Milyardlarla dollar ziyan: Ukraynanın enerji sektoruna ağır zərbə .....                        Fransada gözəllik salonuna qumbara atılıb - Yaralananlar var .....                        Ekrem İmamoğlunun qaynı həbs edilib .....                        Yolumuzu gözləyən var... .....                        Sabiq nazir müavininin meyiti tapıldı .....                        Bakıda şagird reanimasiyaya yerləşdirildi .....                        ABŞ İrana qarşı hərəkətə keçdi .....                        Masallıda ağır qəza - Ölən var .....                        Prezident Saleh Məmmədovu işdən çıxardı - YENİ TƏYİNAT .....                       
22-03-2023, 23:24
Oqtay Əliyevin dünyasını dəyişdiyi qəzayla bağlı cinayət işi açılıb


Oqtay Əliyevin dünyasını dəyişdiyi qəzayla bağlı cinayət işi açılıb

Azərbaycanın Əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevin öldüyü, həyat yoldaşı, Əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəkinin xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Məlumata görə, faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, istintaq aparılır. Xatırladaq ki, martın 22-də Abşeron rayonunda qeydə alınan yol-nəqliyyat hadisəsi zamanı Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev dünyasını dəyişib. Qəza nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, Əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.
22-03-2023, 23:06
Oqtay Əliyevin dünyasını dəyişdiyi qəzanın səbəbi müəyyənləşdi


Oqtay Əliyevin dünyasını dəyişdiyi qəzanın səbəbi müəyyənləşdi

Bu gün saat 18:15 radələrində Abşeron rayonu Saray qəsəbəsi ərazisində Oqtay Əliyevin idarə etdiyi "Lexus" markalı, 10-LK-909 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Sürücü O.Əliyev hadisə yerində dünyasını dəyişib, avtomobildə olan sərnişin Mehriban Zəki Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub. Ona zəruri tibbi xidmətlər göstərilib, hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Hadisə nəticəsində xəsarət alan digər sərnişin Dilarə Əliyevaya yerində ilkin tibbi yardım göstərilib, Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə edilib. İlkin məlumata görə, hadisəyə səbəb Oqtay Əliyevin sükan arxasında qəfil ürəyi tutması nəticəsində idarəetməni itirməsi olub.



22-03-2023, 22:33
Dəhşətli yol qəzasında “SOY” prodakşının rəhbəri dünyasını dəyişdi


Dəhşətli yol qəzasında “SOY” prodakşının rəhbəri dünyasını dəyişdi

Xalq artisti Mehriban Zəki, Əməkdar artist Dilarə Əliyeva və onun həyat yoldaşı, “SOY” prodakşının rəhbəri Oqtay Əliyev yol qəzasına düşüblər. Hadisə Abşeron rayonu, Saray qəsəbəsində baş verib. Məlumata görə, Oqtay Əliyevin idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində O.Əliyev dünyasını dəyişib. Avtomobildə olan Mehriban Zəki yaralanıb, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.
22-03-2023, 22:07
“Qarabağ” Bakı Olimpiya Stadionunun mövcud vəziyyətini əks etdirən fotolar paylaşıb


“Qarabağ” Bakı Olimpiya Stadionunun mövcud vəziyyətini əks etdirən fotolar paylaşıb

“Qarabağ” Türkiyənin “Qalatasaray” klubuna qarşı keçirəcəyi xeyriyyə oyununun baş tutacağı Bakı Olimpiya Stadionunun (BOS) mövcud vəziyyətini əks etdirən fotolar paylaşıb. Ağdam təmsilçisinin sosial şəbəkə hesabında yerləşdirilən şəkillərdə arenanın ot örtüyünün ideal vəziyyətdə olduğu görünür. Klub stadionun qarşılaşmaya hazır olduğunu qeyd edib. Bundan başqa, bir daha matçdan əldə olunacaq gəlirin Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım üçün göndəriləcəyi qeyd edilib. Xatırladaq ki, BOS rəhbərliyi matçın xeyriyyə məqsədli olduğunu nəzərə alaraq, təşkilati işlər üçün "Qarabağ"dan heç bir məbləğ tələb etməyib.“Qarabağ” - “Qalatasaray” matçı martın 26-da saat 20:00-da start götürəcək.
22-03-2023, 21:42
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Azərbaycanda martın 23-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 7-10°, gündüz 14-19° isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunu, nisbi rütubət 50-60 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 17-22° isti, dağlarda gecə 0-5°, gündüz 5-10° isti olacağı gözlənilir.
21-03-2023, 23:45
Azərbaycan tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır


Azərbaycan tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır

Azərbaycan sülh gündəliyinə tam sadiqdir, Ermənistanla münasibətlərin normallaşdırılmasına və tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib. Belə ki, Azərbaycan son təklif və düzəlişlərinin olduğu sülh müqaviləsinin mətnini Ermənistan tərəfinə təqdim edib. Dövlət başçısı bildirib ki, ABŞ və şəxsən dövlət katibi Antoni Blinkenin bu istiqamətdə səylərini yüksək qiymətləndirir.
21-03-2023, 23:42
İlham Əliyev ABŞ-ın dövlət katibi ilə telefon danışığı aparıb


İlham Əliyev ABŞ-ın dövlət katibi ilə telefon danışığı aparıb

Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken martın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı əsnasında Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı vəziyyət müzakirə olunub. Dövlətimizin başçısı qeyd edib ki, ötən il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə buradan 4700-dən artıq nəqliyyat vasitəsinin, tibbi yardıma ehtiyacı olan şəxslərin və onları müşayiət edənlərin keçidi təmin olunub. Buna görə də bu yolun guya blokadada olması barədə məlumat Ermənistanın yalançı təbliğatıdır. Azərbaycan Prezidenti vurğulayıb ki, Ermənistanın Laçın yoluna köməkçi yoldan istifadə edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə qanunsuz hərbi daşımalar, şəxsi heyətin rotasiyasını həyata keçirməsi, habelə Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olması ciddi narahatlıq doğurur. Bu xüsusda dövlətimizin başçısı Azərbaycanın Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasının labüdlüyünü xüsusilə vurğulayıb. Prezident İlham Əliyev son həftələr ərzində Ermənistan tərəfinin Avropa İttifaqının bu ölkədəki missiyasının yerləşməsindən sui-istifadə edərək vəziyyəti qəsdən gərginləşdirmək istiqamətində siyasət yürütdüyünü, Azərbaycan-Ermənistan dövlət sərhədi boyu və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələri tərəfindən atəşkəsin intensiv şəkildə pozulması hallarının müşahidə olunduğunu diqqətə çatdırıb. Azərbaycan Prezidenti bu xüsusda 2023-cü il martın 5-də qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində 2 hərbi qulluqçumuzun şəhid olmasını və Novruz bayramı günü - martın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistanın növbəti təxribatı nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralandığını qeyd edib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan sülh gündəliyinə tam sadiqdir, Ermənistanla münasibətlərin normallaşdırılmasına və tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır və son təklif və düzəlişlərinin olduğu sülh müqaviləsinin mətnini Ermənistan tərəfinə təqdim edib. Dövlətimizin başçısı bildirib ki, ABŞ və şəxsən dövlət katibi Antoni Blinkenin bu istiqamətdə səylərini yüksək qiymətləndirir. Dövlət katibi Antoni Blinken bir daha vurğulayıb ki, ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün səylərini bundan sonra da davam etdirəcək. Dövlətimizin başçısı Münxendə keçirilmiş görüşün davamı olaraq Azərbaycanın Qarabağdan olan erməni sakinlərlə təmaslara hazır olduğunu və bu xüsusda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən reinteqrasiya üzrə təmasları davam etdirmək və infrastruktur layihələrini müzakirə etmək üçün onların Bakıya dəvət edildiyini də xatırladıb.
21-03-2023, 19:09
“Ağıllı Qarabağı tanıyaq” layihəsinə start verilir


“Ağıllı Qarabağı tanıyaq” layihəsinə start verilir

Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinin dəstəyi, “ARB Media Qrup”un tərəfdaşlığı ilə “Ağıllı Qarabağı tanıyaq” layihəsinə start verilir.
“İrəli” İctimai Birliyinin Mətbuat xidmətindən Butov.az-a bildirilib ki, layihənin əsas məqsədi gənclərin “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyaları haqqında məlumatlılığını təmin etmək, böyük qayıdış prosesində gənclərin rolunu daha da artırmaq, habelə dövlət tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərin cəmiyyət arasında təbliğində fəal iştirak etməkdir.
Layihə çərçivəsində bir sıra dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə gənclər üçün məlumatlandırma sessiyalarının keçirilməsi nəzərdə tutulur. Sessiya müddətində iştirakçılar “Ağıllı şəhər” və onun əsas komponentləri, bu sahədə dünya praktikası, “Ağıllı şəhər” və “Ağıllı kənd”lərin dayanıqlı inkişaf prosesində rolu, onun iqtisadi əhəmiyyəti və ölkəmizdə tədbiq olunan “Ağıllı kənd” konsepsiyası ilə yaxından tanış olaraq bu sahədə yeni biliklər əldə edəcəklər.
Həmçinin qeyd olunub ki, layihə Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsi çərçivəsində keçirilir. “Ağıllı Qarabağı tanıyaq” layihəsində iştirak etmək istəyən 16-29 yaş aralığında, məsuliyyətli və təşəbbüskar gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/smartkarabakh
21-03-2023, 16:32
Qaribaşvili azərbaycanlıları Novruz münasibətilə təbrik etdi


Qaribaşvili azərbaycanlıları Novruz münasibətilə təbrik etdi

Gürcüstanın baş naziri İrakli Qaribaşvili bu ölkədə kompakt yaşayan azərbaycanlıları Novruz bayramı münasibətilə təbrik edib. O, Marneuliyə səfəri zamanı bu barədə danışıb. "Hər kəsi bu gün münasibətilə təbrik edir, sülh, firavanlıq, daha çox bərəkət, sevinc, sabitlik arzulayıram. Azərbaycanlı həmvətənlərimizə, zəhmətkeş və ziyalı insanlara böyük hörmət və məhəbbətimi bəyan edirəm", - deyə Gürcüstan baş naziri vurğulayıb.
21-03-2023, 16:30
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Milli Hidrometeorologiya Xidməti qarşıdakı günlərdə bölgələrdə gözlənilən hava şəraitini açıqlayıb. Xidmətdən bildirilib ki, Qəbələ rayonunda bəzi yerlərdə az yağış yağacağı, 22-si səhər tədricən kəsiləcəyi, 22-də gündüz, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 16-19° isti olacaq. Şahdağda havanın arabir az yağıntılı olacağı, 22-si səhər tədricən kəsiləcəyi, 22-də gündüz, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 3-5° isti olacaq.İsmayıllı rayonunda arabir az yağış yağacağı, 22-si səhər tədricən kəsiləcəyi, 22-də gündüz, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Zəif şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5° isti, gündüz 15-18° isti olacaq. Lənkəran rayonunda arabir yağış yağacağı, 22-si səhər tədricən kəsiləcəyi, 22-də gündüz, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti olacaq. Şəki rayonunda arabir yağış yağacağı, 22-si gündüz tədricən kəsiləcəyi, 23-24-də hava şəraitinin sabit keçəcəyi, mülayim yaz havasının olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyinin sürəti 5-10 m/s təşkil edəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 15-19° isti olacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!