31-10-2022, 20:23
  Putin Paşinyanla görüşdü - İrəvan Qarabağ təklifini qəbul etdiRusiya prezidenti Vladimir Putin Soçidə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. Görüşdən sonra liderlərin çıxışlarından sitatlar mətbuatda dərc olunub.“Nə vaxtsa bitirməliyik. Bilirəm ki, bunun üçün sizin siyasi iradəniz var və bunun üçün əsas məqamları üçtərəfli görüşdə müəyyənləşdirmək lazımdır. Əsas odur ki, sülh və inkişafı təmin edək. O cümlədən Ermənistan iqtisadiyyatı, çünki kommunikasiyaların açılması Ermənistan üçün də sərfəlidir. Ermənistan bizim strateji müttəfiqimizdir. Çox ümid edirəm ki, üçtərəfli görüş zamanı müəyyən razılaşmalar əldə olunacaq”,- deyə Putin bildirib. Paşinyan isə bəyan edib ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin qurulması üçün Rusiyanın Qarabağla bağlı təklif etdiyi yanaşma rəsmi İrəvan üçün məqbuldur. 
 
 
 
 
31-10-2022, 20:12
  Kəlbəcərdə əsir düşdüyü ehtimal edilən qadının qalıqları tapıldıOktyabrın 27-də Kəlbəcər rayonu Zallar kəndi ərazisində insan skeletinin hissələrinə məxsus olan  eroziyaya uğramış sümük, eləcə də qadına məxsusluğu ehtimal edilən geyim əşyalarının fraqmentlərinin aşkar edilməsi ilə bağlı Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Baş Prokurorluqdan verilən məlumatda bildirilib. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, aşkar edilmiş sümük və geyim əşyalarının fraqmentləri müvafiq formada qablaşdırlaraq ekspertiza aparılması məqsədilə götürülüb. Aşkar edilmiş sümük və geyim əşyalarının Kəlbəcər rayonun Ermənistan tərəfindən işğalı zamanı əsir düşərək işgəncə ilə öldürülmüş şəxsə məxsus olması ehtimal edilir. Hazırda  araşdırma davam etdirilir. 
 
 
 
 
31-10-2022, 13:45
  İlham Əliyev Soçiyə getdiOktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərə gedib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 
 
 
 
 
31-10-2022, 13:39
  Sabahın havası - Yağış, qar yağacaq...Noyabrın ilk günü Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək. Havanın temperaturu gecə 11-13° isti, gündüz 14-16° isti, Bakıda gecə 11-13° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 16-21° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-9° isti olacaq. 
 
 
 
 
31-10-2022, 13:37
  Azad edilən ərazilərdə daha 146 mina aşkarlanıbAzad edilən ərazilərdə daha 146 mina aşkarlanıb
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 146 mina aşkarlayıb. ANAMA-dan verilən məlumata görə, oktyabrın 24-dən 29-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 49, tank əleyhinə 97 mina və 398 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 350 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. 
 
 
 
 
31-10-2022, 13:34
  Azərbaycan İsraildə səfirlik açacaqAzərbaycan yaxın vaxtlarda İsraildə səfirlik aça bilər. Bu barədə İsrailin Dövlət Radio və Televiziyası məlumat yayıb. Bildirilir ki, bütün gecikmələr əsasən texniki məsələlərlə bağlıdır. İsrail KİV-ləri yüksək rütbəli rəsmi şəxslərə istinadən bildirib ki, Bakı və Tel-Əviv səfirliyinin açılması ilə bağlı intensiv danışıqlar aparır. “İki ölkə arasında diplomatik əlaqələr 30 ildir ki, mövcuddur, lakin Azərbaycan hələ də səfirlik açmayıb, baxmayaraq ki, İsraillə Azərbaycan arasında münasibətlər əladır”, - deyə məlumatda bildirilib. Xatırladaq ki, oktyabrın əvvəlində İsrailin müdafiə naziri Benni Qantz Bakıda olub və səfər strateji əməkdaşlığı genişləndirmək niyyəti kimi təqdim edilib. 
 
 
 
 
30-10-2022, 19:22
  "Sədərək" ticarət mərkəzində yanğınBakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində yanğın baş verib. Bu barədə FHN-dən bildirilib. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. 
 
 
 
 
30-10-2022, 19:20
  “Qarabağ” rəqibini darmadağın etdi - Ardıcıl 11-ci qələbəFutbol üzrə Azərbaycan Premyer Liqasında XII turun daha bir oyunu keçirilib. 
Butov.az xəbər verir ki, günün ilk matçında "Şamaxı" komandası "Qarabağ"ı qəbul edib. Şamaxı şəhər stadionunda təşkil olunan görüş qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları 51 və 90+3-cü dəqiqələrdə Musa Qurbanlı, 56-cı dəqiqədə Elvin Cəfərquliyev və 90+5-ci dəqiqədə Cəlal Hüseynov (avtoqol) vurub. Ardıcıl 11-ci qələbəsini qazanan Ağdam klubu 33 xalla liderliyini davam etdirir. 4 xalı olan "Şamaxı" isə 9-cu pillədə qərarlaşıb. 
 
 
 
 
30-10-2022, 19:12
  “Qarabağ”da ciddi itki"Qarabağ" klubu Şamaxıda eyniadlı komandaya qarşı keçirdiyi Azərbaycan Premyer Liqasının XII tur oyununda ciddi itki ilə üzləşib. 
Butov.az-ın məlumatına görə, "köhlən atlar"ın yarmmüdafiəçisi Filip Ozobiç zədələnib. Ayağından zədələnən 30 yaşlı futbolçu matçı davam etdirə bilməyib. Təcrübəli oyunçunun yerinə meydana 19-cu dəqiqədə Nəriman Axundzadə daxil olub. Qeyd edək ki,  Ağdam klubu bu oyundan sonra UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda Almaniya "Frayburq"unu qəbul edəcək. Noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. 
 
 
 
 
30-10-2022, 14:58
  İlham Əliyev koreyalı həmkarına başsağlığı verdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Koreya Respublikasının Prezidenti Yun Sok Yola başsağlığı verib. 
Butov.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:"Hörmətli cənab Prezident, Seul şəhərində yaranmış izdiham nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi olduqca kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Koreya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm". Xatırladaq ki, oktyabrın 29-da Cənubi Koreyanın paytaxtı Seulda Hellouin bayramının qeyd edilməsi zamanı şəhərin mərkəzindəki İtxevonda baş verən izdiham nəticəsində 19-u əcnəbi olmaqla 151 nəfər ölüb.