Dövlət müstəqilliyinin təməli hüquq və ədalətdir .....                        Xəzər dənizindən qum-çınqıl oğurlayanlar saxlanıldılar .....                        HƏMAS bu şərtlə tərksilaha razıdır .....                        Rusiya Peçenej su anbarının bəndinə zərbə endirdi .....                        Merz: Almaniya həmişə İsrailin təhlükəsizliyini müdafiə edəcək .....                        Benində dövlət çevrilişinə cəhdin qarşısı alınıb - YENİLƏNİB .....                        Rusiya Ukraynaya hücum edib - ölənlər var .....                        Dünyada yeni müharibə ocağı – təhlükə artır .....                        İrandan ABŞ-yə ŞƏRTLƏR .....                       
30-11-2022, 19:11
Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq müzakirə edildi


Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq müzakirə edildi

Noyabrın 30-da Azərbaycan müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan Özbəkistan müdafiə nazirinin müavini - Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri komandanı general-mayor Əhməd Burxanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. General-leytenant R.Tahirov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib, Azərbaycan ilə Özbəkistan arasında digər istiqamətlərdə olduğu kimi hərbi aviasiya və hava hücumundan müdafiə sahələrində də əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən general-mayor Ə.Burxanov dövlətlər arasında müsbət əlaqələrin hər iki ölkənin Hərbi Hava Qüvvələrinin inkişafına töhfə verəcəyini xüsusi qeyd edilib. Görüşdə Azərbaycan və Özbəkistan HHQ arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub. Sonda nümayəndə heyəti Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsinə gələrək burada görülən işlərlə tanış olub.
30-11-2022, 19:09
“Sahil bağı” ətrafındakı velosiped zolağı ilə bağlı açıqlama


“Sahil bağı” ətrafındakı velosiped zolağı ilə bağlı açıqlama

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) şəhərin mərkəzi küçələrini Dənizkənarı Milli Parkla əlaqələndirən yolun “Sahil bağı” ətrafından keçən hissəsində velosiped zolağının inşası ilə bağlı açıqlama verib. Şirkətdən verilən xəbərə görə, bu küçələrdə təhlükəsizlik hasarının özək konstruksiyası 2016-cı ildən etibarən quraşdırılıb. Formula-1 Azərbaycan Qran Prisinin keçirilmədiyi müddətdə bu özək konstruksiya piyadaların hərəkətinə mane olmamaq üçün asfalt örtüyünün altında qalır və üzəri xüsusi qoruyucu ilə bağlanır. Velosiped zolağının çəkilməsindən öncə BŞH piyada və ya velosipedlərin hərəkətinə mane olmaması üçün bu özəklərin yerinin dəyişdirilməsini və ya velosiped zolağının özəklərdən kənarda salınmasının vacibliyini Bakı Nəqliyyat Agentliyinə bildirib. Yaranmış narahatlığın həlli üçün Bakı Nəqliyyət Agentliyi ilə razılaşdırılaraq müvafiq tədbirlər görüləcək.
30-11-2022, 19:06
Prezident yol tikintisinə pul ayırdı


Prezident yol tikintisinə pul ayırdı

Prezident İlham Əliyev Cəlilabad rayonunun Abazallı–Təklə–Şorbaçı–Mədətli–Novruzallı–Məmmədrzalı–Məşədilər–Dostallı–Şötüklü–Boyxanlı–Məlikqasımlı və Şiləvəngə–Adnalı–Bədirli avtomobil yollarının tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Sərəncamla on dörd min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirən Abazallı–Təklə–Şorbaçı–Mədətli–Novruzallı–Məmmədrzalı–Məşədilər–Dostallı–Şötüklü–Boyxanlı–Məlikqasımlı və Şiləvəngə–Adnalı–Bədirli avtomobil yollarının tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğdən 7,0 (yeddi) milyon manat və 1.26.23-cü yarımbəndində göstərilmiş 10,2 milyon (on milyon iki yüz min) manat olmaqla ümumilikdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 17,2 milyon (on yeddi milyon iki yüz min) manat ayrılıb.
30-11-2022, 17:59
Narkomaniya və zərərli vərdişlərə qarşı tədbir

2 saylı Tibb Kollecində Narkomaniya və zərərli vərdişlərə qarşı tədbir keçirilib.

Butov.az-a xəbər verir ki, "Miqrasiya Sahəsinin İnkişafı" İctimai Birliyi tərəfindən, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra edilən layihə çərçivəsində, 2saylı Bakı Baza Tibb Kollecində maarifləndirmə tədbiri keçirilib.
Layihə rəhbəri Vidadi Fətullayev çıxışında, Azərbaycan Prezidentinin imzaladığı və 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı haqqında
məlumat verdi, narkomaniya və zərərli vərdişlərə qarşı mübarizə və maarifləndirmə işlərində dövlət qurumları ilə yanaşı ictimaiyyətin də fəal rol almasının vacib olduğunu qeyd etdi və gəncləri, Azərbaycan Prezidenti Cənab İlham Əliyevin bu il Gənclər Günündə verdiyi dəyərli tövsiyyələrə əməl etməyə, narkomaniya bəlasına və zərərli vərdişlərə qarşı birlikdə mübarizə aparmağa çağırdı.

Bakı Narkoloji Mərkəzinin psixoloq-həkimi Günay Babayeva, slaydlarla "Narkotik asılılığın psixoloji təsirləri" barədə ətraflı
çıxış etdi və tələbələri maraqlandıran çoxsaylı sualları cavablandırdı.
Maarifləndirici buklet və kitabçaların paylandığı tədbirdə çıxış edən Kollec müəllimləri və tələbələr, mövzu barədə fikirlərini bildirdilər və tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirdilər.



Vidadi Fətullayev
"Miqrasiya Sahəsinin İnkişafı"ictimai birliyinin sədri

30-11-2022, 14:50
İranda azərbaycanlı qadınlar təzyiqlə üzləşirlər


İranda azərbaycanlı qadınlar təzyiqlə üzləşirlər

“İranda bizim ana dilimizə qarşı ayrı-seçkilik var. Axı biz də bir millətik. İndiki münasibət bizi təhqir etməkdir”. Bunu etnik məsələlər və qadın hüquqları üzrə aktivist, “Ərk” insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi Jalə Təbrizli noyabrın 30-da Topçubaşov mərkəzi tərəfindən təşkil olunmuş “Urmu gölünün harayı” adlı tədbirdə deyib. Onun sözlərinə görə, xüsusən də azərbaycalı qadınlar İranda zülmə məruz qalırlar: “İranda qadın hüquqları tanınmır. Azərbaycan qadınları orada təzyiqlərlə üzləşirlər. Bizim uşaqlarımız ana dilində təhsil ala bilmirlər”.
30-11-2022, 14:44
Laçın artıq bizimdir...


Laçın artıq bizimdir...

Hər il Azərbaycan xalqı may ayının 18-ni Laçının işğal günü kimi qeyd edirdi. Bu gün artıq Laçın bizimdir, biz Laçına qayıtmışıq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı 10 noyabr tarixli bəyanata əsasən, Laçın rayonu dekabrın 1-də Azərbaycana təhvil verildi. Hələ noyabrın 9-u Müzəffər Azərbaycan Ordusu böyük qəhrəmanlıq nümayiş etdirərək Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndlərini işğaldan azad etmişdi. Laçın rayonu Azərbaycanın tarixi abidələrlə zəngin, füsunkar təbiətə malik bölgələrindən biridir. Digər rayonlarımız kimi, Laçının da bütün tarixi abidələrini ermənilər vəhşicəsinə dağıdaraq talan ediblər. Beynəlxalq hüququ pozaraq burada məskunlaşdırma siyasəti həyata keçiriblər. İşğal nəticəsində 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi işğalçılar tərəfindən talan və məhv edilib. Rayonun əhalisi 79.1 min nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçında böyük quruculuq və abadlıq işləri həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. 2025-ci ildə bu Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Laçın rayonunun Qorçu kəndinin ərazisində inşa ediləcək hava limanı bir neçə mühüm amili özündə birləşdirir. Burada aeroportun tikilməsi olduqca əhəmiyyətlidir və ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcəyi ilə yanaşı, turizm potensialının artırılmasına da səbəb olacaq. Tezliklə Laçın Azərbaycanın ən gözəl bölgələrindən birinə çevriləcək və laçınlılar o gözəl torpaqlarda yeni həyata başlayacaqlar.

Ceyhun Məmmədov-Milli Məclisin deputatı
30-11-2022, 14:41
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Dekabrın 1-nə olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 7-9° isti olacaq. Bakıda gecə və gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam əksər rayonlarda tədricən kəsiləcək. Gecə və səhər saatlarında duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-11° isti, dağlarda gecə 3-7° şaxta, gündüz 0-3° şaxta olacaq.
29-11-2022, 21:19
Ermənistan 8 kəndi hələ də işğal altında saxlayır - XİN


Ermənistan 8 kəndi hələ də işğal altında saxlayır - XİN

“Cari ilin sentyabr ayında delimitasiya olunmamış sərhəddə Ermənistan tərəfinin mina basdırması və hərbi mövqelərimizə qarşı təxribat törətməsi nəticəsində baş vermiş toqquşma nəticəsində Azərbaycanın guya Ermənistan ərazilərini işğal etməsi iddiasının heç bir əsası yoxdur”. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın 28 noyabr 2022-ci il tarixində “Armenpress” xəbər agentliyinə müsahibəsi zamanı səsləndirdiyi iddialarla bağlı şərhində bildirilib. “30 ilə yaxın bir dövrdə Azərbaycan ərazilərini işğal altında saxlayan, Azərbaycanın 8 kəndini hələ də işğal edən, qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmayan, hərbi təxribatlarını və mina təhdidlərini davam etdirən Ermənistanın Azərbaycanı delimitasiya edilməmiş sərhəddə hər hansı mövqe tutmaqda və bununla komissiyanın işinə maneçilik törətməkdə təqsirləndirməsi heç bir məntiqə sığmır. 2020-ci il Vətən müharibəsindən sonra ölkəmizin Ermənistanla sərhədlərin delimitasiya olunması təklifinə uzun müddət heç bir cavab verməyən tərəfin məhz Ermənistan olduğu da unudulmamalıdır” - A.Hacızadə qeyd edib.
29-11-2022, 20:59
Şabran və Qubada yanan meşələr bərpa olunur


Şabran və Qubada yanan meşələr bərpa olunur

Yay aylarında yanğına məruz qalmış ərazilərin bərpası məqsədilə növbəti meşəbərpa tədbirləri bu gün Şabran və Quba rayonlarının meşə fondu torpaqlarında keçirilib. Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev bildirib ki, əkinə hazır vəziyyətə gətirilmiş meşə ərazilərində ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin və Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşlarının iştirakı ilə ümumilikdə 5 hektar sahədə ağac əkini və toxum səpini işləri aparılıb: “Ölkə ərazisinin yanğına məruz qalmış meşə fondu torpaqlarında bərpa tədbirləri payız əkin mövsümünün sonunadək davam edəcək”.




29-11-2022, 20:45
Bu şəxslər valideynlik hüququndan məhrum ediləcək


Bu şəxslər valideynlik hüququndan məhrum ediləcək

Valideynlər (onlardan biri) uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə valideynlik hüququndan məhrum ediləcək. Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Həmçinin, dəyişikliyə əsasən, 14 yaşına çatmayan şəxslərə qarşı zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olanlar 20 ilədək azadlıqdan məhrum ediləcək. Dəyişiklikər müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!