Müdafiə Nazirliyi vətəndaşlara daha bir müraciət etdi .....                        Xırdalanda yanğın oldu .....                        Boşandığı arvadının evini "sənə sürpriz edəcəyəm" deyib, yandırdı .....                        Nuri Şahin baş məşqçi təyin olundu .....                        Xalq artistinin ölümü ilə bağlı nekroloq .....                        Bakıda 20 avtobusun istiqaməti dəyişdirilir - Formula 1-ə görə .....                        Rusiyaya sanksiya tətbiq etməyə hazıram - Tramp .....                        Sulutəpə və Sumqayıta gedənlərə şad xəbər! - Avtobuslar bərpa edilir .....                        Polşada Baş nazirin maşınını oğurladılar .....                       
9-09-2022, 18:20
Qərbdən dost olmaz: Ərdoğan Putini haqlı sayır...


Qərbdən dost olmaz: Ərdoğan Putini haqlı sayır...

Son günlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya ilə bağlı çıxışları Avropa ölkələrini ciddi narahat etməyə başlayıb. Qardaş ölkə liderinin Qərblə münasibətdə Moskvanın müdafiəsinə qalxması, prezident Vladimir Putinin bəzi iradlarında haqlı olduğunu deməsi avropalı ekspertlər tərəfindən müxtəlif cür yozulur. İddia edilir ki, Ərdoğan Ukraynada müharibənin davam etdiyi bir vaxtda Putinə dəstək verməklə, Moskvanın yanında olduğunu göstərir. “Rusiyadan hələlik taxıl daşınmır. Ona görə də Rusiya Prezidenti Vladimir Putin iradında haqlıdır. Digər tərəfdən, taxıl kasıb yox, zəngin ölkələrə daşınır. Kasıb ölkələrə də taxıl göndərilməlidir. Eyni zamanda, biz istəyirik ki, Rusiyadan da taxıl daşınsın. Bunu gözləyirik. Səmərqənddə Putinlə bu məsələni müzakirə edəcəyik”, - Ərdoğan çıxışında vurğulayıb. Əslində nə baş verir? Ərdoğan-Putin yaxınlaşmasının səbəbləri nədir? Bu barədə danışan sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, prosesi dəyərləndirərkən Türkiyə və Rusiyanın hansı məsələlərdə mövqelərinin üst-üstə düşdüyünə fikir vermək lazımdır: “Bir müddət əvvəl Putin belə fikir səsləndirmişdi ki, Rusiya-Qərb qarşıdurması nəticəsində guya Rusiya öz suverenliyini gücləndirəcək. Yəni Rusiyanın Qərbdən asılılığı azalacaq. Mən belə başa düşdüm ki, bu fikri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ölkələrin öz suverenliyini qoruma prinsipinə görə dəstəkləyir. Ərdoğanın Putinin Ukraynada həyata keçirdiyi siyasəti dəstəklədiyini düşünmürəm. Bu, mümkün deyil. Ancaq Qərbin bəzən ikili standartlar nümayiş etdirməsi, ölkələrin daxili işlərinə qarışması, bir sözlə, suverenliyə aid məsələlərə münasibəti iki ölkənin mövqelərinin üst-üstə düşməsinə səbəb olur”. Eks-nazirin fikrincə, Türkiyənin özü də Qərbdən narazıdır. NATO bəzi məsələlərdə, o cümlədən silah satışında Türkiyəyə qarşı ikili standart həyata keçirir. Bir sıra məqamlara görə Türkiyəyə sanksiya tətbiq olunub. Bu da Rusiya və Türkiyənin mövqelərinin yaxınlaşmasına gətirib çıxarır.



Bundan əlavə, T.Zülfüqarov Putinin Ukraynadan taxıl ixracı ilə bağlı mövqeyinin Ərdoğan tərəfindən dəstəklənməsinə də münasibət bildirib: “Hələ pandemiya zamanı vaksinlər ilk növbədə kasıb ölkələrə yox, zəngin ölkələrə gedirdi. Qərbin bu tip məsələlərlə bağlı verdiyi sözlər çox zaman əməldə özünü göstərmir. İxracı razılaşdırılan taxıla ən çox Afrika və digər kasıb qitələrin ehtiyacı var. Lakin bu gün heç də bütün taxıllar həmin ərazilərə çatmır. Ərdoğanın bu məsələdə Rusiyanı dəstəkləməsi Qərbin ikili standartlarını tənqid kimi qiymətləndirilə bilər. Əslində, Rusiya ilə Türkiyənin maraqları çox zaman toqquşur. Ancaq yenə də deyirəm, Qərbin ikili standartları onları bir mövqedə birləşdirir”.

9-09-2022, 18:14
Təhsil xidmətləri də ASANlaşır


Təhsil xidmətləri də ASANlaşır

Sentyabrın 9-dan etibarən 2 saylı Gəncə Regional ASAN xidmət mərkəzində vətəndaşlara təhsil xidmətləri göstəriləcək. Bunu Elm və Təhsil Nazirliyinin İnformasiya və vətəndaşlara xidmət şöbəsinin müdir müavini Səbuhi Rzayev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib. Qurum rəsmisi deyib ki, bu ilin sonuna qədər bütün elektron təhsil xidmətlərini portal.edu.az platforması üzərində cəmləşdirmək niyyətindədirlər.
9-09-2022, 18:12
Paşinyan İlham Əliyevin iştirak edəcəyi tədbirə gedir


Paşinyan İlham Əliyevin iştirak edəcəyi tədbirə gedir

Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycanın dövlət başçısı İlham Əliyev sentyabrın 15-16-da Səmərqənddə (Özbəkistan) keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində qonaq qismində iştirak edəcək. Bu barədə Özbəkistan prezidentinin mətbuat katibi Şerzod Əsədovun “Facebook” səhifəsində məlumat verilib. O, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək sammitində 15 dövlət başçısının iştirak edəcəyini yazıb. “Gələn həftə Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası keçiriləcək. Bu tədbir 2019-cu ildən sonra ŞƏT liderlərinin ilk təkbətək görüşü və Özbəkistanın təşkilatda sədrliyinin başa çatması ilə bağlı olacaq”, - Əsədov yazıb. O qeyd edib ki, Özbəkistanın ŞƏT-də sədrliyi dövründə əsas diqqət ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsinə, sənaye əməkdaşlığının inkişafına, o cümlədən nəqliyyat-kommunikasiya əlaqələrinin genişləndirilməsinə yönəlib. ŞƏT sammitində Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə yanaşı, Rusiya prezidenti Vladimir Putin, Çin prezidenti Si Cinpin, Hindistanın baş naziri Narendra Modi, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev, Pakistanın baş naziri Şahboz Şərif, Qırğızıstan prezidenti Sadır Japarov və Tacikistanın prezidenti Emoməli Rəhmonun da iştirak edəcəyi bildirilir. Belarus prezidenti Aleksandr Lukaşenko, İran prezidenti İbrahim Rəisi, Monqolustan prezidenti Uxnaaqiyn Xurelsux sammitdə müşahidəçi qismində iştirak edəcəklər. ŞƏT sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev və Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov iştirak edəcək.
9-09-2022, 18:08
Çaylardan daşqın və sel keçəcək


Çaylardan daşqın və sel keçəcək

Azərbaycanın rayonlarında qısa fasilədən sonra sentyabrın 9-da axşam bəzi şərq rayonlarında, 10-dan 11-i axşamadək isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s olacaq. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
9-09-2022, 17:55
Minlərlə müəllim sentyabrdan maaşına əlavələr alacaq


Minlərlə müəllim sentyabrdan maaşına əlavələr alacaq

“Sertifikatlaşma prosesindən öncə gedən dedi-qodulara baxmayaraq, 98 faiz müəllim sertifikasiya prosesində iştirak etdi”. Bunu elm və təhsil naziri Emin Əmrullayev bildirib. E.Əmrullayev sertifikasiyada iştirak edən müəllimlərə təşəkkür edib: “Prosesin sonunda yaxşı nəticələrlə qarşılaşdıq. Artıq minlərlə müəllimin sentyabrdan başlayaraq əməkhaqqına əlavələr olacaq”.
9-09-2022, 17:52
Bakı sakini qayçı udub


Bakı sakini qayçı udub

Bakıda yad cisim (qayçı) udan vətəndaş əməliyyat olunub. Butov.az xəbər verir ki, təcili tibbi yardım avtomobili ilə başqa tibb müəssisəsindən 6 sentyabr 2022-ci il saat 22:10 radələrində yad cisim (qayçı) udan vətəndaş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Nərimanov Tibb Mərkəzinə yerləşdirilib. Tibb müəssisəsində xəstəni ilk olaraq cərrah Emin Quliyev və torokal cərrah Fəyyaz Məmmədov müayinə edib. Kompüter tomoqrafiya (KT) və rentgenoloji müayinələr nəticəsində qida borusunun praksimalında qayçı aşkarlanıb və xəstə təcili olaraq əməliyyata götürülüb. Cərrah Emin Quliyevin icra etdiyi əməliyyatda larinqaskopun köməkliyi ilə ağız boşluğu açılıb və yad cisim ağız boşluğundan xaric olunub. Daha sonra divar aralığında mediastinit təhlükəsi və emfizema aşkarlandığı üçün divar aralığına drenaj qoyularaq əməliyyat yekunlaşıb. Xəstə bir gün Reanimasiya şöbəsində həkim nəzarəti altında qalıb. Daha sonra palataya köçürülüb. Hazırda müvafiq müalicələrə davam edilir. Xəstənin vəziyyəti isə orta ağır qiymətləndirilir.
9-09-2022, 17:49
Fond qazilərimizin əməliyyat xərclərini ödədi


Fond qazilərimizin əməliyyat xərclərini ödədi

“YAŞAT” Fondu qazilərimizə müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə işləri davam etdirir. "ASAN xidmət"dən verilən məlumata görə, müharibə əlili Ceyhun Əliyev Məşdi oğlu və Şahin Səfərov Şəmsəddin oğlunun əməliyyat xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb. Fond tərəfindən görülən işlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” //yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.
9-09-2022, 17:42
Şarl Mişel ermənilərin azad edilməsinə sevindi


Şarl Mişel ermənilərin azad edilməsinə sevindi

Brüsseldəki müzakirələrdən sonra daha beş erməni hərbçisinin Bakı tərəfindən Ermənistana təhvil verilməsi alqışalayiqdir. Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirib. "Təhvil ikitərəfli qaydada həyata keçirilir. Bu addım təqdirəlayiqdir. Bütün həll edilməmiş humanitar məsələlərin həlli üçün əsas prioritetdir", - deyə Mişel sosial şəbəkə hesabında yazıb. Qeyd edək ki, ötən gün Azərbaycan beş erməni hərbçisini qarşı tərəfə təhvil verib.
9-09-2022, 17:40
Ordumuzun mövqeləri atəşə tutuldu


Ordumuzun mövqeləri atəşə tutuldu

Sentyabrın 8-i axşam saatlarından 9-u səhər saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Qarakilsə rayonunun Noravan, Basarkeçər rayonunun Subatan yaşayış məntəqələri və Gorus rayonu istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli və Hacılar, Kəlbəcər rayonunun Zivel yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini fasilələrlə müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyin Mətbuat Xidmətindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
9-09-2022, 17:38
14 mindən çox müharibə əlilinə birdəfəlik ödəmə verilib


14 mindən çox müharibə əlilinə birdəfəlik ödəmə verilib

Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailəsi üzvləri və müharibə veteranlarından ibarət 101 min şəxsə 113 min sosial ödəniş (aylıq pensiya, müavinət, təqaüd) təyinatı aparılıb, dövlət icbari şəxsi sığortası üzrə 2 minə yaxın şəxsə sığorta ödənişi edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) verilən məlumatda bildirilib. Qeyd edilib ki, 1997-ci il avqustun 2-dək hərbi xidmətdə olarkən aldığı xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslər və onlardan vəfat edənlərin vərəsələri ilə bağlı yeni sosial dəstək proqramı çərçivəsində artıq 14 mindən çox şəxs birdəfəlik ödəmə ilə təmin olunub. 2021-ci ilin əvvəlindən şəhid ailə üzvlərinin, müharibə əlillərinin, Milli Qəhrəmanların təqaüdləri, 2022-ci ilin əvvəlindən isə sosial müavinətlər orta hesabla 60% artırılıb. Postmüharibə dövründə mənzillə təminat proqramı 5 dəfə genişlənib, 3800 mənzil şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə, 264 avtomobil müharibə əlillərinə verilib. Ümumilikdə ötən dövrdə 12,5 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil və ya fərdi evlə, 7450 müharibə əlili avtomobillə təmin edilib. Həmçinin 11 min nəfərə 34 min sosial-psixoloji dəstək və reabilitasiya xidməti göstərilib. O cümlədən, 3 minədək ailə psixoloji dəstək və ödənişsiz dərman, 2600 şəxs reabilitasiya xidmətləri, I və II Qarabağ müharibəsi əlillərindən ibarət 352 şəxs 367 ədəd yüksək texnologiyalı müasir protez, 1582 müharibə əlili 24300 reabilitasiya vasitəsi ilə təmin olunub. 13 mindən çox şəhid ailəsi və müharibə veteranı aktiv məşğulluq proqramlarına, o cümlədən 8 minədək şəxs özünüməşğulluq proqramına cəlb olunub. Ötən ilin iyun ayında yaradılan vahid əlaqələndirmə mərkəzlərində şəhid ailələri üzvləri, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçular və müharibə əlillərindən ibarət 53 mindən çox şəxsə xidmətlər göstərilib. Ümumilikdə postmüharibə dövründə şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi 117 min şəxsi əhatə edib, onlara 232 min sosial dəstək xidməti göstərilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!