AAYDA sürücülərə müraciət etdi - DİQQƏTLİ OLUN .....                        Qurumlar Bibiheybət yolundakı sürüşmə ilə bağlı MƏLUMAT YAYDI .....                        Azərbaycanın 11 boksçusu beynəlxalq turnirin finalına yüksəldi .....                        "İrana müharibə dövrünün ən güclü zərbəsi endiriləcək" .....                        Əliyar Ağayevə cəza verildi .....                        Ermənistanda nazirlik binasında silahlı insident: Yaralanan var .....                        Sabah 18 kənddə işıq olmayacaq .....                        Fidan Əraqçi ilə danışdı .....                        Prezidentin Gürcüstan səfəri başa çatdı .....                       
Tarix : 24-06-2023, 18:33
4 nəfərin ölümünə səbəb olan şəxs ömürlük həbs edildi


4 nəfərin ölümünə səbəb olan şəxs ömürlük həbs edildi

Beyləqanın Tatarlı kəndində 4 nəfəri güllələməkdə ittiham olunan Fuad Cəlilzadənin cinayət işi üzrə məhkəmə araşdırması bitib. Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Hakim Əli Əliyevin sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə F.Cəlilzadə ömürlük azadlıqdan məhrum edilib. Hökmdə deyilir ki, ittiham olunan şəxs təyin olunmuş cəzanı həbsxanada çəkməlidir. Hökmdən əvvəl müdafiə tərəfi təqsirləndirilən şəxsin ailə vəziyyətini, yaşını nəzərə alaraq nisbətən yüngül cəza təyin edilməsini xahiş edib. Prokuror əvvəlki mövqeyində qaldığını, müttəhimin ömürlük məhkum edilməsinin qanunauyğun olduğunu deyib.
Qeyd edək k, hadisə ötən ilin dekabr ayında baş verib. 27 yaşlı F.Cəlilzadə aralarında olan ədavətə görə, qonşuları Nadir Quliyev, həyat yoldaşı Tərgül Quliyevanı yaşadıqları evin həyətində, oğlanları Amin və Xəyal Quluzadələri isə qəbiristanlıqda odlu silahla güllələmişdi. Məlumata görə, Fuadın atası Loğman Cəlilov 2009-cu ildə münaqişə zəminində Nadir Quliyevə yaba ilə ağır xəsarət yetirib. N.Quliyevin şikayətçi olması ilə məhkəmə ona 6 il yarım həbs cəzası verib. O, həbsxanadan çıxdıqdan sonra qonşu ailələr arasında münasibətlər daha da pisləşib və mütəmadi olaraq dava edirlərmiş. Hadisədən bir müddət sonra F.Cəlilzadənin atası L. Cəlilov özünü asaraq intihar edib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!