“TARİXÇEYİ-NÖVRƏS” ORXAN İSAYEVİN TƏQDİMATINDA .....                        Oxumadan "Prava" almaq istəyənlərə XƏBƏRDARLIQ .....                        Bayraktar: Normallaşma Ermənistanla əməkdaşlığı gücləndirəcək .....                        Azərbaycanda ticarət mərkəzində dava .....                        Nərimanovda yaşayış binasında yanğın .....                        Təcili İranı tərk edin! - ÇAĞIRIŞ .....                        Yardımlıda ATIŞMA: Nə baş verir? .....                        Tramp İrana zərbə ehtimalını nəzərdən keçirir .....                        "Qarabağ" Nigeriyada bəyəndiyi iki oyunçunu Azərbaycana gətirir .....                       
Tarix : 3-07-2023, 11:38
BSU-nun rektoru tələbələrin 30 faiz artacağını bildirdi


BSU-nun rektoru tələbələrin 30 faiz artacağını bildirdi

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev 2023/2024-cü tədris ilində universitetdə balkanistika ixtisasının açılacağını, bu istiqamətdə tədrisi həyata keçirmək üçün müvafiq işlərin görüldüyünü bildirib. Sözügedən ixtisasın balkanşünaslıq istiqamətində yeni gənc mütəxəssislərin hazırlanmasına, eyni zamanda, gələcəkdə həmin məzunların tədris prosesinə cəlb olunmasına imkan yaradılacağını vurğulayıb. Anar Nağıyev yeni tədris ilində Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti, Özbəkistanın Daşkənd Dövlət Pedaqoji Universiteti ilə BSU-nun birgə üçlü layihənin həyata keçirilməsinin nəzərdə tutulduğunu deyib. Polşa Ali Təhsil Agentliyinin xətti ilə müəllim mübadiləsi üzrə mövcud müqavilədən söz açan rektor bu ilin oktyabrından Polşadan iki müəllimin universitetə gələcəyini deyib. O, həmçinin qeyd edib ki, Polşanın və Bolqarıstanın tərəfdaş universitetləri ilə tələbə mübadiləsi həyata keçirilir. Keçən tədris ilində iki tələbə Polşada təhsil alıb. O, qeyd edib ki, bu il beş tələbə və iki müəllimin Bolqarıstanda yay məktəbində iştirakı nəzərdə tutulub. BSU-da 100-ə yaxın əcnəbi tələbənin təhsil aldığını deyən Anar Nağıyev bu kontingentin Türkiyə, Rusiya, Belarus, Macarıstan və digər ölkələri əhatə etdiyini bildirib. Rektor Polşa, Şimali Makedoniya, Çexiya, Bolqarıstan universitetləri ilə ikili diplom proqramları üzrə işlərin həyata keçirildiyini diqqətə çatdırıb. Eyni zamanda, o, qeyd edib ki, bu günlərdə Türkiyənin Türk-Alman Univeristeti ilə əməkdaşlıq müqaviləsi bağlanıb. 2023/2024-cü tədris ili üçün qəbul aparılan yeni ixtisaslara toxunan rektor deyib ki, keçən il bakalavriat səviyyəsinə iki yeni ixtisasa – “Psixologiya” və “Korreksiyaedici təlim” ixtisasına qəbul aparılıb. Bu il isə bakalavriat səviyyəsinə dörd yeni ixtisasa - "Politologiya", “Tarix müəllimliyi”, "Tərcümə" (rus dili-türk dili), "Filologiya" (türk dili və ədəbiyyatı) ixtisaslarına, magistratura səviyyəsinə isə “Menecment” (təhsil sahəsi üzrə) ixtisasına qəbul aparılır. Keçən ilki qəbulda plan yerlərinin dolduğunu bildirən Anar Nağıyev bu il daha yüksək nəticənin gözlənildiyini bildirib. “Bu il təxminən 30 faizədək yeni qəbul gözləyirik. Yeni ixtisaslara qəbul aparıldıqdan sonra BSU-nun tələbə kontingentinin sayının artacağı gözlənilir”- deyə o, qeyd edib.


Paylaş



Bölmə: Təhsil / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!