Dövlət müstəqilliyinin təməli hüquq və ədalətdir .....                        Xəzər dənizindən qum-çınqıl oğurlayanlar saxlanıldılar .....                        HƏMAS bu şərtlə tərksilaha razıdır .....                        Rusiya Peçenej su anbarının bəndinə zərbə endirdi .....                        Merz: Almaniya həmişə İsrailin təhlükəsizliyini müdafiə edəcək .....                        Benində dövlət çevrilişinə cəhdin qarşısı alınıb - YENİLƏNİB .....                        Rusiya Ukraynaya hücum edib - ölənlər var .....                        Dünyada yeni müharibə ocağı – təhlükə artır .....                        İrandan ABŞ-yə ŞƏRTLƏR .....                       
22-11-2022, 13:28
Sərhədçilərin düşdüyü qəzanın təfərrüatı - Yaralıların adları


Sərhədçilərin düşdüyü qəzanın təfərrüatı - Yaralıların adları

Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının düşdüyü qəzanın təfərrüatı və yaralanan hərbçilərin adları məlum olub. DSX-yə məxsus “UAZ”ın çırpıldığı yük maşını işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri ilə məşğul olan “Kalyon RSY” şirkətinə məxsus olub. Belə ki, N saylı hərbi hissənin giziri, 1995-ci il təvəllüdlü Pərviz Qaraşovun idarə etdiyi xidməti avtomobil Cəbrayılın Şükürbəyli kəndində hərəkətdə olarkən şirkətə məxsus olan və Ucar sakini, 1963-cü il təvəllüdlü Etibar Muradovun sürdüyü “Howo” markalı yük maşını qəfil onun qarşısına çıxıb. Nəticədə sərhədçilərin olduğu avtomobildə olan hərbçilər:
- gizir, 1995-ci il təvəllüdlü Pərviz Qaraşov;
- baş çavuş, 1998-ci il təvəllüdlü Elmir Abbasov;
- baş çavuş, 1988-ci il təvəllüdlü Elşən Kərimov;
- baş çavuş, 1985-ci il təvəllüdlü Bəhruz Nəzərov; - gizir, 1992-ci il təvəllüdlü Faiz Mürşüdov;
- kiçik gizir, 2001-ci il təvəllüdlü Asif Dünyamalıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibbi müdaxiləyə baxmayaraq, baş çavuş Abbasov Elmir Sakit oğlunun həyatını xilas etmək mümkün olmayıb. Baş vermiş hadisə ilə bağlı Cəbrayıl Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan isə bildirib ki, Cəbrayıl rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
22-11-2022, 13:25
Ordumuzun mövqeləri atəşə tutuldu


Ordumuzun mövqeləri atəşə tutuldu

Noyabrın 21-i saat 22:10-dan saat 23:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Astaf və Tovuz rayonunun Koxanəbi yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd və Füzuli rayonları istiqamətlərində yerləşən mövqeləri də noyabrın 21-i saat 16:50-dən noyabrın 22-si saat 01:05-dək fasilələrlə atəşə tutulub. Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
22-11-2022, 13:17
Azərbaycan kubokunda yeni mövsümə start verilir


Azərbaycan kubokunda yeni mövsümə start verilir

Bu gün Azərbaycan kubokunda 2022/23 mövsümünə start veriləcək. Bir oyundan ibarət olan 1/8 final mərhələsi çərçivəsində üç matç baş tutacaq. Günün ən maraqlı görüşü Şamaxıda keçiriləcək. Şəhərin eyniadlı komandası Premyer Liqa klublarının duelində “Turan Tovuz”la görüşəcək. Digər iki qarşılaşmada elita təmsilçiləri I divizion klublarını sınağa çəkəcək. “Səbail” MOİK-in qonağı olacaqsa, “Qəbələ” “Araz Naxçıvan”ı qəbul edəcək. Qeyd edək ki, 1/8 finala sabah keçiriləcək üç görüşlə yekun vurulacaq.

Azərbaycan kuboku
1/8 final mərhələsi
22 noyabr (çərşənbə axşamı)


14:00. MOİK – “Səbail”
Baş hakim: Əli Əliyev
Binə qəsəbə stadionu

14:00. “Şamaxı” – “Turan Tovuz”
Baş hakim: Vüqar Həsənli
Şamaxı şəhər stadionu

15:00. “Qəbələ” – “Araz Naxçıvan”
Baş hakim: Kamranbəy Rəhimov
Qəbələ şəhər stadionu
21-11-2022, 22:11
Zərərli informasiyalardan qorunmağın yolları


Zərərli informasiyalardan qorunmağın yolları

“Uşaqların kiber mühitdə təhlükəsizliyi” adlı layihəsi icra olunur
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Gənclər Mərkəzi İctimai Birliyi “Uşaqların kiber mühitdə təhlükəsizliyi” adlı layihəsi həyata keçirir.
“Butov.az”a verilən məlumata görə layihənin fəaliyyət planı çərçivəsində Azərbaycan Kooperasiya Universitetin akt zalında 50 nəfər tələbə gənclərin iştirakı ilə tədbir keçirilmişdir.

Tədbiri Kooperasiya Universitetinin mətbuat və ictimai işlər xidmətinin rəhbəri Tamerlan Əkbərov açaraq Universitetin ictimai əlaqələri, informasiya təhlükəsizliyinin təminatı və bu barədə görülən işlərdən danışdı. Layihənin rəhbəri Kənan Qubadzadə tələbə gənclərə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Gənclər Mərkəzi İctimai Birliyi haqqında, o cümlədən, “Uşaqların kiber mühitdə təhlükəsizliyi” adlı layihəsi barədə geniş məlumat verdi. O, bildirdi ki, layihə müasir dünyada sərhədsiz informasiya yayımının uşaqlara, yeniyetmələrə zərərli informasiyalardan və gənc ailələrin sağlamlığına və inkişafına ziyan vura bilən təhdidlərindən qorunmaq məqsədi daşıyır.

Tədbirdə layihənin eksperti Anar Sarıyev çıxış edərək uşaqların, gənclərin kiber mühitdə təhlükəsizliyi, zərərli informasiyalardan qorunmağın yolları barədə geniş məlumat verdi. Tədbirdə layihə çərçivəsində nəşr olunan kitabça iştirakçılara paylanıldı. Sonda tələbə-gənclərə göstərdiyi xidmətlərə, diqqət və qayğıya görə Kooperasiya Universitetinin mətbuat və ictimai işlər xidmətinin rəhbəri Tamerlan Əkbərov, informasiya və kommunikasiya texnologiyaları bölməsinin rəhbəri Seymur Ramazanov “Gənclərin Dostu” fəxri mükafatı, tədbirin fəal iştirakçılarına isə təşəkkürnamə təqdim edildi.
21-11-2022, 20:21
Təlimlərdə 100-ə yaxın gənc iştirak edib.

Təlimlərdə 100-ə yaxın gənc iştirak edib.

“Region Gənclərinin Bacarıqlarının Artırılması” layihəsinin icrasına başlanılıb
“İrəli” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Region Gənclərinin Bacarıqlarının Artırılması” layihəsinin icrasına başlanılıb.

Birliyin Mətbuat xidmətindən Butov.az-a verilən məlumata görə, layihə çərçivəsində təlimlər 18 noyabr tarixində Gəncə, 19 noyabr tarixində Mingəçevir, 20 noyabr tarixində isə Tovuz şəhərlərində keçirilib. “Gənclərlə iş”, “Layihələrin yazılması və idarə edilməsi”, “Sosial şəbəkələrdən düzgün istifadə” və “Gənclərlə işdə rəqəmsal bacarıqlar” mövzuları üzrə keçirilən təlimlərdə 100-ə yaxın gənc iştirak edib.
Həmçinin qeyd olunub ki, layihə müddətində təlimlər Qəbələ, Balakən, Mingəçevir, Neftçala rayonlarında və Naxçıvan MR-da olmaqla ümumilikdə 8 regionda keçiriləcək. Layihənin keçirilməsində əsas məqsəd isə gənclərin dövlət maraqlarının qorunmasında iştirakçılığını təmin etmək, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşmasına nail olmaq və region gənclərinin təşəbbüslərinin artımına dəstək verməklə dövlət gənclər siyasətinin inkişafına töhfələr verməkdir.
21-11-2022, 20:18
Nazirliyin əməkdaşlarına ali rütbələr verildi


Nazirliyin əməkdaşlarına ali rütbələr verildi

Azərbaycan Prezidenti İlham Əliyev Ədliyyə Nazirliyinin əməkdaşlarına ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin aşağıdakı əməkdaşlarına III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib:

Əliyev Şahin Məhərrəm oğlu – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru

Məmmədov Rəhman Elmaz oğlu – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi
21-11-2022, 20:17
Prezident onları təltif etdi


Prezident onları təltif etdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, ədliyyə orqanlarında qulluq keçərkən fərqləndiklərinə görə aşağıdakı şəxslər təltif ediliblər:

“Tərəqqi” medalı ilə

Əliyev Lətif Paşa oğlu
Məmmədov Elnur Rövşən oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Ağayev Davud Maşalla oğlu
Əliyev Emin Rza oğlu
Əliyeva Pərvin Afiq qızı
Əliyeva Səkinə Qamboy qızı
Qasımov Elçin Zeynalabdın oğlu
Qurbanov Qismət Rəşid oğlu
Nəsirova Xalidə Tofikovna.
21-11-2022, 20:11
İngiltərə İranı darmadağın etdi


İngiltərə İranı darmadağın etdi

Futbol üzrə dünya çempionatının B qrupunda ilk tura start verilib. İngiltərə millisi qrupun açılış matçında İran yığması ilə qarşılaşıb. Görüşdə Avropa təmsilçisi rəqibini darmadağın edib - 6:2. İngiltərə yığması bu qələbədən sonra ilk pilləyə yüksəlib. İran isə hələlik sonuncudur. Qeyd edək ki, oyununun əsas vaxtına ümumilikdə 24 dəqiqə əlavə olunub. Matç ümumilikdə 114 dəqiqə oynanılıb. Braziliyalı baş hakim Rafael Klaus birinci hissəyə 14, ikinci yarıya isə 10 dəqiqə əlavə edib. İlk hissədəki vaxt itkisinə Asiya təmsilçisinin qapıçısı Əlirza Beyrənvandın zədələnməsi səbəb olub.
21-11-2022, 20:03
Cəbrayılda sərhədçilər qəzaya düşdü - Ölən və yaralılar var


Cəbrayılda sərhədçilər qəzaya düşdü - Ölən və yaralılar var

Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçiləri qəzaya düşüb. DSX-nin Mətbuat Mərkəzindən verilən məlumata görə, bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndində xidmətə məxsus "UAZ" markalı avtomobil hərəkətdə olarkən "Shagman" markalı yük avtomobili "UAZ"ın hərəkət zolağına çıxıb və qəza baş verib. Qəza nəticəsində bir neçə hərbçi xəsarət alıb. DSX-nin hərbi qulluqçusu, baş çavuş Elmir Abbasov xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib. Digər yaralıların müayinə və müalicəsi davam etdirilir.
21-11-2022, 19:52
Valyuta ehtiyatlarımız xarici borcdan 8 dəfə çoxdur


Valyuta ehtiyatlarımız xarici borcdan 8 dəfə çoxdur

Bizim valyuta ehtiyatlarımız xarici borcdan 8 dəfə çoxdur. Bunu Prezident İlham Əliyev noyabrın 21-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, uğurlu iqtisadi-maliyyə siyasəti nəticəsində xarici dövlət borcunu əhəmiyyətli dərəcədə aşağı sala bilmişik: "Bu da həm bu gün üçün, həm gələcək nəsillər üçün böyük üstünlük təşkil edir. Bu gün ona görə ki, bizim kredit reytinqimiz yaxşılaşır. Gələcək nəsillər üçün ona görə ki, bu yük gələcək nəsillərin üzərinə düşməyəcək. Bir neçə il bundan əvvəl mənim göstərişimlə aparılan islahatlar nəticəsində bu ilin sonuna biz xarici borcumuzun ümumi daxili məhsuldakı payını 10 faizə qədər endirəcəyik. Əgər valyuta ehtiyatlarımızı götürsək, bizim valyuta ehtiyatlarımız xarici borcdan 8 dəfə çoxdur. Yəni, ancaq nadir ölkələr bu göstəricilərlə fəxr edə bilər. Əlbəttə ki, bu gün hələ də görüləsi işlər çoxdur. İqtisadiyyatımızın şəffaflaşdırılması, xoşagəlməz hallara qarşı mübarizə, kölgə iqtisadiyyatının həcminin əhəmiyyətli dərəcədə azaldılması, biznes mühitinin yaxşılaşdırılması, inhisarçılığa qarşı daha ciddi mübarizə - bütün bunlar gündəlikdə duran məsələlərdir. O cümlədən dövlət şirkətlərində korporativ idarəetmə üsulunun tətbiq edilməsi bu günün reallıqlarını əks etdirir. Əminəm ki, bu gün aparılan iqtisadi islahatlar - strateji xətt üzrə aparılan bu islahatlar yaxın gələcəkdə də bizə əlavə imkanlar verəcək. O cümlədən Qarabağı və Şərqi Zəngəzuru öz hesabımıza yenidən qurmaq və bütün məqsədlərə çatmaq üçün bizə mütləq güclü iqtisadiyyat bundan sonra da lazım olacaq. Çünki bu, əsasdır. O ölkələr ki, iqtisadi cəhətdən digər ölkələrdən, yaxud da ki, beynəlxalq maliyyə qurumlarından asılıdır, o ölkələr faktiki olaraq müstəqil siyasət aparmaqda çətinlik çəkirlər. Biz isə hər zaman istəyirdik ki, bizim siyasətimiz ancaq xalqımızın iradəsini əks etdirsin. Biz istəyirdik ki, heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməsin və belə bir imkan olmasın. Ona görə iqtisadi güc, iqtisadi müstəqillik bütün başqa sahələrdəki fəaliyyətin təməlidir. Ulu Öndərin yolu ilə gedərək biz, əlbəttə, bu gün dünyada baş verən dəyişikliklərə də çox diqqətlə yanaşırıq, ən mütərəqqi təcrübəni Azərbaycanda tətbiq edirik. Əminəm ki, növbəti illərdə bu sahədə istədiyimizə nail olacağıq".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!