Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
12-07-2023, 19:17
Laçın və Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu


Laçın və Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

Azərbaycan Ordusunun Laçın və Kəlbəcərdəki mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Belə ki, iyulun 12-si saat 13:50-dən 17:00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Qızılcıq və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Minkənd və Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.
12-07-2023, 17:36
Sahibə Qafarova türkiyəli həmkarıyla danışıqlar apardı


Sahibə Qafarova türkiyəli həmkarıyla danışıqlar apardı

İyulun 12-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Əvvəlcə, iki qardaş ölkənin parlament sədrləri arasında təkbətək görüş olub. Sonra TBMM-in sədri Heydər Əliyev xatirə zalındakı eksponatlarla tanış olaraq, buradakı Xatirə kitabına ürək sözlərini yazıb. Daha sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.
Parlamentdən verilən məlumata görə, Spiker Sahibə Qafarova Türkiyə nümayəndə heyətini Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirərək, TBMM sədrini bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib, Türkiyədə keçirilmiş seçkilərdə cənab Rəcəb Tayyib Ərdoğanın yenidən dövlət başçısı seçilməsinin Azərbaycanda da sevinclə qarşılandığını qeyd edib.
Milli Məclisin sədri bildirib ki, bu seçkilərdə Milli Məclisin deputatları da müşahidəçi qismində təmsil olunublar.
Spiker vurğulayıb ki, dövlət başçılarımızın şəxsi dostluq münasibətləri Azərbaycan və Türkiyə qardaşlığının, birliyinin və strateji müttəfiqliyinin bugünkü yüksək səviyyəyə çatmasında mühüm rol oynayır. Sahibə Qafarova Vətən müharibəsindən sonra dost və qardaş ölkələrimizin dövlət başçıları tərəfindən Şuşa Bəyannaməsinin imzalandığını xatırladaraq, deyib ki, bu sənədin imzalanması ilə bütün dünya bir daha Azərbaycan-Türkiyə qardaşlığının şahidi oldu.
Milli Məclisin sədri dövlətlərimizin və xalqlarımızın xoş gündə də, çətin gündə də bir-birinin yanında olduğunu qeyd edərək, Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycan dövlətinin və xalqının Türkiyəyə öz qardaş dəstəyini göstərməklə bunu bir daha sübut etdiyini diqqətə çatdırıb.
2023-cü ilin Azərbaycanda “Heydər Əliyev ili” elan edildiyini xatırladan Milli Məclisin sədri, həmin vaxt Türkiyədə seçki dövrü olmasına baxmayaraq, parlamentin may ayında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş iclasında Türkiyə nümayəndə heyətinin iştirak etməsini yüksək dəyərləndirib.
Spiker deyib ki, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, parlamentlərimiz arasında da geniş əlaqələr qurulub. Qanunverici orqanlarımız həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir. Parlamentlərimizin komitələri, dostluq qrupları arasında da sıx əlaqələr mövcuddur. İnanırıq ki, bu ilin aprel ayında Azərbaycan Milli Məclisi ilə Türkiyə Böyük Millət Məclisi arasında imzalanmış Əməkdaşlıq haqqında Saziş münasibətlərimizin inkişafına öz töhfəsini verəcəkdir. Bu saziş Şuşa Bəyannaməsinin parlamentlərarası əməkdaşlığa dair bəndinin həyata keçirilməsi və Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin parlament səviyyəsində də əks etdirilməsi baxımından mühüm bir mexanizmdir. Görüşdə spiker Sahibə Qafarova işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, sülh prosesinin gedişi barədə də məlumat verib. O, Ermənistanın mövcud reallıqları nəzərə alacağına və Azərbaycanın sülh təşəbbüsünü dəyərləndirəcəyinə inamını ifadə edib. Azərbaycana TBMM sədri kimi ilk səfərindən məmnunluğunu bildirən Numan Kurtulmuş qardaş Azərbaycan dövlətinin və xalqının mühüm bir tarixi dövr yaşadığını diqqətə çatdırıb. O, bildirib ki, Azərbaycanın öz torpaqlarını 30 illik işğaldan azad etməsi tarixi zəfərdir və Cənubi Qafqaz regionunda bu ölkənin gücünün göstəricisidir. Numan Kurtulmuş qeyd edib ki, bu gün Türkiyə də mühüm hədəflərə doğru irəliləməkdədir və 100 ildə böyük inkişaf yolu keçib. TBMM sədri bu ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələ zamanı Azərbaycan dövlətinin və xalqının hər zaman olduğu kimi, Türkiyəyə qardaş dəstəyini yüksək qiymətləndirib. Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb. Görüşdən sonra nümayəndə heyətləri xatirə şəkli çəkdiriblər.





12-07-2023, 15:03
Taksi xidmətində bahalaşma müşahidə olunub


Taksi xidmətində bahalaşma müşahidə olunub

2023-cü ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin iyun ayına nisbətən 109,8 faiz təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. İyun ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən bahalaşma əsasən taksi nəqliyyatı ilə şəhərdaxili sərnişindaşıma və minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi xidmətlərinin qiymətlərində, ucuzlaşma isə respublikadan kənara istirahət turlarının qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
12-07-2023, 14:54
III Avropa Oyunlarında yüksək nəticə göstərmiş idmançıları mükafatlandırıldı


III Avropa Oyunlarında yüksək nəticə göstərmiş idmançıları mükafatlandırıldı

Prezident İlham Əliyev Polşanın Krakov şəhərində keçirilən III Avropa Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikası idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən III Avropa Oyunlarında ən yüksək nəticələr göstərmiş idmançıların, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 900 min manat vəsait ayrılıb.
Sərəncama görə, Gənclər və İdman Nazirliyi idmançılar arasında rəqabətin səviyyəsi, yarışların çətinlik dərəcəsi, ən yüksək nəticələrə görə medalların sayı nəzərə alınmaqla idmançıların, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünə, habelə vəsaitin idmançılara hissə-hissə ödənilməsinə dair qaydanı on beş gün müddətində hazırlayıb təsdiqləməlidir. Eyni zamanda, Gənclər və İdman Nazirliyi ayrılmış vəsaitin nəzərdə tutulmuş qaydaya uyğun olaraq hər bir idmançıya ödənilməsini təşkil etməli, Maliyyə Nazirliyi isə maliyyələşməni təmin etməlidir.
12-07-2023, 14:22
UEFA “Qarabağ” klubuna ödəniş etdi


UEFA “Qarabağ” klubuna ödəniş etdi

UEFA növbəti dəfə "Qarabağ" klubuna ödəniş edib. Avropa futbol qurumu ötən mövsüm Konfrans Liqasının pley-offunda iştiraka görə "köhlən atlar"a 27.943 (iyirmi yeddi min doqquz yüz qırx üç) avro maliyyə vəsaiti ayırıb. Məbləğ milli assosiasiyanın vasitəçiliyi ilə Ağdam təmsilçisinin hesabına köçürülüb.
12-07-2023, 12:10
Ermənistan sabit sülh sazişinin imzalanmasında maraqlıdır - Qriqoryan


Ermənistan sabit sülh sazişinin imzalanmasında maraqlıdır - Qriqoryan

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hesab edir ki, Ermənistan və Amerika Birləşmiş Ştatları arasında münasibətləri intensivləşdirmək və dərinləşdirmək üçün əla fürsət var. Bu barədə ABŞ-da işgüzar səfərdə olan Armen Qriqoryan "Amerikanın Səsi"nə müsahibəsində bildirib. "ABŞ-ın regionda demokratiyaya marağı belə əməkdaşlıq üçün geniş meydan açır. Təhlükəsizlik, enerji və iqtisadiyyat bizim müzakirə etdiyimiz və əməkdaşlığımızı necə genişləndirə biləcəyimizi görmək üçün növbəti iki gün ərzində müzakirə edəcəyimiz gündəm bəndləridir", - o qeyd edib. Qriqoryan Ermənistanla Azərbaycan arasında aparılan danışıqlarda bir çox məsələlərin hələ də həll olunmadığını bəyan edib. "Ermənistan sabit sülh sazişinin tezliklə imzalanması üçün imkan yaratmaqda maraqlıdır, çünki regionda sabitlik və sülh Ermənistanın suverenliyinə və müstəqilliyinə kömək edəcək və ölkənin demokratiyasını qoruyacaq", - Qriqoryan deyib.
12-07-2023, 11:24
Türkiyə spikeri Bakıya gəlişinin səbəbini açıqladı


Türkiyə spikeri Bakıya gəlişinin səbəbini açıqladı

Bu gün qardaş ölkəmiz Azərbaycandayıq. Türkiyədə fəaliyyətə başlayan rəsmi şəxslərin etdiyi kimi, ilk rəsmi səfərimizi Şimali Kiprə və Azərbaycana etdik. Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Bakıda jurnalistlərə açıqlamasında deyib. Spiker Azərbaycanın Türkiyə üçün qardaş ölkə və yaxın müttəfiq olduğunu bildirib: "Azərbaycan bizim üçün Cənubi Qafqazda müttəfiq ölkələrdən biridir. Azərbaycanın güclü olması Türkiyənin güclü olması deməkdir. Bundan başqa biz təkcə Azərbaycanla deyil, digər Türk dövlətləri ilə də əlaqələri gücləndirməyi düşünürük. Bu gün Türkiyə xarici siyasətdə, iqtisadiyyatda və digər sahələrdə əməkdaşlığa daha çox diqqət yetirir". Kurtulmuş Türkiyənin xarici siyasətindən və Prezident Rəcəb Tayyib Ərdoğanın NATO sammitində iştirakından da söz açıb.
"Cənab Prezident Ərdoğan Vilnüsdə NATO samimitində iştirak edərkən bizim burada olmağımızın səbəbi var. Bunun səbəbi Türkiyənin Türk dövlətləri ilə əlaqələrini yüksək səviyyədə davam etdirdiyini göstərməkdir. Bundan sonra da əsas hədəflərimiz Türk dünyasının siyasətini dünyada tanıtmaqdır. Bakıya səfərimizin Türk dünyasına böyük töhfə verəcəyini düşünürük", - deyə spiker qeyd edib.
O vurğulayıb ki, TBMM heyətinin Azərbaycana səfəri mühüm əhəmiyyət daşıyır: “Türkiyə türk dövlətləri ilə olan münasibətləri çox əhəmiyyətli hesab edir, eyni zamanda Azərbaycanla. Bir qədər sonra Prezident İlham Əliyevlə, Milli Məclisin sədri və Baş nazirlə görüşəcəyik. Bugünkü görüşlərimiz olduqca əhəmiyyətlidir”.
"Önümüzdəki Türkiyə yüz ili üçün Türkiyənin əsas hədəflərindən biri də Türk dövlətləri ilə ortaq əməkdaşlığı genişləndirməkdir. Bizim əsas məqsədimiz Türk siyasətinin dünya siyasətində önəmli yer tutmasına nail olmaqdır", - deyə Kurtulmuş əlavə edib.
12-07-2023, 11:08
Türkiyə spikeri Şəhidlər xiyabanına ziyarət etdi


Türkiyə spikeri Şəhidlər xiyabanını ziyarət etdi

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 12-də Şəhidlər xiyabanını ziyarət edib. Qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüblər. Həmçinin “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub. Sonra Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə ziyarət edilib, önünə əklil qoyulub, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzülüb.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.


11-07-2023, 22:52
Yeni təyin olunmuş Türkiyə spiker Azərbaycana gəldi


Yeni təyin olunmuş Türkiyə spiker Azərbaycana gəldi

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda fəxri qarovul dəstəsi düzülüb.
Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşu hava limanında Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov və digər rəsmi şəxslər qarşılayıblar.
11-07-2023, 22:29
Ermənilərdən növbəti təxribat - Ordumuz cavab atəşi ilə susdurdu


Ermənilərdən növbəti təxribat - Ordumuz cavab atəşi ilə susdurdu

İyulun 11-i saat 19:00-dan 19:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.
Bundan başqa, saat 21:15-dən 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!