” Minsk qrupunu yenidən diriltmək cəhdlərinə gəldikdə isə bu ayıb və utancvericidir. İndi bu qurumun “dirildilməsi” üçün ciddi cəhdlər edən dövlətlər nə üçün o zaman keçmiş münaqişənin həllində bu qədər canfəşanlıq etmirdilər? Yoxsa münaqişənin həlli, bölgəyə sülhün gəlməsi onların maraqları ilə uzlaşmır? Azərbaycan ən qısa müddətdə bölgəyə sülhün gəlməsində və yekun sülh müqaviləsinin imzalanmasında maraqlıdır. Azərbaycan bu istiqamətdə səylə çalışır və ölkəmizi bu yoldan heç kim döndərə bilməz. Bölgəyə sülhün gəlməsində səmimi və maraqlı olan dövlətlər də əslində bu mövqedə olmalı idilər. Ancaq əksini görürük. Azərbaycanın yekun mövqeyi isə bundan ibarətdir. Keçmiş münaqişənin həllinə heç bir töhfə verməyənlər indiki həssas məqamda heç olmasa bölgəyə sülhün gəlməsinə mane olmasınlar.

Ceyhun Məmmədov - Milli Məclisin üzvü
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!