Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                       
Tarix : 13-07-2023, 17:37
Naxçıvanda 192 mənzillik yaşayış kompleksi istifadəyə verildi


Naxçıvanda 192 mənzillik yaşayış kompleksi istifadəyə verildi

Naxçıvanda 192 mənzillik yeni yaşayış kompleksi istifadəyə verilib. İyulun 13-də Naxçıvan şəhərində istifadəyə verilən “Ümid” yaşayış kompleksinin açılış tədbirində qonaqları salamlayan Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov bildirib ki, yaşayış kompleksinin ümumi sahəsi 22 min 325 kvadratmetrdir. Şəhərcikdəki 9 mərtəbəli 4 yaşayış binasında 192 mənzil var. Mənzillərdən biri şəhid ailəsinə hədiyyə edilib, 72-si isə ipoteka krediti ilə satılıb. Vüqar Abbasov vurğulayıb ki, kompleksdə orta aylıq əməkhaqqı 600 manat olan 10 yеni iş yеri açılıb.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli yeni kompleksin açılışı münasibəti ilə təbriklərini çatdıraraq bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” həm Naxçıvan şəhərinin, həm də muxtar respublikanın bütün rayon və kəndlərinin inkişafına təkan verəcək. Dövlət proqramının icrası çərçivəsində yaşayış komplekslərinin, sosialyönümlü obyektlərin müasir memarlığın tələblərinə uyğun şəkildə tikintisi davam etdiriləcək. Naxçıvan Dövlət Xalça Muzeyi üçün yeni binanın, 1000 yerlik yeni məktəb binasının inşasının planlaşdırılıdığını, Naxçıvan və Ordubad şəhərlərinin tarixi hissəsinin yenidən qurulacağını diqqətə çatdıran səlahiyyətli nümayəndə bildirib ki, Naxçıvanda Qızlar bulağı, Əcəmi seyrəngahı, Möminə Xatun türbəsi, Mərkəzi bazar və Bazarçay gölünün ətrafında da yeni layihə ilə işlər aparılacaq.
“Ordubad şəhəri “1 küçə - 1 ölkə” konsepsiya ilə yenidən qurulacaq, Ordubad şəhərindəki tarixi “Sahil” mehmanxanası yenidən inşa olunacaq, Ordubad şəhərinin “Sərşəhər” məhəlləsi orijinallığı saxlanılmaqla bərpa ediləcək”, - deyə Fuad Nəcəfli bildirib. Əhalinin nisbətən azgəlirli təbəqəsi üçün iş yerlərinin açılması istiqamətində tədbirlərin görüləcəyini vurğulayan səlahiyyətli nümayəndə Əliabad qəsəbəsində 3000 mənzillik yeni yaşayış kompleksi layihəsinin hazırlandığını və yaxın zamanda bu layihənin icra olunacağını vurğulayıb.
Səlahiyyətli nümayəndə Naxçıvanda indiyə qədər aparılan tikinti işlərində nöqsanlara yol verildiyini, əhalinin mülkiyyət hüququnun pozulduğunu, aparılan tikinti işlərində funksionallıq və memarlıq işinin lazımi səviyyədə olmadığını diqqətə çatdırıb. Bildirib ki, bu gün hazırlanan yeni layihələr isə elmi yanaşma və qanunvericiliyin tələblərinə əsaslanır: “Təəssüf ki, muxtar respublikada Naxçıvan şəhərindən başqa, heç bir şəhərin baş planı yoxdur. Naxçıvan şəhərinin baş planı 1984-cü ildə hazırlanıb. Baş planda isə həmin ildən indiki dövrə qədər şəhərdə baş verən inkişafla bağlı heç bir qeydiyyat aparılmayıb. Zərurət nəzərə alınaraq, muxtar respublikanın bütün şəhərlərinin baş planları hazırlanacaq”.
Babək rayonunun Hacıvar kənd tam orta məktəbinin yeni inşa olunmasına baxmayaraq, layihəsinin tamamilə yararsız olduğunu, texniki-tikinti normalarının kobud şəkildə pozulduğunu, bu səbəbdən də binanın sökülüdüyünü bildirən səlahiyyətli nümayəndə Hacıvar kənd tam orta məktəbinin müasir üslubda yenidən inşa olunacağını vurğulayıb.
Çıxışlardan sonra şəhid kapitan Elməddin Meydanovun ailəsinə və digər mənzil sahiblərinə mənzillərin orderləri təqdim olunub.
Şəhid ailəsi ilə görüş zamanı “Şəhid ailələri başımızın tacıdır, sizlər üçün nə etsək, azdır”, - deyən Fuad Nəcəfli dövlətin hər zaman şəhid ailələrinin, qazilərin yanında olduğunu bildirib. Daha sonra komplekslə tanışlıq olub. Tanışlıq zamanı bildirilib ki, binaların hər mərtəbəsində sahəsi 95 və 96 kvadratmetr olan 4-ü üçotaqlı, sahəsi 82 kvadratmetr olan 2-si ikiotaqlı olmaqla 6 mənzil var. Bütün binalar sürtəli liftlərlə təmin olunub. Həmçinin, kompleksdə müasir işıqlandırma, mərkəzi nəzarət videokamera sistemi, 2 ədəd 650 kilovoltamper gücündə transformator, mərkəzi havalandırma sistemləri qurulub. Yanğından mühafizə üçün 500 kubmetrlik, tələbatı ödəmək üçün 250 kubmetrlik iki su anbarı tikilib. Bildirilib ki, yaşayış kompleksində 8460 kvadratmetr ərazi abadlaşdırılıb, sakinlər üçün istirahət parkı, uşaqlar üçün əyləncə parkı yaradılıb. İnşa olunan mənzillər ipoteka və sərbəst satışlarla əhalinin xidmətindədir. Qeyd olunub ki, daxili imkanlar hesabına 32 ailəyə bir illik faizsiz daxili kredit, 29 ailəyə isə üç illik daxili kredit verilərək gənc ailələr mənzillə təmin olunub.





Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!