Xəzər sahilində 320 suiti meyiti tapıldı .....                        Sevinc Osmanqızının ibtidai istintaqı başa çatdı .....                        Şəklimi yayıb vay-şivən saldılar - Anar .....                        Məni Avropanın prezidenti adlandırırlar - Tramp .....                        “Zirə” “Neftçi”ni kubokdan kənarlaşdırdı .....                        Prezidentliyə namizədi öldürmək istədilər .....                        Azərbaycanı gələn il nə gözləyir? .....                        Trampın adamları Putinlə görüşdülər .....                        Qəzzada daha bir jurnalist həlak oldu .....                       
16-12-2022, 18:20
Prezident Türkiyə ilə imzalanan sənədləri təsdiq etdi


Prezident Türkiyə ilə imzalanan sənədləri təsdiq etdi

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında toxumçuluq sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmanda qeyd olunan Saziş qüvvəyə mindikdən sonra Kənd Təsərrüfatı Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb. Bundan başqa, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Fərman da imzalayıb.
16-12-2022, 18:13
Qarabağda yaşayan ermənilər üçün “qaynar xətt” yaradıldı


Qarabağda yaşayan ermənilər üçün “qaynar xətt” yaradıldı

Azərbaycanda Qarabağ erməniləri üçün “qaynar xətt” yaradılıb. Bu barədə azərbaycanlı hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycanın Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti nəzdində fəaliyyət göstərən "Qadın: Sülh və Təhlükəsizlik Mərkəzi"nin rəhbəri Dilarə Əfəndiyeva bildirib. “Separatçıların və şəxsən Qarabağdakı quldur rejimin “dövlət naziri” adlandırılan Ruben Vardanyanın Qarabağda yaşayan dinc ermənilərə təzyiq göstərmək üçün bütün cəhdlərinə baxmayaraq, mənə müxtəlif xarakterli çoxlu zənglər gəldi. Bu zənglər hər gün daha da artdı və təkbaşına öhdəsindən gəlmək mümkün olmadığından “qaynar xətt” yaratmağa qərar verdik”, - deyə o bildirib. Hüquq müdafiəçisi vurğulayıb ki, çağrı mərkəzi humanitar problemlərlə üzləşəcəkləri təqdirdə Qarabağ ermənilərindən daxil olan müraciətləri operativ şəkildə cavablandırmağa və onların həlli üçün bütün səylərini səfərbər etməyə hazırdır. “Biz öz tərəfimizdən Qarabağ bölgəsinin bizimlə əlaqə saxlayan bütün sakinlərinə tam məxfiliyə zəmanət veririk”, - deyə D.Əfəndiyeva əlavə edib.

Qaynar xətt nömrəsi: +994702779911.
16-12-2022, 18:03
Sülhməramlılar monitorinq qrupumuza lazımi şərait yaratmadı


Sülhməramlılar monitorinq qrupumuza lazımi şərait yaratmadı

İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “Azergold” QSC-in nümayəndələrindən ibarət heyət Rusiya sülhməramlılarının qərargahında görüş keçirib.
Bu barədə Monitorinq qrupunun rəhbəri Məsim Məmmədov bildirib. Görüşdə bir daha qeyd olunub ki, təqdim edilmiş "yol xəritəsi"nə uyğun olaraq “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış həyata keçirilməli, müvafiq monitorinq və inventarizasiya işlərinin təşkili məsələləri həllini tapmalıdır. Lakin monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə lazımi şərait yaradılmayıb və buna görə də qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb. Monitorinq qrupunun üzvləri tərəfindən bir daha qeyd edilib ki, yataqların qanunsuz istismarı dayandırılmalı, ərazidə kompleks monitorinq işləri həyata keçirilməlidir.
16-12-2022, 17:35
Zəngin qazı olan ölkənin vətəndaşları qaz problemi yaşayır


Zəngin qazı olan ölkənin vətəndaşları qaz problemi yaşayır

Bu gün Tovuzun 48 yaşayış məntəqəsində qaz yoxdur. Bunu Milli Məclisin bu gün keçirilən iclasında Tovuzdan seçilən deputat Qənirə Paşayeva bildirib. “Qış ayında niyə kənd sakinləri soyuqdan donmalıdır? Qurumlar hara baxır? Qaz problemi ilə bağlı bir neçə dəfə müraciət etsək də, hələ məsələ həll olunmayıb. Mən keçən dəfə bununla bağlı Baş nazirə də müraciət etmişəm. Seçiciləri qəbul edəndə hər dəfə bu problemlər qaldırılır. Mənə bildirirlər ki, qonşuda qaz var, amma bizim evdə qaz yoxdur. Cavab verə bilmirik. Həmin sakinlər yaxşı bilir ki, cənab Prezident hansı sərəncamları verib. Vətəndaşlar bunun icra olunması tələb edirlər. Necə olur ki, xaricə qaz satırıq, amma özümüzdə qaz tapılmır. Mən aidiyyatı qurumları danışıqlar üçün çağırıram, ortaya çıxıb məsələ ilə bağlı açıqlama versinlər”,- deyə deputat bildirib.
16-12-2022, 17:31
Şənbə gününün hava proqnozu


Şənbə gününün hava proqnozu

Azərbaycanda dekabrın 17-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-12° isti, Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gecə bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı, zəif qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
16-12-2022, 17:28
Yeni il üçün pensiya artımı necə olacaq?


Yeni il üçün pensiya artımı necə olacaq?

Xəbər verdiyimiz kimi, pensiyaların indeksləşdirilməsilə bağlı yeni dəyişikliklər Prezident İlham Əliyev tərəfindən təsdiqlənib. İqtisadçı Eldəniz Əmirov pensiyaların indeksləşdirilməsi ilə bağlı son dəyişikliyi şərh edib. E.Əmirov bildirib ki, yeni dəyişikliyə görə pensiyanın sığorta hissəsi qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yenidən indeksləşdiriləcək: "Yəni yeniliyin tətbiqi ilə əmək pensiyalarının məbləğində artım olacaq. Yəni, pensiya artımlarında vahid indeksasiya metoduna keçirilir və bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il ilk ayında ötən il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılacaq. Başqa sözlə, ölkədə orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə neçə faiz artıbsa, pensiyalar da buna uyğun artacaq”. “Bəs, gələn il pensiyalar nə qədər artacaq?” sualına isə iqtisadçı belə cavab verib: “2022-ci ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 830 manat (yanvar-oktyabr aylarında 827,9 manat olub) olarsa, bu 2021-ci ilin eyni dövr ilə müqayisədə təxminən 14,5%-lik artması deməkdir. Deməli, pensiyaçılar da aldıqları hər 100 manat pensiyaya görə əlavə olaraq 14 manat 50 qəpik artıq alacaqlar. 300 manat alan 343,5 manat, 400 manat alan 458 manat alacaq. Qeyd edək ki, əgər indeksasiya 14.5%-dən nə qədər yuxarı edilərsə, pensiyalar həmin faiz nisbətində daha çox artacaq”. E.Əmirov əlavə edib ki, digər dəyişiklik qulluq stajına görə əmək pensiyasına əlavələri olanlarla bağlıdır: “Belə ki, əmək pensiyasının sığorta hissəsi artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanacaqdır. Onların aylıq əməkhaqqı (tutmuş olduqları vəzifələr üzrə əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır. Yəni, artıq hər il həmin şəxslərin əmək pensiyasına əlavələr əsas hissə ilə birlikdə ümumi məbləğ olaraq indeksləşdiriləcək”.
16-12-2022, 17:22
Sülhməramlılara məxsus avtomobillərin hərəkətinə növbəti şərait yaradıldı


Sülhməramlılara məxsus avtomobillərin hərəkətinə növbəti şərait yaradıldı

Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Xankəndi istiqamətindən gələn Rusiya sülhməramlılarına məxsus maşın karvanı Laçın istiqamətinə keçib. Xatırladaq ki, Laçın yolunda azərbaycanlılar tərəfindən başladılan dinc aksiya beş gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
15-12-2022, 22:26
Prezident DTX ilə bağlı fərman imzaladı


Prezident DTX ilə bağlı fərman imzaladı

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hərbçi qulluqçularının və qurumun sisteminə işə götürülən işçilərin ştat sayı ilə bağlı dəyişikliklər təsdiqlənib. Prezident İlham Əliyev “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə dəyişikliklərin təsdiq edilməsi haqqında fərman imzalayıb. Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
15-12-2022, 22:23
Etnik ermənilərin bu ərazilərdə yaşamaq haqqı var - Ceyhun Bayramov


Etnik ermənilərin bu ərazilərdə yaşamaq haqqı var - Ceyhun Bayramov

Bəzi qüvvələr Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında maraqlı deyil. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib. Nazir deyib ki, qarşı tərəfə çağırışlar olunmalı, ciddi xəbərdarlıq edilməli və təxribatlara son qoyulmalıdır: “Bu yolla heç nəyə nail ola bilməyəcəklər. Azərbaycan tərəfinin mövqeyi konstruktiv və ədalətlidir. Azərbaycanın qanunları çərçivəsində və Azərbaycanın suverenliyinə hörmət çərçivəsində bütün məsələlər həll edilməlidir, həll oluna bilər və həll olunacaq”. XİN rəhbəri qeyd edib ki, kənardan gəlmiş şəxsin Azərbaycan ərazilərində yaşayan etnik ermənilərə müraciət etmək haqqı yoxdur. “Etnik ermənilərin Azərbaycan qanunları çərçivəsində bu ərazilərdə yaşamaq haqları var və Azərbaycan dövləti bunu tanıyır”, - nazir əlavə edib.
15-12-2022, 22:19
Qarabağdakı ermənilər qida və tibbi ləvazimatlarla təmin olunur - XİN başçısı


Qarabağdakı ermənilər qida və tibbi ləvazimatlarla təmin olunur - XİN başçısı

Qarabağda erməni əhalinin qida və tibbi ləvazimatlarla bağlı heç bir problemi yoxdur. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib. XİN başçısı qeyd edib ki, Azərbaycan tərəfi humanitar istiqamətlərlə bağlı nə yardıma ehtiyac varsa, qarşılamağa hazırdır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!