25-12-2022, 19:54
Sülhməramlıların daha 2 avtomobili Laçın yolundan keçdiRusiya sülhməramlılarına məxsus təminat avtomobilləri Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edə bilirlər. Laçın istiqamətindən Xankəndiyə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus daha iki avtomobilin aksiya keçirilən məkandan sərbəst hərəkətinə şərait yaradılıb. Bu, onu göstərir ki, etirazçıların toplaşdığı ərazidən keçən yolda sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam olaraq açıqdır. Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan aksiya artıq 14-cü gündür davam edir.
25-12-2022, 15:42
“Qırmızı Xaç”ın avtomobilləri Xankəndiyə keçdiŞuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb. Nəqliyyat vasitələri Laçından Xankəndi istiqamətinə maneəsiz şəkildə hərəkət ediblər. Ümumilikdə üç avtomobil ərazidən keçid edib. Yük maşınında qida (uşaq qidası) və tibbi ləvazimatlar daşınıldığı ehtimal edilir. Yük Xankəndi xəstəxanasına çatdırılacaq. Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur. Qeyd edək ki, bu gün səhər saatlarında BQXK-ya məxsus avtomobillərin müşayiəti ilə Xankəndindən Ermənistana müalicə üçün 2 xəstə aparılıb.
25-12-2022, 15:26
Sabahın hava proqnozuAzərbaycanda dekabrın 26-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7° isti, gündüz 7-9° isti, Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gündüz bəzi şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq. Gecə dağlıq rayonlarda yollar buz bağlayacaq.
25-12-2022, 15:23
Ödənişli yolun istifadə şərtləri açıqlandı“AYDA tərəfindən Azərbaycanda ilk ödənişli yolun açılışı təmin ediləcək. Ondan sonra Bakı-Quba istiqamətində beton yolun lokal sıradan çıxmış hissələri təmir olunub vətəndaşların istifadəsinə veriləcək”. Bu barədə Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov açıqlama verib. Qiymətlərə gəlincə, Saleh Məmmədov bildirib ki, tariflər yük maşınları, sərnişin avtobusları, minik avtomobilləri, qoşqular və digər nəqliyyat vasitələri üçün ayrı hesablanacaq. Onun sözlərinə görə, tariflər artıq təqdim olunub. Tezliklə müvafiq sərəncamların veriləcəyi gözlənilir. Agentlik rəsmisi onu da qeyd edib ki, sözügedən yolda giriş-çıxış məntəqələrinin tikintisi başa çatıb, ödəniş terminalları və turniketlər quraşdırılıb. Yol üzərində bir neçə yerdə yük avtomobilləri üçün tərəzi məntəqələri quraşdırılıb.
[media=https://youtu.be/8Il4RUTB3d8]
25-12-2022, 00:46
Saakaşvili: “Putin həqiqətən məni həbsxanada öldürməyi əmr etdi”Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili rusiyalı hüquq müdafiəçisi Mark Feyqinə məktub yazıb. Saakaşvili məktubunda Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə zəhərləndiyini iddia edib. “Putin həqiqətən məni həbsxanada öldürməyi əmr etdi. Amerikalı toksikoloqlar açıq şəkildə bildirdilər ki, mən həbsxanada zəhərlənmişəm və bu, bütün simptomlarıma səbəb olub. Mən dözməyə çalışıram”, - Saakaşvili yazıb. 130-dan çox keçmiş yüksək rütbəli siyasi və inzibati məmur Gürcüstan hakimiyyətini hazırda həbsdə olan ölkənin üçüncü prezidenti Mixail Saakaşvilini xaricə müalicəyə göndərməyə çağırıb. Bu yaxınlarda Ukrayna prezidenti Vladimir Zelenski də analoji çağırış edib.
25-12-2022, 00:22
İlham Əliyev Qərbi Azərbaycanla bağlı danışdıQərbi Azərbaycanda ermənilər tərəfindən törədilmiş dağıntılar mütləq dünya ictimaiyyətinə çatdırılmalıdır. Əminəm ki, Qərbi Azərbaycan İcması Azərbaycan dövlətinin dəstəyi ilə bunu edəcək. Bu barədə Prezident İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bildirib. Bütövlükdə XX əsrdə xalqımızın çəkdiyi əzablar haqqında dünya ictimaiyyətinə daha geniş məlumat verilməsinin vacibliyini vurğulayan dövlətimizin başçısı deyib: “Biz hər zaman həqiqəti deyirik. Azad edilmiş torpaqlara gələn 10 minlərlə xarici vətəndaş bu gün artıq öz gözləri ilə görür ki, xalqımız hansı vəhşiliklərə məruz qalıb. Bu gün orada gedən genişmiqyaslı quruculuq işləri bir daha xalqımızın iradəsini göstərir. Yenə də deyirəm, Ağalı kəndinin timsalında biz xalqımızın tarixi yaddaşını görürük. Çünki oranı heç vaxt görməyən uşaqlar, gənclər oraya qayıdıblar. Əminəm ki, biz eynisini Qərbi Azərbaycanda da görəcəyik”.
25-12-2022, 00:14
Rusiya prezidenti İlham Əliyevlə danışdıRusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb. Telefon söhbəti zamanı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edib. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Söhbət əsnasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsinin bəzi praktiki, o cümlədən Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlərinə də toxunulub.
24-12-2022, 16:39
Rusiya prezidenti İlham Əliyevlə danışdıRusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb. Telefon söhbəti zamanı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edib. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Söhbət əsnasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsinin bəzi praktiki, o cümlədən Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlərinə də toxunulub.
24-12-2022, 16:35
Kəlbərcər rayonunda yük avtomobili aşdıKəlbəcər rayon Yanşaq kəndi ərazisində "Volvo" markalı yük avtomobilinin aşması ilə bağlı Kəlbəcər rayon Polis Şöbəsinə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib. "Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Qəza nəticəsində yük avtomobilinin sürücüsü müxtəlif bədən xəsarətləri alıb. Faktla bağlı araşdırmalar davam etdirilir", - deyə DİN rəsmisi bildirib.
24-12-2022, 16:32
Sabaha gözlənilən hava şəraitiSabah Bakıda və Abşeron yarımadasında havanın tutqun olacağı gözlənilir. Bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd olunub ki, havanın temperaturu gecə 5-7° isti, gündüz 8-10° isti, Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.