İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                       
Tarix : 18-06-2023, 15:15
Ərdoğan Şuşada Baş Konsulluq açmağa hazırdır


Ərdoğan Şuşada Baş Konsulluq açmağa hazırdır

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçildikdən sonra ikinci xarici rəsmi səfərini Azərbaycana edib. İyunun 13-14-də baş tutan səfər bir çox məqamla yadda qalıb. Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə baş turan səfər zamanı Ərdoğanı xanımı Əminə Ərdoğan, Türkiyənin yeni hökumətinin əsas üzvləri, ATA İttifaqının prezident seçkilərində namizədi olmuş Sinan Oğan və digər şəxslər müşayiət edib. Səfər zamanı Türkiyə Prezidenti iki ölkə arasında əlaqələr, yeni imkanlar, Zəngəzur dəhlizi, Şuşada Baş Konsulluğun açılması məsələlərinə toxunub. Maraqlıdır, Türkiyə liderinin Azərbaycana səfərində səsləndirdiyi mesajların siyasi əhəmiyyətini necə qiymətləndirmək olar? Məsələ ilə bağlı danışan türkiyəli ekspert İmbat Muğlu bildirib ki, Rəcəb Tayyib Ərdoğanın səfəri və verdiyi mesajlar tarixi əhəmiyyət daşıyır: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçildikdən sonra ilk xarici səfərlərindən birini Azərbaycana etdi. Bu, iki ölkə arasında əlaqələrin yüksək olduğunun sübutudur. Prezident Rəcəb Tayyib Ərdoğan, Azərbaycan Prezidenti İlham Əliyev ilə nümayəndə heyətləri arasında keçirilən görüşdə Türkiyə-Azərbaycan qardaşlığının bütün dünyada həsədlə izlənildiyini vurğuladı. Rəcəb Tayyib Ərdoğan bununla bizim ayrılmaz bir millət olduğumuzu bir daha bütün dünyaya bəyan etdi. O, eyni zamanda bu münasibətləri daha da inkişaf etdirmək əzmində olduqlarını da bildirdi. Ərdoğanın Azərbaycana səfəri zamanı digər diqqət çəkən məqam Şuşada Baş Konsulluğun açılması üçün çalışıldığını deməsidir. Prezident bildirdi ki, istənilən vaxt Şuşada Baş Konsulluq açmağa hazırdır. Şuşada Baş Konsulluğumuz açılsa, bu, başda Ermənistan olmaqla bütün dünyaya fərqli mesaj olacaq. Digər tərəfdən Maarif Fondumuz Azərbaycan hakimiyyətinin dəstəyi ilə təhsil sahəsində fəaliyyətini davam etdirir. Gələn il yeni təhsil şəhərciyini də açmağı planlaşdırırıq. Ərdoğan və İlham Əliyev dünyaya birlik mesajı verdiyi bir vaxtda, Zəngəzur məsələsinin tez həll edilməli olduğunu və Zəngəzur dəhlizinin açılmasının qaçılmaz olduğunu da bildirdilər. Bütün tərəflərə məlumdur ki, bu dəhlizin açılışı bütün ölkələr üçün yeni imkanlar açacaq”, - deyə ekspert bildirib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!